Icma.az
close
up
RU
Deputat: Azərbaycanın apardığı müstəqil siyasət İranda bəzi dairələri narahat edir

Deputat: Azərbaycanın apardığı müstəqil siyasət İranda bəzi dairələri narahat edir

Icma.az, Oxu.az portalına istinadən məlumat verir.

Son günlər İran mediasında Azərbaycana qarşı antitəbliğat xarakterli materialların sayının artması müşahidə olunur. Xüsusilə Azərbaycanla İsrail arasında əməkdaşlıq fonunda yayılan iddialar, eləcə də Suriya Prezidenti Əhməd əş-Şaraanın paytaxtımıza səfəri ilə bağlı səsləndirilən fikirlər rəsmi Bakıya qarşı ittihamlar formasında təqdim olunur. İran mənbələri Azərbaycanın İsrailə dəstək verdiyini və İran əleyhinə fəaliyyətlərdə vasitəçilik rolunu oynadığını iddia edirlər.

Məsələ ilə bağlı Milli Məclisin deputatı Arzu Nağıyev Oxu.Az-a açıqlamasında bildirib ki, bu tip bəyanatlar heç bir əsaslı fakta söykənmir və Azərbaycanın həyata keçirdiyi müstəqil daxili və xarici siyasət bəzi qüvvələri narahat edir:

"Dövlətimizin siyasəti müstəqildir, dönməzdir. Azərbaycan heç bir ölkənin daxili işinə qarışmaq niyyətində deyil. Lakin görünür ki, İran daxilində Azərbaycanla münasibətlərin yaxşılaşmasını istəməyən qüvvələr kifayət qədər fəaldır. Son dövrlərdə həm Prezident İlham Əliyevin, həm də İran rəhbərliyinin verdiyi açıqlamalarda ikitərəfli münasibətlərin müsbət inkişafından danışılır. Lakin buna baxmayaraq, bəzi dairələr yenə də köhnə ritorikaya qayıdırlar".

Deputatın fikrincə, İran-Pakistan-Azərbaycan üçtərəfli münasibətləri də bu cür təzyiqlər fonunda yanlış istiqamətdə təqdim edilir:

"Pakistan və Azərbaycan arasında əməkdaşlıq, xüsusilə müdafiə sahəsində müsbət istiqamətdə inkişaf edir. Bu münasibətlərə kölgə salmaq və bunun müsəlman dövlətlərinə qarşı yönəldiyini iddia etmək absurddur".

Suriya Prezidenti Əhməd əş-Şaraanın Bakıya səfərinə və ehtimal olunan Suriya-İsrail danışıqlarında Azərbaycanın vasitəçi rolunda çıxış etməsinə gəlincə, Arzu Nağıyev bunu ölkəmiz üçün müsbət və strateji bir imkan hesab edir:

"Azərbaycanın bu cür danışıqlarda vasitəçilik etməsi, ölkəmizin regional və beynəlxalq nüfuzunun göstəricisidir. Bu, Azərbaycanın etibarlı tərəfdaş və dialoq platforması kimi qəbul edilməsinin bariz nümunəsidir. Suriya ilə gələcəkdə qaz ixracı məsələsində də əməkdaşlıq imkanları var və bu istiqamətdə danışıqlar aparılır".

A.Nağıyev əlavə edib ki, Azərbaycan bütün qonşuları və tərəfdaşları ilə qarşılıqlı hörmətə əsaslanan siyasət yürüdür:

"İstər İran, istər İsrail, istərsə də Suriya ilə münasibətlər bu prinsiplər üzərində qurulur. Azərbaycanın məqsədi regionda sabitliyi və əməkdaşlığı gücləndirməkdir. Heç bir ölkəyə qarşı düşmənçilik siyasəti aparmırıq, lakin öz maraqlarımızı da qorumalıyıq".

Deputat onu da qeyd edib ki, Azərbaycan regionda Türkiyə ilə strateji tərəfdaşlıq münasibətlərini əsas tutaraq, bu əlaqələri bütün platformalarda inkişaf etdirməyə davam edir:

"İstər Türkiyə-Azərbaycan, istər Azərbaycan-Suriya, Azərbaycan-İsrail, Azərbaycan-İran münasibətləri - bunların hamısı Azərbaycanın apardığı balanslı və müstəqil xarici siyasətin nəticəsidir. Biz heç bir dövlətlə qarşıdurma niyyətində deyilik. Əksinə, əməkdaşlıqdan yanayıq. Amma eyni zamanda öz milli maraqlarımızı qorumalı, regionda və beynəlxalq aləmdə öz mövqeyimizi açıq şəkildə ortaya qoymalıyıq".

Məhərrəm Əliyev

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyul 2025 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see162

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see133

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see129

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see127

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri