Icma.az
close
up
RU
“Yeraltı müharibə” bitməyib, “mina savaşı” davam edir

“Yeraltı müharibə” bitməyib, “mina savaşı” davam edir

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Torpağımızı bu ölüm tələsindən xilas etmək üçün 30 il vaxt, 25 milyard dollar vəsait tələb olunur

İşğaldan azad olunmuş ərazilərin minalardan təmizlənməsi ölkə qarşısında duran ən ciddi problemlərdən biridir. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi Agentliyinin (ANAMA) məlumatına əsasən, 2020-ci ilin noyabrından 2025-ci il iyunun 1-dək azad olunmuş ərazilərdə 38 minə yaxın piyada, 22 minə yaxın tank əleyhinə mina, eləcə də 139 minə yaxın partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Lakin hələ çox işlər görülməlidir. Minalar hər gün insan həyatını təhlükəyə atır. Bir neçə gün öncə, iyunun 30-da Ağdamda baş verən növbəti mina partlayışı bir daha bu təhlükənin davamlı olduğunu xatırlatdı. Hadisə zamanı Ağdam Rayon Polis Şöbəsinin əməkdaşı xidmət vaxtı rayonun işğaldan azad edilmiş Papravənd kəndi ərazisində piyada əleyhinə minaya düşüb. Polis işçisinin sağ ayağı topuqdan amputasiya edilib. Bu artıq 2020-ci il Vətən müharibəsindən sonra baş verən 399-cu mina hadisəsidir və bütün bunlar sülh şəraitində, ərazimizdə müharibənin bitdiyi dövrdə baş verir.

Bəla həm də burasındadır ki, yalnız hərbi qulluqçular, polislər deyil, peşə borclarını yerinə yetirmək üçün işğaldan azad edilmiş bölgələrə ezam olunmuş insanlar, o cümlədən media nümayəndələri də onun qurbanı olublar.

Yada salaq ki, Ermənistanın təqdim etdiyi mina xəritələrinin cəmi 25 faizi real vəziyyəti əks etdirir. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin açıqlamasında bildirilir: “Beynəlxalq təzyiqdən sonra Ermənistan bəzi xəritələri təqdim etsə də, onlar minalanmış ərazilərin yalnız kiçik bir hissəsini əhatə edirdi və yalnız 25 faiz dəqiq idi. Son mina partlayışı hadisələrinin 55 faizindən çoxu bu xəritələrlə əhatə olunmayan ərazilərdə baş verib”.

Ümumiyyətlə, işğaldan azad edilmiş 1 milyon 166 min 702 hektar ərazidə minaların olduğu bildirilir. Bunun da 211 min 800 hektarı yüksək və 954 min 902 hektarı orta və aşağı çirklənmə səviyyəsindədir. Basdırılan minaların 75 faizinin dəqiq yerinin məlum olmaması isə ciddi təhlükədən xəbər verir. Onların yeri məlum olmadığı üçün böyük həvəslə, böyük ruhla torpaqlarına geri dönən insanlar mina qurbanına çevrilir, ölür və ya əlil olurlar. Bununla da, mina terroru həm fiziki təhlükə yaradır, psixoloji gərginliyə səbəb olur, həm də insanların gündəlik yaşamına neqativ təsir göstərir. İşğaldan azad edilmiş ərazilərin bərpasına və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışına problemlər yaradır.

Ən acınacaqlısı isə budur ki, bütün bunlar XXI əsrdə, müasir dövrün gözü qarşısında baş verib. Özlərini sivil və demokratik adlandıran dövlətlərin isə hələ də Ermənistanı “superdemokratik ölkə” kimi təqdim etməsi isə açıq ikili standart nümunəsidir.

Ayxan Hacızadənin sözlərinə görə, Ermənistanın xəritələri Azərbaycan ərazilərində təxminən 400 min minanın yerləşdirildiyini göstərsə də, faktiki rəqəm 1,5 milyona yaxındır. Bunun nəticəsində Azərbaycan dünyada minalarla ən çox çirklənmiş ölkələrindən birinə çevrilib: “Ermənistanın mina təhlükəsinə münasibətdə bu cür davranışı regionda münaqişədən sonrakı dövrdə sülh və etimadın möhkəmləndirilməsi istiqamətində atılan tədbirlərə daha bir geri addımdır.

Bu baxımdan, beynəlxalq ictimaiyyətin Ermənistandan gələn mina təhlükəsini pisləmək üçün ardıcıl tədbirlər görməsini son dərəcə vacib hesab edirik və Ermənistanın hələ də Azərbaycana tam təqdim edilməmiş bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsini gözləyirik. Məcburi köçkünlərin təhlükəsiz qayıdışını və zərər çəkmiş regionların bərpasını təmin etmək üçün Ermənistanın bütün minalanmış ərazilərin dəqiq xəritələrini təqdim etməsi son dərəcə vacibdir”.

***

Bütün bu faktlar açıq şəkildə sübut edir ki, Ermənistan minaladığı ərazilərin dəqiq xəritələrini verməkdən imtina etməklə Azərbaycanın minatəmizləmə prosesini süni şəkildə çətinləşdirməyi, bunun üçün ölkəmizin əlavə enerji, zaman və maliyyə resursları sərf etməsinə nail olmağı qarşısına məqsəd qoyub. Ərazilərimizdə 2021-ci il istehsalı olan minaların aşkarlanması isə Ermənistanın təxribatçı fəaliyyətinin 2020-ci ilin noyabrında imzalanmış üçtərəfli Bəyanatdan sonra da davam etdiyini təsdiqləyir. Mütəxəssislərin ehtimallarına əsasən, həmin tarixdən sonra Azərbaycanın azad olunmuş ərazilərində və onların perimetrləri boyunca yarım milyondan çox Ermənistan istehsalı olan mina basdırılıb. Bu isə mina problemini daha da dərinləşdirir, ərazilərin bərpası və təhlükəsizliyinin təmin edilməsini əngəlləyir, minatəmizləmə işlərini xeyli uzadır.

Faktiki olaraq, Ermənistan mina problemini Azərbaycana qarşı siyasi təzyiq və şantaj alətinə çevirib. Rəsmi İrəvan dəqiq mina xəritələrini təqdim etməməklə bu məsələni sülh danışıqlarında əlavə güzəştlər qazanmaq üçün manipulyasiya vasitəsi kimi istifadə edir. Təəssüf doğuran məqam odur ki, Ermənistanın bu addımları nəticəsində mülki əhalinin həyatı və təhlükəsizliyi ciddi risk altına düşür, regionda uzunmüddətli sabitliyin bərqərar olunması ləngiyir. Amma bütün bunların insani və humanitar aspektləri rəsmi İrəvan üçün prioritet deyil.

Bu kontekstdə beynəlxalq ictimaiyyətin və nüfuzlu beynəlxalq təşkilatların Qarabağdakı mina böhranına münasibətdə nümayiş etdirdiyi laqeydlik və ikili standartlar narahatlıq doğurur. Ermənistanın mina xəritələrini tam və şəffaf şəkildə Azərbaycana təqdim etməsi üçün hələ də ciddi və effektiv təsir mexanizmləri işə salınmayıb. Halbuki digər dövlətin ərazisində qəsdən humanitar böhran yaratdığı üçün Ermənistan beynəlxalq hüquq və prinsiplər çərçivəsində məsuliyyət daşımalıdır. Beynəlxalq təşkilatların bu məsələni görməzlikdən gəlməsi isə regionda təhlükəsizliyin, bərpa və reinteqrasiya proseslərinin ləngiməsinə bilavasitə zəmin yaradır.

Bu isə açıq şəkildə beynəlxalq humanitar hüququn, xüsusilə də Cenevrə konvensiyalarının kobud şəkildə pozulmasıdır. Belə olan halda sual yaranır: beynəlxalq təşkilatlar Ermənistanın məsuliyyətsiz davranışına qarşı təsir mexanizmlərini tətbiq etmək, bu ölkəyə hüquqi və siyasi təzyiqlər göstərmək barədə çağırışlara niyə səssiz qalır? Ermənistan bundan nəticə çıxarıbmı? Mina sahələrinin tam və dəqiq xəritəsini təqdim etməyə qərar veribmi? Cavab bəllidir– xeyr. Əksinə, Avropa İttifaqı Ermənistanı maliyyələşdirməyə davam edir, özü də “Sülh Fondu” adı altında. Bəs belə olan halda həmin yardımlar Ermənistan üçün əslində nəyə xidmət edir?

Bir daha yada salaq ki, ərazilərimizin minalar və digər partlamamış hərbi sursatlarla çirklənmə miqyası böyükdür. Bu səbəbdən ərazinin tamamilə təmizlənməsi illər çəkəcək və əgər minalanmış ərazilərin xəritələrinə çıxış olmasa, minatəmizləmə fəaliyyətləri çox çətinləşəcək. Azərbaycan isə bu təhlükəni aradan qaldırmaq üçün bütün resurslarını səfərbər edib və etməkdə davam edir.

Bu barədə Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu XQ-yə bidirdi ki, Azərbaycan bu gün minalarla çirklənmiş ərazilərdə təkcə torpağını deyil, həm də insan həyatını, sağlam və təhlükəsiz gələcəyi və regionun sabitliyini xilas etməyə çalışır: “ANAMA-nın son məlumatlarından aydın olur ki, on minlərlə hərbi sursat zərərsizləşdirilib. Ancaq bu statistikadan daha acı bir reallıq var: 2020-ci ilin noyabr ayından indiyədək 399 mina hadisəsi qeydə alınıb. Bu, günümüzün davam edən insanlıq faciəsidir.

Biz dəfələrlə qeyd etmişik ki, Ermənistan tərəfindən təqdim olunan və reallığı əks etdirməyən saxta mina xəritələri də birbaşa olaraq beynəlxalq humanitar hüququn, xüsusilə də Cenevrə konvensiyalarının pozulmasıdır. Azərbaycan bu gün 1,5 milyondan çox mina olması təxmini ilə dünyada minalarla ən çox çirklənmiş ilk 5 ölkə sırasındadır. Bu acı reallıqdır. Ərazilərimizin hər qarışı demək olar ki, minalanıb. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, beynəlxalq ekspertlərin hesablamalarına görə, bu ərazilərin tam təmizlənməsi üçün təqribən 30 il və 25 milyard dollar tələb olunur.

Biz, Beynəlxalq Avrasiya Mətbuat Fondu olaraq bu problemin təkcə texniki deyil, həm də qlobal ədalət, təhlükəsizlik və inkişaf məsələsi olduğunu daim vurğulamışıq. Ona görə də son illər mina probleminin BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində ayrıca bir 18-ci məqsəd kimi qəbul olunması istiqamətində səylər göstəriririk. Biz bu təşəbbüsü 2022-ci ildən etibarən müxtəlif beynəlxalq platformalarda gündəmə gətirir və məsələ ilə bağlı başda ANAMA və ABŞ-ın “Sülhün Kökləri” təşkilatı olmaqla əksər tərəfdaşlarımızla birlikdə çağırışlar edirik.

Bəli, bu gün Azərbaycan təkbaşına bu çətinliklə mübarizə aparmaq əzmindədir. Amma bu mübarizə həm də bütün bəşəriyyətin sınağıdır. Bu cür gedişatla insan həyatını, beynəlxalq hüququ və ədaləti hansı dərəcədə qoruyacağıq? Bütün bunlara baxmayaraq, beynəlxalq təşkilatların və dövlətlərin susqunluğu davam edir. Ermənistan bu əməllərindən hər hansı nəticə çıxarıbmı? Xeyr. Əksinə, o, yenə də “sülh” pərdəsi arxasında maliyyələşdirilir. Belə bir şəraitdə verilən maliyyə isə nə sülhə xidmət edir, nə də hüquqa – çox təəssüf ki, bu, birbaşa olaraq siyasi maraqların təzahürüdür”.

Bütün bu faktlar göstərir ki, minalar təkcə təhlükəsizlik deyil, həm də sosial-iqtisadi, humanitar və siyasi məsələdir. Ona görə də beynəlxalq ictimaiyyət problemin miqyasını və Ermənistanın məsuliyyətini görməzlikdən gəlməməli, konkret addımlar atmalıdır. Azərbaycanın ərazi bütövlüyü və insan təhlükəsizliyi bu gün təkcə ölkəmizin deyil, bütövlükdə regionun sabitliyi üçün açar rolunu oynayır. Həm də davamlı inkişaf və bölgənin dirçəlişi üçün çox vacibdir.

Pünhan ƏFƏNDİYEV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 İyul 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan diasporunun lideri sərbəst buraxılıb (Yenilənib)

02 İyul 2025 16:19see237

Qəzzada 60 gün...

03 İyul 2025 08:15see123

Qadınlar hansı kişiləri daha çox sevirlər: dolğun, yoxsa arıq və əzələli olanları?

04 İyul 2025 00:45see121

Ersin Tatar: Türk dünyası sülh və müstəqilliyi birgə qorumalıdır

02 İyul 2025 23:22see120

Makron digər Aİ liderlərini qabaqlamağa tələsir

03 İyul 2025 07:52see119

ABŞ 100 ə yaxın ölkəyə 10% rüsum tətbiq edəcək

04 İyul 2025 01:23see119

A Seriyasının debütantı yeni baş məşqçi ilə anlaşdı

02 İyul 2025 21:50see119

2000 ci illərin mikro şortları yenidən modaya dönəcək...

03 İyul 2025 01:09see118

İki qəsəbədə qaz təchizatı dayandırılacaq

03 İyul 2025 09:12see118

"Qurdlar vadisi"nin məşhur aktyoru vəfat etdi

03 İyul 2025 01:43see118

Abşeron rayonunda güclü yanğın Onlarla hektar ərazi alov içindədir (VİDEO) KONKRET

02 İyul 2025 23:48see118

Merkel Trampın əl sıxmaqdan imtina etməsi ilə bağlı qalmaqalın təfərrüatını açıqladı

04 İyul 2025 04:35see117

Bu yola yeni kamera quraşdırılıb: Belə edənləri çəkir VİDEO

03 İyul 2025 20:35see116

Mərkəzi Elmi Kitabxana 2025 ci ilin altı ayı üzrə hesabat verib

02 İyul 2025 18:28see116

Meladzenin Yurmala konsertində qalmaqal olub

03 İyul 2025 08:23see115

İzmir meriyasının keçmiş müxalifət işçiləri korrupsiya ittihamı ilə saxlanılıb

03 İyul 2025 07:40see115

31 il ötdü...

03 İyul 2025 07:57see114

Pezeşkian: Azərbaycan türkcəsində təhsil milli və beynəlxalq öhdəlikdir

04 İyul 2025 01:48see114

Qalatasaray İnter in qapıçısıçı istəyir

03 İyul 2025 00:32see113

Kiyev bombalanır: Yaşayış binalarında yanğınlar, dağıntılar

04 İyul 2025 03:23see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri