Icma.az
close
up
RU
Yeniyetmələrin aqresivliyi şəhər sakinlərinin gözü ilə SORĞU

Yeniyetmələrin aqresivliyi şəhər sakinlərinin gözü ilə SORĞU

Icma.az bildirir, Sia Az portalına istinadən.

Uşağın aqressivliyi valideynlər üçün ən ağır imtahanlardan biridir. Uşaqlar çox vaxt öz aqressivliklərinin öhdəsindən gələ bilmirlər və böyüdükdə aqressiv davranışlarına nəzarət onlar üçün problem olaraq qalır. Aqressiya gizli və ya əksinə açıq şəkildə özünü göstərə bilər. Aqressivlik dedikdə, uşağın başqa bir şəxsə və ya özünə fiziki və ya emosional zərər vurmağa yönəlmiş hərəkətləri başa düşülür. Uşaq heyvanlara və ya maddi əşyalara qarşı da aqressiv ola bilər. Bu məsələ ilə bağlı SİA-da şəhər sakinlərinin fikrlərini öyrənməyə çalışıb.

Şəhər sakini Nigar Mirzəyeva: "Bunun bir çox səbəbi ola bilər. Lakin düşünürəm ki, ən böyük səbəblərdən biri valideynlərin yeniyetmə övladlarına qarşı çoxlu tələb və iradlarının olmasıdır. Bu isə yeniyetmələrin aqressiv davranmasına səbəb ola bilər.

Yeniyetmələrdə rast gəlinən problemlərdən biri də ailədaxili münaqişələrdir. Ailədə müəyyən qaydaların pozulması da gərginlik yarada bilər. Məsələn, valideyn övladına evə gəlmə vaxtı kimi konkret bir saat (məsələn, saat 8) qoyur. Lakin yeniyetmə bilərəkdən bir qədər gec gəlir və bu da valideynlə uşaq arasında münaqişəyə səbəb olur.

Yəni ailədə qarşılıqlı empatiya olmadığı, heç kim bir-birini dinləmədiyi üçün bu cür hallar baş verir və nəticədə istər-istəməz stress yaranır. Məncə, bu məsələdə valideynlər də bir qədər maariflənməlidirlər. Onlar anlamalıdırlar ki, bu uşaq da onlar kimi dünyaya bir dəfə gəlir və o da həyatı ilk dəfə yaşayır. Ona görə də valideynlər övladlarını başa düşməyə çalışmalıdırlar."

Şəhər sakini Arzu Bağırova: "Biz bir az fərqliyik. Düşüncələrimiz, hər şeyimiz. Biz tamamilə fərqli insanlarıq. Məsələn, qızım məktəbdə müəllimədir. Məktəbdə danışır, amma yeni gələnlərlə ünsiyyət qurmaq çox çətindir. Mən, məsələn, onları sosial şəbəkələrdə görürəm. Müəllimlər bəzən nədə isə ittiham olunurlar. Amma mən heç vaxt onlarla razılaşmıram. Çünki valideynlər yeni yetmələrlə çox ciddi şəkildə işləməlidirlər. Valideynlər onlara dəstək olurlar, lakin bəzən bu dəstək düzgün olmur və nəticədə intihara aparıb çıxarır.

Məsələn, qonşu deyə bilər ki, mən bu uşağı belə gördüm. Müəllim də deyə bilər ki, bu davranışı gördüm. Cəmiyyət ailə haqqında məlumatlı ola bilər. Amma əgər ailə özü hansısa qanunsuzluğa, məsələn, oğurluğa qarışıbsa, bu zaman uşağın yatağına sadəcə yorğan çəkilir və məsələ ört-basdır edilir. Bu da intihara səbəb ola bilər.

Bir də bu sosial şəbəkələr məsələsi var: TikTok, Instagram, Facebook və s. Məsələn, biz — Sovet dövrünün insanları — daha müasir və sivil yanaşırıq. Amma bugünkü gənclər "müasirlik" adı altında çox fərqli şeylər görürlər. Halbuki bu, heç də düşündükləri kimi deyil. Biz həmin alətləri daha düzgün istifadə edirik, çünki savadlıyıq. Amma orada, o platformalarda çox təhlükəli məqamlar var.

Bugünkü gənclər, yəni hələ özünü tanımağa çalışan yeniyetmələr, bu sosial şəbəkələrdən düzgün istifadə edə bilmirlər. Buna görə ciddi nəzarət olmalıdır. Bu nəzarətin mərkəzində isə ailə dayanmalıdır.

Ailə intiharların qarşısında duran əsas qüvvədir. Ailə cəmiyyətdən fərqlidir. Hər evdə bir uşaq var və o uşaqlar qorunmalıdır. Əgər uşaqlar düzgün tərbiyə olunmasa, qorunmasa, bu cür intihar halları qaçılmaz olacaq. Mənim gördüyüm budur: hər şey ailədən başlayır".

Şəhər sakini Məlahət İsmayılova: "Bu gün bir çox ailələrdə ana və ata uşaqlarına kifayət qədər diqqət yetirmirlər. Uşaqların mənəvi ehtiyacları, daxili dünyası və tələbatları çox zaman nəzərə alınmır və onlar laqeyd qalırlar. Halbuki uşaqlara düzgün tərbiyə verilməsi, onların həm psixoloji, həm də emosional inkişafı üçün son dərəcə vacibdir.

Valideynlər müxtəlif səbəblərlə — işin çoxluğu, maddi qayğılar və ya zamanın tələbləri ilə — məşğul olurlar. Xüsusilə bu dövrdə sosial şəbəkələr valideynlərin vaxtının böyük hissəsini alır. Onlar çox vaxtı telefonda və ya kompüter qarşısında keçirir, nəticədə isə uşaq ailə daxilində diqqətdən kənarda qalır.

Diqqətsizlik və qayğısızlıq uşaqların özlərini dəyərsiz hiss etmələrinə səbəb olur. Bu da zamanla onların davranışlarında aqressiya, özgüvənsizlik və hətta cəmiyyətə qarşı yadlaşma kimi problemlərə yol aça bilər.

Buna görə də valideynlər övladlarının yalnız fiziki deyil, eyni zamanda mənəvi ehtiyaclarını da qarşılamağa çalışmalıdırlar. Onlarla vaxt keçirmək, dinləmək, hiss və fikirlərinə dəyər vermək, bir sözlə, uşaqların yanında olmaq lazımdır. Sevgi və qayğı ilə böyüyən uşaq sağlam düşüncəli, xoşbəxt və cəmiyyət üçün faydalı bir fərd olar".

Şəhər sakini Sevinc İbrahimova: "Hər şey təhsilin və mədəniyyətin üzərində qurulur və biz deməliyik ki, burada yalnız müəllimlər və ya tam şəkildə valideynlər günahkardır demək düzgün olmaz. Mənə elə gəlir ki, bu məsələləri dövlət qurumları ciddi nəzarətə götürməlidirlər. Elm və Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi dövlət səviyyəsində tədbirlər həyata keçirməlidirlər.

Məsələn, "Xarı Bülbül" Festivalı, Şuşada keçirilən müxtəlif tədbirlər — bunlar, necə deyim, çox vacibdir. Dünyaya öz mədəniyyətimizi tanıtmaq üçün bu cür fəaliyyətlər zəruridir. Gənclərimizin tərbiyəsi, yeniyetmələrimizin təhsili və mədəni inkişafı üçün, onların mədəni tərbiyəsi üçün bölgələrdə geniş işlər görülməlidir.

Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin regionlarda idarə orqanları mövcuddur. Həmin idarə orqanları planlı şəkildə məktəblərlə, təhsil müəssisələri ilə, mədəniyyət müəssisələri və musiqi məktəbləri ilə birgə işləməlidirlər.

Bildiyiniz kimi, əhalinin böyük hissəsi Bakı və ətraf ərazilərdə toplaşıb. Təkcə Bakıda deyil, onun ətrafında yerləşən şəhərlərdə və qəsəbələrdə də mədəni tədbirlərin sayı artırılmalıdır. Artıq bu yaşayış məntəqələrini "kiçik" adlandırmaq düzgün olmaz — onlar kifayət qədər böyüyüb və inkişaf edib. Bu baxımdan həmin ərazilərdə də mədəni maarifləndirmə və tərbiyə işləri gücləndirilməlidir".

Şəhər sakini Xalidə Hüseynova: "Məncə, internetə müəyyən məhdudiyyətlər qoyulmalıdır. Çünki internetdə elə verilişlər və videolar paylaşılır ki, onlar nə uşaqlara, nə də gənclərə uyğun deyil. Belə videolar gənclərdə maraq oyadır, onları mənfi istiqamətlərə yönəldə bilir. Hətta azyaşlı uşaqlar belə bu cür zərərli məzmunlara baxırlar. Bu isə onların psixoloji və mənəvi inkişafına ciddi təsir göstərir.

Xüsusilə TikTok kimi sosial şəbəkələrdə çoxlu mənasız, tərbiyəyə zidd və abırsız məzmunlar yayılır. Mən hesab edirəm ki, belə platformalara ciddi nəzarət olunmalı, hətta zəruri hallarda məhdudlaşdırılmalıdır. Əgər mümkün olsa, bəzi zərərli sosial şəbəkələr, o cümlədən TikTok tamamilə bağlansa, daha yaxşı olar.

TikTok-da elə videolar var ki, baxan hər kəs – istər uşaq, istər böyük – neqativ təsir altında qalır. Mən özüm də bəzən həmin videolara təsadüfən rast gəlmişəm. Açıb baxmışam və dərhal da bağlamışam. Bəzilərini görəndə, həqiqətən, dəhşətə gəlirəm. Mən bu sözləri təsadüfi demirəm – vəziyyət doğrudan da acınacaqlıdır.

Bir valideyn və ya cəmiyyətin bir üzvü kimi deyə bilərəm ki, bu cür məzmunlar təkcə fərdi deyil, ümumi mənada cəmiyyətin mənəviyyatına da ciddi zərər vurur. Ona görə düşünürəm ki, aidiyyəti qurumlar bu sahəyə nəzarəti gücləndirməlidir. Uşaqlarımızı və gənclərimizi bu tip zərərli təsirlərdən qorumaq üçün təcili tədbirlər görülməlidir".

Şəhər sakini Tahirə Baxşıyeva: "Onların mənfi təsirlərə məruz qalmasının əsas səbəblərindən biri telefondur. Uşaqlar daim telefona baxırlar, TikTok və digər sosial şəbəkələrdə vaxt keçirirlər. Bu da onların düşüncə və davranışlarına mənfi təsir göstərir.

İkinci övladıma baxanda isə daha çox narahat oluram, yazığım gəlir. Düşünürəm ki, bu cür hallar olmamalıdır. Uşaqların bu vəziyyətə düşməsinin əsas səbəbi valideynlik məsuliyyətidir. Valideynlər bu məsələdə daha diqqətli olmalıdırlar.

Təəssüf ki, bir çox ailədə valideynlər səhər tezdən uşaqları məktəbə yola salırlar və özləri də işə gedirlər. Onlar gün ərzində uşaqların kimlərlə dostluq etdiyini, harada və necə vaxt keçirdiyini bilə bilmirlər. Bu da uşağın nəzarətsiz qalmasına səbəb olur. Uşaq yanlış mühitə düşə bilər, zərərli vərdişlərə meyl edə bilər.

Valideynlər bu məsələyə ciddi yanaşmalıdırlar. Övladlarının sosial çevrəsini, internetdə nələr izlədiyini, kimlərlə ünsiyyətdə olduğunu nəzarətdə saxlamalıdırlar. Tərbiyə və nəzarət yalnız məktəbin işi deyil, əsas məsuliyyət ailənin üzərinə düşür.

Buna görə düşünürəm ki, hər bir valideyn övladının gələcəyi üçün vaxt ayırmalı, onun daxili dünyasına maraq göstərməli və zərərli təsirlərdən qorumağa çalışmalıdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://sia.az
archiveBu xəbər 05 İyun 2025 17:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see203

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see194

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see184

NBA çempionu həbs edildi SƏBƏB KONKRET

23 Oktyabr 2025 22:41see181

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see169

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see155

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see155

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see140

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see137

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see133

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see131

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see130

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see128

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see128

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see127

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see126

Politoloq: 2026 cı ildə sülh sazişinin reallaşması gözlənilir

22 Oktyabr 2025 17:51see125

Rütte: Ukrayna üzrə sülh prosesinin ilk mərhələsi atəşkəs olmalıdır

23 Oktyabr 2025 04:19see125

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see125

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri