Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

İraola: “Belə bir şey baş verməməlidir”

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Yerin altında nə baş verir: Böyük partlayışa hazırlaşır?

Yerin altında nə baş verir: Böyük partlayışa hazırlaşır?

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Elm adamları Yer qabığının alt qatlarında indiyə qədər fərq edilməmiş sirli geoloji quruluş və hərəkətliliklər aşkar ediblər. 

Qaynarinfo xəbər verir ki, Səudiyyə Ərəbistanındakı Kral Fəhd Universiteti ilə İsveçrənin Sürix Federal Texnologiya İnstitutunun (ETH) alimləri tərəfindən aparılan birgə tədqiqatlar planetimizin dərinliklərində baş verən dinamik prosesləri aydın şəkildə nümayiş etdirib.

Təxminən 660 kilometr dərinlikdə, Oman ərazisinin altında aşkar edilən "xəyal mantiya sütunu" və Yer kürəsinin nüvəsinə yaxın olan, təxminən 2700 kilometr dərinlikdə yerləşən D" təbəqəsində (mantiya qatının ən dərin hissəsi) müəyyənləşdirilən bərk qaya axını, geologiya sahəsində stereotipləri alt-üst edən kəşflər kimi qiymətləndirilir.

Oman altında səssiz yüksəliş: "Xəyal mantiya sütunu" nədir?

Mantiya təbəqəsi Yer qabığı ilə nüvə arasında yerləşən, təxminən 2900 kilometr qalınlığında, əsasən bərk, lakin yüksək temperaturda olan qayalardan ibarət təbəqədir. Mantiyanın bəzi bölgələrində temperaturun yüksək olması, qayaların yuxarı istiqamətdə hərəkət etməsinə, yəni "mantiya sütunları"nın (mantle plumes) yaranmasına səbəb olur.

Bu tip strukturlar adətən vulkanik partlayışlarla səthə çıxaraq alimlərin diqqətini cəlb edir. Lakin Oman ərazisində, səthdə hər hansı vulkanik fəaliyyət müşahidə olunmadan, dağların altında dərinliklərdə yüksələn bir isti qaya sütunu müəyyən olunub. Elə bu səbəbdən bu kimi strukturlar "xəyal mantiya sütunu" adlandırılır.

Zəlzələ dalğalarından alınan siqnallar

Kral Fəhd Universitetinin Neft, Mühəndislik və Geologiya Elmləri fakültəsindən Dr. Simone Pilia və onun komandası regiondakı zəlzələ dalğalarının davranışını analiz ediblər. Zəlzələ dalğaları müxtəlif qaya növləri və temperatur şəraitinə görə sürət dəyişir. İsti və yumşaq qayalarda bu dalğalar daha yavaş hərəkət edir.

Oman bölgəsindən keçən zəlzələ dalğalarının gözləniləndən daha yavaş hərəkət etməsi, dərinliklərdəki isti qaya sütununun varlığına işarə edir. Dr. Pilia bu struktura oğlunun adını verərək onu "Dani" adlandırıb. Təxminən 660 kilometr dərinlikdə başlayan bu silindrik formaya malik isti qaya sütunu, ətraf mantiyaya nisbətən 300 dərəcə daha yüksək temperaturludur. Ən maraqlısı isə bu strukturun yer səthinə vulkanik partlayışla çıxmamasıdır.

Niyə səthə çıxa bilmir?

Adətən isti qaya sütunları səthə doğru hərəkət edərkən maqma püskürməsi və vulkanik fəaliyyətlə nəticələnir. Lakin Oman bölgəsindəki bu sütun, təxminən 100 kilometr qalınlığında olan sərt bir qaya təbəqəsi səbəbindən səthə çıxa bilmir. Bu bərk təbəqə, ərimiş qayanın yuxarıya qalxmasına mane olur və püskürmənin qarşısını alır.

Dr. Pilia qeyd edir: "Bu struktur mövcuddur, lakin sıxışdırılıb". Yəni hərəkətli və isti olmasına baxmayaraq, üzərindəki bərk təbəqə onun səthə çatmasına imkan vermir.

Tədqiqatçılar tərəfindən hazırlanmış modelə əsasən, bu sütunun diametri 200–300 kilometr arasında dəyişir və ən azı 660 kilometr dərinliyə qədər uzanır.

Uzunmüddətli təsir: 40 milyon illik bir tarix

Tədqiqat nəticələri göstərir ki, bu isti qaya sütunu ən azı 40 milyon ildir ki, olduğu yerdə mövcuddur. Bu müddət ərzində Hindistan qitə lövhəsinin hərəkətinə belə təsir göstərmiş ola bilər. Həmçinin, bu struktur, tektonik qüvvələrin zəifləməsinə baxmayaraq Oman bölgəsində bəzi ərazilərin hələ də yuxarıya doğru qalxmasının səbəbi kimi izah olunur.

Yer kürəsinin dərinliyində başqa bir sürpriz

Bundan əlavə, Sürix Federal Texnologiya İnstitutundan professor Motohiko Murakami və komandası isə təxminən 2700 kilometr dərinlikdə – mantiyanın nüvə ilə sərhədində yerləşən D" təbəqəsində daha öncə məlum olmayan bərk qaya axını aşkarlayıblar.

Yer kürəsinin daxili əsasən qabıq, mantiya və nüvə hissələrinə bölünür. Mantiyanın alt hissəsi isə D" təbəqəsi adlandırılır. Bu bölgədə zəlzələ dalğalarının davranışı, burada qeyri-adi dərəcədə sərt və fərqli materialın mövcudluğunu göstərir.

Bərk qayaların sirri

Alimlər bu təbəqədə "perovskit" adlı mineralın, yüksək temperatur və təzyiq şəraitində "post-perovskit" adlı formaya keçdiyini artıq müəyyən etmişdilər. Lakin bu dəyişiklik, sismik dalğaların burada niyə qəfil sürətləndiyini tam izah etmirdi.

Murakami və komandası laboratoriyada Yer kürəsinin 2700 kilometr dərinliyindəki şəraiti süni şəkildə yaradıblar. Kiçik mineral hissəciklərini iki ucu iti almaz arasında sıxışdıraraq 115 qiqapaskal (inanılmaz dərəcədə yüksək) təzyiq tətbiq etdilər. Nəticədə mineral kristalları təsadüfi şəkildə deyil, eyni istiqamətdə düzülməyə başladı.

Kristalların bu şəkildə hizalanması, qayanın müəyyən istiqamətlərdə daha sərt olmasına səbəb olub. Məhz bu istiqamətli sərtlik fərqi, həmin bölgədə sismik dalğaların sürətinin qəfil artmasının əsas səbəbidir.

Yer kürəsinin daxili: yavaş, amma formalaşdırıcı güc

Bu kəşf göstərir ki, D" təbəqəsi əslində nəhəng bir bərk qaya axınından ibarətdir. Bu axın olduqca yavaş hərəkət edir – ildə sadəcə bir neçə santimetr. Lakin milyardlarla il ərzində bu cür axınlar belə, Yer kürəsinin daxili strukturu və tektonik hərəkətlərə böyük təsir göstərir.

Gələcəyin geologiyası: yeni suallar və üfüqlər

Bu iki əsas kəşf göstərir ki, Yer kürəsinin daxili təbəqələri indiyə qədər düşünüləndən daha hərəkətli və mürəkkəbdir. Həm Oman altındakı isti qaya sütunu, həm də nüvəyə yaxın bərk qaya axını Yer kürəsinin istilik paylaşımı, lövhə hərəkətləri və hətta maqnit sahəsinin formalaşması kimi əsas proseslərin daha dərindən anlaşılmasına imkan yaradır.

Dr. Pilia bu strukturların nadir olmadığını, lakin onları müşahidə etmək üçün xüsusi seysmik müşahidə şəbəkələrinin vacib olduğunu bildirir. Prof. Murakami isə bu hərəkətlərin planetin geoloji tarixinə və həyatına təsirlərinə diqqət çəkir.

Nəticə etibarilə, alimlərin apardığı bu dərindən araşdırmalar Yer kürəsinin daxili hərəkətliliyi və strukturları barədə indiyə qədər məlum olmayan bir çox detalı üzə çıxarır. Mantiya sütunlarının səssizliyi, bərk qayaların illərlə davam edən yavaş hərəkəti və istilik paylaşımı ilə bağlı yeni ipucları, planetimizin necə işlədiyini daha yaxşı anlamamıza xidmət edir.

Aydın

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 İyun 2025 18:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see342

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see313

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see276

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see264

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see260

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see250

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see248

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see246

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see243

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see239

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see235

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see234

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see228

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see223

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see219

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see219

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see219

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see209

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see202

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see200
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri