Icma.az
close
up
RU
Səngərin ürək döyüntüsü

Səngərin ürək döyüntüsü

525.az saytına istinadən Icma.az xəbər verir.

Bəzən bir insanın ömrü bir atəş kimi yanıb keçir və tez sönür, amma istisi, işığı illərlə qalır. Bəzən də bir ömür bir ağac kimi ucalır, kökləri torpağa, budaqları isə göylərə bağlı. Seymur Sərxoşovun ömrü həm o atəşin alovu, həm o ağacın kökü idi: yandır, işıq saçdı, kök atdı və əbədi oldu...

O, 1987-ci ilin yanvar günündə Qızıldaş torpağına bir körpə nəfəsi kimi düşdü. O gündən taleyinin rəngi torpağın rəngi idi, palçığın zəhməti, daşın möhkəmliyi, küləyin sərtliyini özündə daşıyırdı. Uşaqlığında belə həyat onu öz dili ilə danışdırırdı: çalışqanlıqla, sakitliklə, sevgi ilə.

Evin böyük oğlu kimi, o, daha erkən yaşlarından boyuna uyğun gəlməyən yükü çiyninə aldı. Bəlkə də elə buna görə ayaqlarını həmişə möhkəm basırdı yerə. Müəllimləri onu ciddi görərdi, dostları etibarlı, valideynləri dayaq... Hər kəsin gözündə Seymur ayrılıqda bir dəyər idi.

Tarın sədası ilə böyüyən bu gəncin barmaqları bir vaxtlar simlərdə qəhrəmanlıq havaları oynayırdı. Sonralar həmin qəhrəmanlığın musiqisini öz həyatı ilə yazacağını kim bilərdi?..

2020-ci ilin 27 sentyabr səhəri xalqın ürəyinə düşən çağırış bir çoxlarının qəlbini silkələdi. Seymurun isə qəlbi o səs gələn kimi açıldı "getmək lazımdır", dedi özü-özünə. Çağırış vərəqəsi gözləmədi, söz-söhbət etmədi, izah istəmədi. Gülə-gülə çıxdı evindən. Anası zəng edib "oğlum, çağırış gəlib" deyəndə, Seymurun ilk reaksiyası bir sevinc idi, bir rahatlıq: "Nə yaxşı..."

Çünki onun içindəki Vətən sevgisi bir gün gələcəyini bilirdi. Çünki kişinin taleyi bəzən özünə aid olmur, o, vətəninə yazılır.

Füzulidən başlayan yol onun taleyinə bir ilahi xətt çəkdi. Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut... hər addımında artan məsuliyyət, hər addımında böyüyən qürur. Döyüş yoldaşları deyir ki, Seymurun ayaq səsləri səngərdə adamın ürəyinə dirək olurdu. Ən çətin məqamda belə səsi dəniz kimi sakit, özü qaya kimi möhkəm idi.

14 oktyabr igidin son nəfəsi, xalqın yaddaşının ilk səhifəsi: Qubadlı uğrunda döyüşlər... Hər qarışı ölümün nəfəsini duyurdu. O gün səngərin dili başqa idi, torpağın nəfəsi isti idi. Seymurun son addımı ölümə yox, azadlığa idi. Düşmənin ağır artilleriya atəşi bir anlığına onun irəliyə atılan addımını dayandırsa da, o addım tarixə çevrildi.

Seymur həmin gün şəhid oldu, amma bir igidin ölümü bir ömrün bitməsi deyil, bir millətin yaddaşının başlamasıdır.

Oktyabrın 18-də Qızıldaşa qayıtdı, bu dəfə xalqın çiynində. Qəsəbə o gün bir daha gördü ki, qəhrəmanlar ölmür, qəhrəmanlar elə qayıtdıqları kimi yaşayır: izdihamın sükutunda, bayrağın nəfəsində, torpağın ağrısında.

19 oktyabrda torpağa tapşırıldı, amma torpaq onu qoynuna yox, yaddaşına aldı.

Qardaşın xəyalları, ananın yuxuları, millətin qüruru... Bacısının ardıcıl üç gün gördüyü yuxu bu tale yolunun sanki xəbərçisi idi: "Bir günlük gəlmişəm, geri dönəcəm".

Elə oldu da. O, bir günlük gəldi, bir ömürlük getdi.

Seymurun həyat yolu bir igidin portretindən çox, bir qəhrəmanlıq dastanıdır. Onun sadəliyi, zəhməti, mərdliyi, səssiz qəhrəmanlığı hər birimizə tanışdır; çünki o, aramızdan biriydi. Məhz buna görə də o, bizdən ayrılmadı, daha da bizə qarışdı.

Bu gün Füzulinin çiçəkləri, Qubadlının küləyi, Zəngilanın vadiləri, Hadrutun sükutu bir adı pıçıldayır: Seymur və bu torpaqlarda əbədiyyətə qovuşan digər qəhrəmanları.

Çünki şəhidlərin ruhu torpaqda yox, torpağın üstündə gəzən yeldə, dalğalanan bayraqda, ucalan hər Azərbaycan övladının ürəyində yaşayır.

Samir ƏSƏDLİ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Noyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see313

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see288

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see272

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see267

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see237

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see230

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see221

Prezident ona yüksək vəzifə verdi Dosye

08 Oktyabr 2026 15:30see216

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see211

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see195

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see195

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see192

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see190

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see187

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see185

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see184

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see173

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see170

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see170

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri