Icma.az
close
up
RU
Qarabağın parlaq qələbəsi şəhər sakinlərinin BAXIŞI SORĞU

Qarabağın parlaq qələbəsi şəhər sakinlərinin BAXIŞI SORĞU

Icma.az xəbər verir, Sia Az saytına əsaslanaraq.

Dünən baş tutan "Qarabağ"–"Kopenhaygen" oyunu futbol azarkeşləri arasında böyük maraqla izlənildi. Ölkə daxilində minlərlə azarkeş bu görüşü diqqətlə izləyərək həm komandanın çıxışını, həm də nəticəni fərqli baxış bucaqlarından dəyərləndirdi. Bu məqsədlə SİA-nın əməkdaşı vətəndaşlar arasında sorğu keçirib və onların fikirlərini öyrənməyə çalışıb. Sorğuda respondentlər "Qarabağın" oyundakı performansını, komandamızın güclü və zəif tərəflərini, həmçinin gələcək oyunlara ümidlərini bölüşüblər.

Şəhər sakini Nizam Qayıbov: "Təbii ki, çox böyük bir uğurdur. Dünən ki, oyundan belə bir nəticə gözlənilmirdi. Amma yenə də bu, çox böyük əzmkarlığın göstəricisidir. Belə baxanda, oradakı klubların çoxu 1 milyarddan yuxarı dəyərə malikdir, "Qarabağın" özü isə cəmi 24 milyon dəyərindədir. Təbii ki, bu, bizim üçün çox qürurverici andır. Həmçinin bu, Azərbaycanın idarəetmə bacarığının nə qədər yüksək olduğunu da sübut edir. Yəni, həqiqətən, 24 milyon dəyəri olan bir klubun belə uğurlara imza atması bizim üçün böyük fəxr mənbəyidir. Mən bir az zaman keçsə də, bu nəticə ilə çox qürur duyuram. Məsələn, əvvəllər biz lazım olan transferləri edə bilməmişdik, komanda da çox güclü deyildi. Tahir Gözəl də bu səbəbdən çox tənqid olunmuşdu. Amma nə xoş ki, bu gün belə uğurlara nail olundu. İnşallah, növbəti oyunda deyəsən, "Atletic Bilbao" ilə olacaq həmin görüşdə də qalib gələ bilərik. Komandada güclü oyunçular var. Ümid edirəm ki, qələbələr bizimlə olacaq".

Türkiyə vətəndaşı Mehmet Ayan: ""Qarabağı" mən izləyirəm. İlk oyununda da çox gözəl oynadı. Bu oyunda isə rəqib "Kopanhaygen" klubu idi və ciddi bir rəqib idi. Oyuna yaxşı başladılar. Qapıçınız da əla çıxış etdi. Dünən "Koxalski" çox uğurlu oyun göstərdi. Həmçinin hücumçu da öz mövqeyini düzgün tutdu və işini yaxşı gördü. Təbii ki, komanda təcrübəlidir. Büdcəsinə görə çox yaxşı oyun sərgiləyirlər. Növbəti oyun isə "Atletikoya" qarşı olacaq - o da güclü bir İspaniya komandasıdır. Ən azı heç-heçə ilə geri dönəcəklərini gözləyirəm. Bu motivasiya ilə də oynayacaqlarını düşünürəm. "Qarabağ" üçün bu, çox qürurverici hadisədir. Əgər bu cür uğur ilk dəfə əldə olunubsa, deməli, buna layiq görülüblər. Çünki doğrudan da 90 dəqiqə ərzində fasiləsiz mübarizə apardılar və bir-birlərinə dəstək oldular. İnşallah, gələcəkdə digər oyunçular arasından da seçilənlər olar və biz də onları qürurla izləyərik".

Şəhər sakini Zamiq Cəfərov: ""Qarabağ" növbəti oyununu "Atletik Bilbao" ilə keçirəcək. Yəqin ki, nəsə edə bilərlər. Çünki əvvəlki "Qarabağla" indiki "Qarabağ" arasında çox böyük fərq var. Mən inanıram ki, yeni transferlər də ediblər məsələn, Kamillo Duran, sonra Addayi - onlar özlərini yaxşı göstərdilər. Məncə, bu oyunda ən azı iki qol vura bilərlər. Yəni, bu Qarabağdan hər şey gözləmək olar. Qələbə qazansalar əla olar, amma heç-heçə olsa da, bu, bir uğurdur. Qarabağın Real Madrid və Atletico kimi klublarla oynamağı artıq möhtəşəm bir hadisədir. Elvin Cəfərquliyev çox istedadlı oyunçudur. İstəsə, daha yaxşı nəticələr göstərə bilər. Meydanda çox canlı oynayır, özünü göstərir. Təkcə o yox, məsələn, Nəriman Axundzadə və Bəhlul Mustafazadə də bizim yerli oyunçularımızdır və onlar da oynasalar, daha yaxşı, müsbət nəticələr əldə oluna bilər. Elvin isə, doğrudan da, super idi".

Şəhər sakini Musa Məmmədov: "Oyunu izləyirdim, hətta stadionda canlı olaraq iştirak etdim. Hisslərim çox fərqli idi, atmosfer inanılmaz idi. "Qarabağın" uğurunu nəyə bağladığımı soruşsanız, məncə, bu, ilk növbədə nizam-intizama bağlıdır. Komanda meydanda bir an belə oyundan düşmədi, hər kəs öz mövqeyini dəqiq qorudu. Uzun illərdir Qurban Qurbanovun məşqçiliyi davam edir və mən hesab edirəm ki, bu uğurların təməlində məhz onun qurduğu möhkəm sistem dayanır. Komanda illərdir bu sistem üzərində inkişaf edir və indi bunun nəticələrini görürük. "Qarabağın" növbəti oyunundan nə gözləyirəm? Təbii ki, hər kəs kimi mən də qələbə arzulayıram. Amma heç-heçə olsa belə, bu artıq uğurdur. Ən əsası odur ki, Qarabağ hər oyunda mübarizəsini göstərir və səviyyəsini sübut edir. Mən onlardan növbəti oyunlarda da intizamlı, sistemli və döyüşkən oyun gözləyirəm. Nəticə nə olur-olsun, bu komanda artıq Azərbaycan futbolunun Avropadakı gücünü nümayiş etdirdiyini bir daha sübut edib. Bu, bizim üçün həm qürur, həm də böyük sevincdir".

Şəhər sakini Rafiq Cəfərov: "Mən oyunu işdə izlədim. Hətta işimin arasında vaxt taparaq diqqətlə baxmağa çalışdım. Açığı, əvvəldən Qarabağın qələbəsinə inanırdım. Bəzi məqamlarda oyun çətinləşsə də, inamımı itirmədim. 70-ci dəqiqədə vurulan qol isə mənim üçün xüsusi sevinc oldu. Qol müəllifini də ürəkdən təbrik edirəm. Düzü, oyunun gedişində Qarabağın turnir cədvəlində 4-cü, bəzən də 6-cı yerlərdə olduğunu görmək bir anlıq məni tərəddüdə salsa da, sonda qazandıqları qələbə hər şeyi unutdurdu. Bu, böyük uğurdur və Qarabağı ürəkdən təbrik edirəm. Məncə, Qarabağ artıq öz sözünü deyib. Əgər bu mərhələdən çıxmağı bacarsalar, niyə də növbəti mərhələlərdə qalib gəlməsinlər ki? Mən inanıram ki, bu komanda qələbə ruhunu qoruyacaq. Qarabağ bu üstünlüyü qazanıbsa, deməli, gələcəkdə daha böyük uğurlar da əldə edəcəklər. Bu qələbə təkcə futbolun deyil, həm də xalqımızın qələbəsidir".

Şəhər sakini Elnur Əliyev: "Mən bu oyunu böyük həyəcanla izlədim və deyə bilərəm ki, Qarabağın qələbəsi Azərbaycan futbolu üçün tarixi hadisədir. Rəqib çox güclü və təcrübəli bir klub idi, amma buna baxmayaraq futbolçularımız əzmkarlıq göstərərək layiqli qələbə qazandılar. Ən çox xoşuma gələn isə onların oyuna intizamla yanaşması oldu. Meydanda bir-birlərinə dəstək oldular, hər kəs üzərinə düşən vəzifəni yerinə yetirdi. Büdcəsi milyardlarla ölçülən klublara qarşı 24 milyonluq bir komandanın belə nəticə əldə etməsi, əslində, bütün Azərbaycan üçün qürur mənbəyidir. Mən tam səmimiyyətlə deyirəm ki, Qarabağın bu qələbəsi yalnız futbol deyil, həm də milli gücün və birlik rəmzidir".

Şəhər sakini Nəzrin Məlikova: "Mən bu qələbəni sadəcə bir idman uğuru kimi görmürəm. Qarabağın Avropada bu cür möhtəşəm oyun nümayiş etdirməsi bütün xalqımız üçün sevincdir. Oyunu izləyərkən həm futbolçuların əzmini, həm də azarkeşlərin dəstəyini hiss etmək çox təsirli idi. Qarabağ adı bizim üçün həssas və dəyərli bir rəmzdir. Onların Avropada belə qalibiyyətlər qazanması sanki hər birimizə əlavə güc verir. Mən xüsusilə gənclər üçün bunun böyük motivasiya olduğunu düşünürəm. Çünki uşaqlar görürlər ki, Azərbaycan klubu dünyanın ən güclü komandaları ilə eyni səviyyədə oynaya bilir və qalib gələ bilir. Bu, həm idman, həm də vətənpərvərlik baxımından çox böyük hadisədir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sia.az
archiveBu xəbər 02 Oktyabr 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see15042

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see886

12 gün pəhrizi ilə 10 kilo arıqlamaq olar? Real təcrübə, menyu və gözlənilməyən nəticələr

15 Noyabr 2025 19:08see278

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see245

Siyarto: Macarıstan “Ukrayna mafiyasının” Aİ yə daxil olmasına imkan verməyəcək

15 Noyabr 2025 20:59see204

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see196

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see158

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see140

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see139

Mbappe yoxdu, Kamavinqa yoxdu hə, nə olsun?

15 Noyabr 2025 17:36see133

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see131

Rusiyaya təzyiqim işə yarayacaq Tramp

15 Noyabr 2025 17:28see131

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see131

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see131

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see128

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see125

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see122

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri