Icma.az
close
up
RU
Yerdə pul tapıb götürənlərin diqqətinə!

Yerdə pul tapıb götürənlərin diqqətinə!

Icma.az bildirir, Olke.az portalına istinadən.

Bəs qanun bu cür hallarda hansı qaydaları müəyyən edir?

Ölkə.az xəbər verir ki, vəkil Babək Umudov Demokrat.az-a açıqlamasında deyib ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsində tapılmış əşyalarla (tapıntı ilə) bağlı hüquqi tənzimləmə dəqiq müəyyən edilir.

Onun sözlərinə görə, Mülki Məcəlləyə əsasən, əşyanın sahibini və ya onun olduğu yeri müəyyən etmək mümkün olmadıqda, əşyanı tapan şəxsin hüquq və öhdəlikləri qanunvericiliklə müəyyən edilmiş qaydada tənzimlənir:

"Əşyanı tapan şəxs onu dərhal öz mülkiyyətinə keçirə bilməz. Qanunvericiliyə görə, həmin şəxs əşyanı itirənə, onun sahibinə və ya əşyanı geri almaq hüququ olan digər şəxsə xəbər verməli və tapıntını ona qaytarmalıdır. Əgər əşyanı kimin itirdiyini və ya onun harada olduğunu müəyyən etmək mümkün deyilsə, bu barədə polisə məlumat verilməlidir.

Əşyanı tapan şəxs onu özündə saxlaya və ya saxlanılması üçün polisə təhvil verə bilər. Lakin əşyanı özündə saxladığı halda, onun qorunub saxlanılmasına görə məsuliyyət daşıyır. Əşya qəsdən və ya kobud ehtiyatsızlıq nəticəsində zədələnərsə və ya məhv olarsa, tapan şəxs məsuliyyətə cəlb edilə bilər.

Polisə məlumat verildiyi tarixdən etibarən altı ay ərzində əşyanın sahibi tapılmazsa və ya öz hüququnu bəyan etməzsə, tapan şəxs həmin əşyanın mülkiyyətçisi ola bilər. Əgər o, əşyanı mülkiyyətinə götürməkdən imtina edərsə, əşya dövlətin mülkiyyətinə keçir.

Bununla yanaşı, tapılmış əşyanı sahibinə qaytaran şəxsin mükafat tələb etmək hüququ da var. Mükafatın məbləği əşyanın dəyərinin 20 faizindən çox ola bilməz. Əgər əşyanı itirən şəxs əvvəlcədən onu tapana mükafat verəcəyini elan edibsə, ödəniş elan edilmiş şərtlərə uyğun həyata keçirilir. Ancaq tapan şəxs tapıntı barədə polisə məlumat verməyibsə və ya onu gizlətməyə cəhd edibsə, mükafat almaq hüququnu itirir.

Əşyanı saxlayan, qoruyan və ya sahibinə çatdıran şəxs, həmçinin onun saxlanılması və sahibinin tapılması üçün çəkdiyi zəruri xərclərin əvəzini də tələb edə bilər".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://olke.az
archiveBu xəbər 29 Oktyabr 2026 00:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see537

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see484

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see372

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see285

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see261

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see242

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see238

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see232

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see228

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see212

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see205

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see203

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see197

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see196

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see192

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see185

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see183

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see182

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see172

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri