Yer kürəsində maqnit fırtınası başlayıb
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
Koronal dəlikdən Yerə yaxınlaşan sürətli Günəş küləyi axını aprelin 18-də Yer kürəsində zəif maqnit qasırğası başladıb.
AZXEBER.COM TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Rusiya Elmlər Akademiyasının Sibir Bölməsinin Günəş-Yer Fizikası İnstitutundan məlumat verilib.
"Gözlənildiyi kimi, Yer kürəsində maqnit qasırğası başlayıb. Hazırkı səviyyə G1-dir ki, bu da 5 ballıq şkala üzrə minimumdur. Qeyri-sabit geomaqnit vəziyyətinin ümumi müddəti olduqca əhəmiyyətli ola bilər - beş gündən yeddi günə qədər, lakin kəskin faza, hesab edildiyi kimi, yalnız ilk bir-iki gün davam edəcək və həftəsonunu əhatə edəcək", - deyə məlumatda qeyd edilib.
Öncəki günlərdə sürətli Günəş küləyi axınını səbəbindən Yer kürəsində maqnit qasırğalarının başlayacağı bildirilmişdi. Maqnit qasırğasının gücünün G2 səviyyəsinə qədər arta biləcəyi, lakin daha yüksək səviyyələrə keçməyəcəyi ehtimal edilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 18 Aprel 2026 14:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















