Icma.az
close
up
RU
Yer “görünməz” asteroidlərin toqquşma riski altındadır

Yer “görünməz” asteroidlərin toqquşma riski altındadır

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Alimlər, Veneranın orbitini paylaşan və mövcud teleskoplarla müşahidə edilməsi son dərəcə çətin olan yüzlərlə asteroidin uzunmüddətli perspektivdə Yer üçün ciddi təhlükə yarada biləcəyi barədə xəbərdarlıq ediblər.

Redaktor.az xəbər verir ki, araşdırmanın nəticələri "Astronomy Astrophysics" jurnalında dərc olunub.

Sao Paulo Dövlət Universitetinin astronomu Valerio Carruba araşdırmalarının nəticələrinə əsaslanaraq bildirib ki, bu asteroidlər əsas kəmərdə (Marsla Yupiter arasında) yerləşmir. Onlar Venera ilə Günəş ətrafında rezonanslı hərəkət edir, lakin mövqeləri səbəbindən yalnız Günəş istiqamətində baxmaqla görünə bilirlər. Günəş işığının parıltısı isə onları faktiki olaraq “görünməz” edir.

İndiyədək Veneranın orbitini paylaşan 20 asteroid aşkarlanıb. Onlar Veneranın ətrafında deyil, Günəş ətrafında sinxron şəkildə dövr edir. Bəzən öndə, bəzən arxada hərəkət edir, bəzən isə Veneranın orbitini mürəkkəb trayektoriyalarla kəsirlər.

Bu cisimlərin orbitləri olduqca xaotikdir, orta hesabla hər 12 min ildən bir dəyişir və yalnız 150 il qabağa etibarlı şəkildə proqnozlaşdırmaq mümkündür. Belə keçidlər zamanı asteroidlərdən bəziləri Veneranın orbitindən çıxaraq Yerə yaxınlaşa, hətta orbitimizi kəsə bilər.

Carruba qeyd edib ki, təqribən 300 metr diametrli asteroid Yerə düşəcəyi halda, 3-4,5 km enində krater yarada, yüzlərlə meqaton enerji buraxaraq böyük bir şəhərdə dağıdıcı təsir göstərə bilər.

İndiyədək aşkarlanan Venera orbitdaşlarının ümumi xüsusiyyəti, yüksək orbit eksantrikliyinədır. Bu isə onlara Yerə yaxınlaşmaq imkanı verir və gün batımı zamanı müəyyən hallarda görünmələrini təmin edir.

Lakin alimlər bildirirlər ki, aşağı eksantriklikli asteroidlər də Yer üçün təhlükə yarada bilər. Bununla belə, yeni inşa edilən Vera Rubin Rəsədxanası belə obyektləri yalnız ilin müəyyən dövrlərində və məhdud müşahidə pəncərələrində görə biləcək.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 01 Oktyabr 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see583

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see537

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see482

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see396

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see307

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see284

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see268

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see259

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see249

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see245

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see240

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see225

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see218

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see216

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see215

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see215

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see215

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see209

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see208

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri