Icma.az
close
up
RU
Yepiskop: “Süni intellekt əxlaqi məsuliyyət daşıyıcısı deyil”

Yepiskop: “Süni intellekt əxlaqi məsuliyyət daşıyıcısı deyil”

Azvision saytından verilən məlumata görə, Icma.az xəbər verir.

AzVision.az xəbər verir ki, bunu Katolik Kilsəsinin apostol prefekti, yepiskop Vladimir Fekete Azərbaycan Din Xadimlərinin İkinci Forumu çərçivəsində "Rəqəmsal informasiya mühitində dini təhsil və maarifçilik strategiyaları" mövzusunda keçirilən paneldə deyib. Onun sözlərinə görə, süni intellektin inkişafı dövrümüzün ən mühüm çağırışlarından biridir. Katolik Kilsəsi elmi-texniki tərəqqini diqqətlə izləyərək onu xristian antropologiyası, insan şəxsiyyətinin ləyaqəti və bəşəriyyətin gələcəyi qarşısında məsuliyyət kontekstində dərk etməyə çalışır.
““İntellekt” sözü özü də iki latın sözündən – inter (arasında) və legere (dərk etmək, oxumaq) – ibarət olub, dərk etmə qabiliyyətini ifadə edir; lakin bu, seçim edərək dərk etməyi, hər şeydən əvvəl isə əxlaqi seçimi nəzərdə tutur. Süni intellekt insan ağlının məhsulu kimi, şübhəsiz ki, xeyirxahlığa xidmət edə bilər, lakin mənəvi təbiətə malik olmadığı üçün əxlaqi məsuliyyət daşıyıcısı da deyildir.
İnsanla süni intellekt arasındakı münasibətlərdə sonuncunun təqdim etdiyi geniş imkanlar insanın qəbul etdiyi qərarlar və etdiyi seçimlər qarşısında öz mənəvi məsuliyyətini dərk etməsini ciddi şəkildə sarsıda bilər. Kilsə öyrədir ki, texnologiyalar özlüyündə nə xeyir, nə də şərdir — hər şey onların kimin əlində və hansı məqsədlə istifadə olunmasından asılıdır. Texnoloji tərəqqi insanlar arasında bərabərsizliyin dərinləşdirilməsinə deyil, insana və ümumi rifaha xidmət etməyə yönəlməlidir”.
Katolik Kilsəsinin apostol prefekti bildirib ki, təhsil və maarifləndirmə sahəsində süni intellekt artıq dəyərli bir alət və resursa çevrilib: “O, tədrisin fərdiləşdirilməsinə kömək edə, biliklərə çıxışı genişləndirə, əlilliyi olan şəxsləri dəstəkləyə bilər. Lakin Papa Fransiskin vurğuladığı kimi, burada “texnokratik illüziya” təhlükəsi mövcuddur: bu halda səmərəlilik müdrikliyi, informasiya isə həqiqi biliyi əvəz edir.
Katolik Kilsəsi süni intellekti təhlükə deyil, mənəvi istiqamət tələb edən bir alət kimi görür. Təhsil və maarifləndirmə sahəsində o, yalnız o zaman insanın inkişafına xidmət edə bilər ki, məqsəd deyil, vasitə olaraq qalsın və mərkəzdə həmişə Allah tərəfindən yaradılmış, həqiqətə, azadlığa və məhəbbətə çağırılmış insan şəxsiyyəti dayansın”.
AzVision.az
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://azvision.az
archiveBu xəbər 24 Dekabr 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see393

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see380

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see377

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see372

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see371

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see351

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see350

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see334

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see331

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see330

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see313

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see311

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see306

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see295

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see282

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see265

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see228

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see226

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see217

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see209
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri