Icma.az
close
up
RU
Yer kürəsinin ürək döyüntüsü Afrikanı iki yerə ayırır (TƏFƏRRÜAT)

Yer kürəsinin ürək döyüntüsü Afrikanı iki yerə ayırır (TƏFƏRRÜAT)

Icma.az, Qaynarinfo portalına istinadən məlumat yayır.

Afrika materikinin dərinliklərində alimlər "Yer kürəsinin ürək döyüntüsü” adlandırılan ritmik geoloji hadisəni qeydə alıblar. Bu proses materikin tədricən parçalanmasına və yeni okeanın yaranmasına gətirib çıxara bilər.

Qaynarinfo xəbər verir ki, "Africa Times" nəşrinin məlumatına görə, geoloq Emma Vottsun rəhbərlik etdiyi beynəlxalq tədqiqat qrupu Efiopiyanın Afar bölgəsində Yer mantiyasının ritmik hərəkətini müşahidə edib. Araşdırma nəticələri "Nature Geoscience" jurnalında dərc olunub.

Tədqiqatçılar müəyyən ediblər ki, mantiyada yerləşən ərimiş magma dövri şəkildə yuxarı qalxır və aşağı enir, bu isə "ürək döyüntüsünə” bənzər hərəkət yaradır. Afar bölgəsində üç tektonik plitə - Ərəbistan, Nubiya və Somali plitələri - birləşir və bu ərazi uzun illərdir yüksək vulkanik aktivliyi ilə tanınır.

Vottsun sözlərinə görə, mantiyanın bu cür ritmik hərəkəti Afrikanın geoloji strukturunu dəyişir və kontinental qırılmanın ilk mərhələsini müşahidə etməyə imkan verir.

Geofiziklər bildirirlər ki, mantiyanın yuxarıya doğru hərəkəti Yer qabığında gərginlik yaradır, bu isə plitələrin bir-birindən uzaqlaşmasına səbəb olur. Nəticədə regionun bir hissəsinin dəniz səviyyəsindən aşağı çökməsi və zamanla burada yeni okeanın formalaşması gözlənilir.

Alimlər bu prosesi ürəyin döyüntülərinə bənzədirlər: mantiya bəzən daha güclü, bəzən isə zəif impulslarla hərəkət edir və bu impulslar gələcəkdə vulkanların və zəlzələ ocaqlarının harada yaranacağını müəyyən edə bilər.

Geofizik Derek Kir qeyd edib: "Biz hal-hazırda Yer səthinin necə formalaşdığını canlı şəkildə müşahidə edirik. Bu, sözün əsl mənasında, yeni okeanın doğuluşudur".

Aydın

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Oktyabr 2025 18:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri