Icma.az
close
up
RU
Yer kürəsində şirin su ehtiyatları sürətlə azalır Alimlərdən xəbərdarlıq

Yer kürəsində şirin su ehtiyatları sürətlə azalır Alimlərdən xəbərdarlıq

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 18 avqust, AZƏRTAC

Yeni elmi araşdırma göstərir ki, Yer kürəsinin qitələri görünməmiş sürətlə quruyur və şirin su ehtiyatları sürətlə azalır. Hindistanın FLAME Universitetindən Yer sistemi alimi Hrishikesh Chandanpurkarın rəhbərlik etdiyi tədqiqat qrupu bildirir ki, iqlim dəyişikliyi və yeraltı sularının həddindən artıq istifadəsi səbəbindən qarşıdakı daha quru dövrlərə hazırlaşmaq üçün təcili tədbirlər görülməlidir.

AZƏRTAC “sciencealert.com” saytına istinadla xəbər verir ki, alimlər NASA-nın Cazibə Gücünün Bərpası və İqlim Təcrübəsi peyk missiyalarının 20 ildən artıq müşahidələrini təhlil edərək, 2002-ci ildən bəri yerüstü su anbarlarında baş verən dəyişiklikləri izləyiblər. Nəticələr göstərir ki, Antarktida və Qrenlandiya istisna olmaqla, bütün qitələr sürətlə quruyur. Hətta hər il quruyan ərazilər Kaliforniyanın ölçüsündən iki dəfə böyük sahəyə bərabər artır.

Araşdırmaya görə, insan fəaliyyəti Yerin su dövranını ciddi şəkildə pozub. “Quru” ərazilər daha da quruyur, “yaş” ərazilər isə nisbətən az nəmlənir. Bu proses nəticəsində həm səth suları (göllər, çaylar), həm də dərinliklərdəki akiferlərdə saxlanılan yeraltı sular sürətlə tükənir. Hazırda dünya əhalisinin 75 faizi, 101 ölkədə yaşayan insanlar su çatışmazlığının artdığı ərazilərdədir. Məlum olub ki, qitələrdən çıxarılan şirin suyun böyük hissəsi okeanlara axır və bu proses artıq buz təbəqələrinin əriməsindən daha çox dəniz səviyyəsinin qalxmasına təsir göstərir. Xüsusilə Kanada və Rusiyada ərimə və əbədi donun itməsi əlavə təsir yaradır. Digər qitələrdə isə su itkisinin əsas səbəbi insanların qrunt sularını həddən artıq istifadəsidir. Məsələn, Kaliforniyanın Mərkəzi Vadisində (dünya badamının 70 faizi burada istehsal olunur) və Aral dənizi yaxınlığında pambıq istehsalı üçün qrunt sularının həddən artıq istifadəsi ekosistemlərin tükənməsinə səbəb olub.

Tədqiqatçılar xəbərdarlıq edirlər ki, qrunt sularının davamlı istifadəsi təmin edilməsə, artan temperatur və quraqlıqlar vəziyyəti daha da ağırlaşdıracaq. Onların fikrincə, bu resursun qorunması isindiyi bilinən dünyada həyati əhəmiyyət daşıyır.

Məqalənin müəllifləri bildirirlər: “İqlim dəyişikliyi ilə mübarizə üçün qlobal səylər güclənirsə, qitələrin sürətlə qurumasının qarşısını almaq üçün də eyni addımlar atıla bilər”.

Araşdırma “Science Advances” jurnalında dərc olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Avqust 2025 07:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see430

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see370

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see286

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see273

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see255

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see247

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see245

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see234

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see227

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see222

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see220

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see218

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see216

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see207

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see207

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see205

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see205

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see200

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see198

Makronun siyasi sonu yaxınlaşır? Fransada etirazlar böyüyür

20 Oktyabr 2026 22:35see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri