Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”
Icma.az bildirir, Operativ MM saytına əsaslanaraq.
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares İsrailin "Qlobal Qətiyyət Donanması"na hücumu zamanı qanunsuz şəkildə saxladığı ispan vətəndaşlarını dərhal azad etməsini tələb etdiklərini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Nazir "Qlobal Qətiyyət Donanması"nda 65 ispan vətəndaşının olduğunu bildirib.
“Donanma üzvləri İsrail üçün heç bir təhdid yaratmır, qanunsuz hərəkət etmək və ya düşmənçilik göstərmək niyyətində deyillər. Buna görə də qətiyyən heç bir ittihamla üzləşməməlidirlər. Hazırda əsas prioritet – beynəlxalq sularda günahsız şəkildə keçid hüququndan istifadə etdikləri üçün dərhal azad edilmələri və İspaniyaya qayıtmalarıdır. Onlara qarşı əsassız və haqsız ittihamları qəbul etməyəcəyəm”, – o əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:169
Bu xəbər 02 Oktyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















