Icma.az
close
up
RU
Menu

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

“Subway Surfers” 14 il sonra qayıdır

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

Yəqin ki, İranda Azərbaycanın 18 il öncəki yaxşılığını unutmayıblar Deputat

Yəqin ki, İranda Azərbaycanın 18 il öncəki yaxşılığını unutmayıblar Deputat

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Azərbaycan İranda konsulluq fəaliyyətini dekabrın 15-dən bərpa edəcək. Müvafiq şöbə Azərbaycanın İrandakı səfirliyində fəaliyyət göstərəcək. 
Azərbaycanın diplomatik missiyasının İrana qayıtması iki ölkə arasında münasibətin normallaşdığını göstərir.

Mövzu ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi xarici siyasət kursunun prioritet istiqaməti ikitərəfli münasibətlər formatıdır:
 

“İkitərəfli münasibətlər yüksək səviyyədə olduqda, çoxtərəfli münasibətlərin də analoji yüksək səviyyəsi formalaşır. İkitərəfli münasibətlərimizin içərisində isə əsas istiqamət qonşularla münasibətlərdir. Hələ ki Ermənistan istisna olmaqla bütün qonşularımızla münasibətlərimizin yüksək səviyyədə olması bizim xarici siyasət doktrinamızın əsas istiqamətlərindən biridir”.


Deputat bildirib ki, Azərbaycan-İran münasibətlərinin yüksək səviyyədə olmasında Azərbaycan dövləti maraqlıdır:

“Təəssüf ki, münasibətlərimizin enişli-yoxuşlu dövrləri var. Xüsusilə də Azərbaycanın İrandakı səfirliyinə edilmiş məlum basqın və oradakı ölüm hadisəsindən sonra münasibətlərimizdə kəskin eniş baş verdi. Ancaq hesab edirəm ki, indi münasibətlərimizin əvvəlki səviyyəyə qayıdışı üçün yaxşı imkanlar pəncəsi açılıb. Xüsusilə də Azərbaycanın Tehranda konsulluğunun faəliyyətə başlaması təbii ki, ikitərəfli münasibətlərdəki gərginliyin aradan qaldırıldığının ifadəsidir. Eyni zamanda İranın yeni seçilmiş prezidenti əvvəlki dövrdə buraxılmış müəyyən səhvlərin düzəldilməsi və daha praqmatik siyasətin aparılması ilə bağlı mövqe ortaya qoyub. Məsələyə bu xüsusda yanaşdıqda hesab edirəm ki, konsulluğun fəaliyyətə başlaması rəsmi Bakı-Tehran münasibətlərindəki müəyyən anlaşılmaz məqamların da aradan qaldırılması mənafeyinə xidmət göstərmiş olar".

E.Nəsirovun sözlərinə görə, rəsmi Tehran fərqindədir ki, Azərbaycan heç bir zaman Qərbin İrana qarşı təzyiq kampaniyasında yer almayıb, əksinə əleyhinə olub:

“Yəqin ki, İranda unutmayıblar ki, 18 il əvvəl, 2006-ci ilin aprel ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Vaşinqtona səfəri zamanı İrana qarşı Azərbaycan ərazisindən də istifadə edilməsi dilə gətirilmişdi. Amerika Birləşmiş Ştatlarının prezidenti Corc Buş tərəfindən də təşəbbüslər irəli sürülmüşdü. Amma cənab Prezident həm Ağ Evin rəhbəri ilə danışıqlarında, həm də keçirilən brifinqdə birmənalı şəkildə mövqe ifadə etdi ki, heç bir halda üçüncü dövlət Azərbaycan ərazisindən qonşu İrana qarşı müharibəyə başlaya, zərbə endirə bilməz. Bu, bizim üçün qəbuledilməzdir. Üstündən 18 il keçib, Azərbaycan həmin siyasətə sadiqdir. Cənab Prezidentin sözü imzası qədər gücə malikdir. Biz bunun qarşılığında ABŞ-dən də xeyli təzyiqlər gördük. Bu təzyiqlər indiyə kimi də davam edir. Bunun əsas səbəbi o idi ki, Azərbaycan İrana münasibətdə məhz mehriban qonşuluq siyasətinə sədaqət nümayiş etdirdi. İndiki məqamda münasibətlərimizin bundan sonrakı inkişafı üçün yaxşı imkanlar açılıb. Hesab edirəm ki, rəsmi Tehran da bu reallıqları, Azəbaycanın İranın müdafiəsi naminə vaxtilə apardığı və bu gün davam etdirdiyi siyasətin mahiyyətini və fəlsəfəsini düzgün dəyərləndirəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://modern.az
archiveBu xəbər 14 Dekabr 2024 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see255

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see235

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see161

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see134

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see133

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see133

Səudiyyə Ərəbistanı Somali və Misirlə hərbi ittifaq yaradacaq...

16 Yanvar 2026 20:52see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see132

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see128

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see127

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri