Icma.az
close
up
RU
Süni intellekt yaxşı tarixçi deyil

Süni intellekt yaxşı tarixçi deyil

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Antropoloqların apardığı yeni araşdırma göstərib ki, süni intellekt sistemləri neandertallar haqqında köhnəlmiş və səhv təsəvvürləri təkrar edə bilir. Men və Çikaqo Universitetlərinin alimləri populyar modellər olan DALL-E 3 və GPT-3.5-in neandertalların gündəlik həyatı ilə bağlı nə dərəcədə düzgün mətn və təsvir yaratdığını yoxlayıblar. Nəticələr “Advances in Archaeological Practice” jurnalında dərc olunub.

Araşdırma zamanı modellərə neandertalların fəaliyyəti, geyimi və əmək alətləri ilə bağlı konkret, elmi dəqiqlik tələb edən sorğular verilib və hər sorğu 100 dəfə təkrar edilib. Məlum olub ki, mətn cavablarının, təxminən, yarısı köhnəlmiş məlumatlara əsaslanır, şəkillər isə çox vaxt bir əsr əvvəl formalaşmış stereotipləri əks etdirir.

Təsvirlərdə neandertallar tez-tez həddindən artıq ibtidai, meymunabənzər, çox tüklü və əyilmiş qamətli şəkildə göstərilib. Sosial səhnələrdə qadın və uşaqlar demək olar, görünməyib ki, bu da müasir elmi biliklərlə uyğun gəlmir. Bəzi şəkillərdə isə o dövr üçün mümkün olmayan metal, şüşə əşyalar, toxunma səbətlər və saman damlı tikililər kimi anaxronizmlər yer alıb.

Tədqiqatın aparıcı müəllifi Metyu Manyani bildirib ki, süni intellektin dəqiqliyi onun istifadə etdiyi mənbələrin aktuallığından asılıdır. Araşdırmaya görə, GPT-3.5 əsasən 1960-cı illərin tədqiqatlarına, DALL-E 3 isə 1980–1990-cı illərin məlumatlarına söykənir. Bu da nəticələrin müasir elmi yanaşmalarla tam üst-üstə düşmədiyini izah edir. Tədqiqat 2023-cü ildə aparılıb və alimlər hesab edirlər ki, yeni versiyalar daha aktual elmi məlumatları daha yaxşı nəzərə almalıdır.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, generativ süni intellekt təhsil və elmdə geniş istifadə olunduqca, bu cür səhvlər risk yarada bilər. Elmi baxımdan qeyri-dəqiq, lakin inandırıcı görünən məzmun köhnə stereotiplərin möhkəmlənməsinə və yanlış məlumatların yayılmasına səbəb ola bilər. Bu isə cəmiyyətin tarixə baxışına və elmi tədqiqatlara inama mənfi təsir göstərə biləcəyi istisna edilmir.

S.ELAY
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Fevral 2026 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətin ən həssas sərhədi xəritədə deyil

17 Sentyabr 2026 17:32see269

Vərəmin icbari tibbi sığorta hesabına müalicəsi təklif edilib

17 Sentyabr 2026 15:46see248

Yeni BMW hər kilometrə görə 10 avro itirdi: qiyməti niyə kəskin aşağı düşdü

18 Sentyabr 2026 03:24see240

Adil Əmrahlı Allahı və peyğəmbəri təhqir etdi VİDEO

17 Sentyabr 2026 18:50see227

Hokkey üzrə dünya çempionu Hans Tvillinq 98 yaşında vəfat edib

18 Sentyabr 2026 03:33see225

Şoyqu İrəvanı Rusiya biznesini ələ keçirməkdə ittiham edib

17 Sentyabr 2026 15:46see222

Azərbaycanda mənzil almaq niyə əlçatmaz olub? REAL SƏBƏBLƏR

17 Sentyabr 2026 18:10see219

Mbappe “Real”ın əfsanələrindən danışdı

18 Sentyabr 2026 02:01see217

“Bolt” Bakıda keçirilən biznes platformasına tərəfdaşlıq edir AÇIQLAMA VİDEO

17 Sentyabr 2026 20:20see217

Polina Qaqarina ilə Vanya Dmitrienko çəkilişdə mübahisə etdilər

18 Sentyabr 2026 05:27see209

Robert Fitso bu gün Kiyevə gedir

18 Sentyabr 2026 02:04see207

Eşidənlər mətbəx şkaflarının siyirtmələrinə folqa döşəməyə başlayıb

18 Sentyabr 2026 03:03see201

Barselona Yamala görə dəstək aksiyasından imtina etdi

18 Sentyabr 2026 02:03see201

Putinin toy nəməri Trampı impiçmentə aparır?

18 Sentyabr 2026 21:36see199

UEFA İrlandiyanın İsraillə bağlı istəyini rədd edib

19 Sentyabr 2026 01:42see195

Sinan Akçıl sevgilisi olduğunu açıqladı: “Heç kim tuta bilmir”

18 Sentyabr 2026 01:36see191

Hansı temperaturda çay içmək xərçəng yaradır?

18 Sentyabr 2026 21:35see188

ABŞ Pezeşkianla Əraqçiyə viza verdi

18 Sentyabr 2026 04:09see187

Toyuğun döşü, yoxsa budu daha faydalıdır?

19 Sentyabr 2026 02:03see186

Rusiyadan enerji alan ölkələrə 100% dək rüsum: Tramp qanunu imzaladı

19 Sentyabr 2026 02:27see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri