Yeniyetməni girov saxladılar Həbs edildilər
Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Adam oğurluğunda təqsirləndirilən Ağa Tarverdiyevin 11 il, Nurlan Zeynalov, Ruslan Məmmədov 11 il 6 ay, Fazil Hacıyev isə 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində elan olunub.
Qeyd edək ki, onlar əlbir olaraq yetkinlik yaşına çatmayan şəxsi oğurlayıb qanunsuz girov saxlamaqla, azad edilməsi müqabilində yaxınlarından pul tələb etməkdə ittiham olunurlar.
Onlar Cinayət Məcəlləsinin 144.3-cü (adam oğurluğu, yetkinlik yaşına çatmayan şəxs barəsində törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama) maddələri ilə ittiham olunurlar.
Baxış sayı:134
Bu xəbər 16 Mart 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















