Icma.az
close
up
RU
Yerində sayan sektor milyonları niyə itiririk?

Yerində sayan sektor milyonları niyə itiririk?

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qlobal turizm sektoru pandemiyadan sonrakı bərpasını başa vuraraq və 2026-cı il də daxil olmaqla yenidən güclü artım trendinə qədəm qoyub. 

Səyahət və turizm sektoru 2024-cü ildə qlobal iqtisadiyyata 10,9 trilyon dollar töhfə verib və 357 milyon iş yeri yaradıb. Növbəti 10 il üçün proqnozlar göstərir ki, bu töhfə 2035-ci ildə 16,5 trilyon dollara, məşğulluq isə 462 milyon nəfərə çatacaq. 

Dünya turizmi dəyişir, böyüyür və genişlənir. 2025-ci ildə qlobal turizm 4 faiz artıb, ziyarətçilərin sayı 1,5 milyardı keçib. Bu rəqəmin yarıdan çoxu Avropa ölkələrinə, böyük hissəsi isə Aralıq dənizi hövzəsinə yönəldilib. Səudiyyə Ərəbistanı, Misir, BƏƏ və Yunanıstan kimi ölkələrdə də geniş turizm investisiyaları həyata keçirilir.

Ümumiyyətlə, dünya turizmində müşahidə edilən artımı yalnız turist cəlbediciliyi ilə izah etmək olmaz. Burada nəqliyyat infrastrukturu, viza siyasəti, təhlükəsizlik və xərc balansı kimi amillər hər bir ölkəyə gələn ziyarətçilərin sayını birbaşa müəyyən edir. 

Hazırda dünyada turist sayına görə, Fransa həm mədəni, həm də coğrafi müxtəliflik təklif etdiyi üçün turizm sahəsində liderliyini qoruyub saxlayır. Paris, Nitsa və Lion kimi şəhərlər il ərzində çox sayda turist cəlb edir. 

Ölkə təxminən 102 milyon ziyarətçi ilə dünyada birinci yerdədir. İspaniya dənizkənarı turizmi şəhər turizmi ilə birləşdirir və beləliklə, geniş çeşiddə ziyarətçi profillərinə cəlbedici gəlir. Barselona və Madrid kimi şəhərlər, Balear adaları ilə yanaşı, ölkənin turizm yükünü tarazlaşdırır. 

Təxminən 96 milyon turistlə ikinci yerdədir. Xüsusilə əlverişli yaşayış variantları ölkəni rəqabətədavamlı edir. ABŞ turizm müxtəlifliyi baxımından ən güclü ölkələrdən biridir. 

Nyu-York, Los-Anceles və Las-Veqas kimi şəhərlər fərqli təcrübələr təklif edir. Ölkə təxminən 79 milyon ziyarətçi cəlb edir. İşgüzar və təhsil səyahətlərinin turizmə inteqrasiyası ziyarətçilərin sayını artıran əsas amillərdən biridir.

Turizmin inkişaf etdiyi ölkələrdən biri Türkiyədir ki, 2015-ci ildə 31,5 milyard dollar olan turizm gəliri 2025-ci ilə qədər 65,2 milyard dollara çatıb. Eyni dövrdə ziyarətçilərin sayı 41,6 milyondan 63,9 milyona yüksəlib.

Turizm gəlirlərinin 2030-cu ildə 120 milyard dollara, 2035-ci ildə 110 milyon ziyarətçiyə çatmasını hədəfləyirlər. Növbəti 10 ildə xaricdən ən azı 850 milyon ziyarətçi qəbul etməyə hazırlaşırlar. 

2026-cı ilin yanvar-fevral ayları:nda Türkiyəyə gələn xarici qonaqların ümumi sayı 4 milyon 373 min nəfər olaraq qeydə alınıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,70% artım deməkdir.

Azərbaycanda turizm prioritet elan edilsə də, uzun illərdir ki, bu sektorda ciddi irəliləyiş müşahidə edilmir. Bu ilin I rübündə Azərbaycana 172 ölkədən 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, gələnlərin 25,9 %-i Rusiya, 21,7 %-i Türkiyə, 8,9 %-i İran, 5,3 %-i Gürcüstan, 4,1 %-i Qazaxıstan, 3,6 %-i Hindistan, hər birindən 3 faiz olmaqla Pakistan və Özbəkistan, 2,5 %-i Səudiyyə Ərəbistanı, 2,1 %-i Çin, 1,9 %-i İsrail, 1,6 %-i Ukrayna, 1,5 %-i Türkmənistan, 1,2 %-i Böyük Britaniya, hər birindən 1 faiz olmaqla  Küveyt və Birləşmiş Ərəb Əmirlikləri, 11,7 %-i digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, gələnlərin 71,8 %-ni kişilər, 28,2 %-ni qadınlar təşkil edib. Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,4 % artaraq 21,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 % artaraq 177,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 16,7 % azalaraq 69,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 8,9 % azalaraq 216,4 min nəfər olub.

Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,6 %-i hava, 29,8 %-i dəmir yolu və avtomobil, 1,6 %-i isə dəniz nəqliyyatından istifadə edib. 

Azərbaycanda turizm sektoru ilə bağlı sərhədlərin bağlı olması, xidmət keyfiyyətinin zəifliyi, turistlərə qiymətlərin baha təqdim olunması, eləcə də turistləri cəlb edəcək məkanların, əyləncə mərkəzlərinin sayının azlığı kimi mövcud problemlərə dəfələrlə toxunulsa da bu sahədə heç bir yenilik müşahidə edilmir. Nəticədə həm turist sayında artım özünü göstərmir, həm də bu sektordan gələn gəlirləri itiririk.   

Azərbaycan turizmində niyə irəliləyiş deyil, ancaq geriləmə özünü göstərir? 

Məsələ ilə bağlı turizm üzrə ekspert Cabir Dövlətzadə "Cebheinfo.az"-a bildirib ki, cari ilin birinci rübündə tursit sayında geriləmə ciddi şəkildə görülür: 

"Bunun əsas səbəblərindən biri bölgədə olan İran-İsrail-ABŞ müharibəsidir. Baş verən proseslər hava nəqliyyatını iflic etdi. Bunun nəticəsində Azərbaycana xüsusən ərəb dünyasından, Yaxın Şərqdən gələn  ziyarətçi sayında azalmaya səbəb oldu. 

Eləcə də Avropa müştəriləri təhlükəsizlik səbəbi ilə Azərbaycana olan reysləri ləğv etdilər. Bu da xüsusilə mart ayı üçün geriləməyə səbəb oldu. Azərbaycanda Ramazan bayramı sonrası Novruz bayramına təsadüf etməsi sadəcə bir inkişafa səbəb oldu ki, bu da daha çox rus, türkiyəli və Orta Asiya müştəriləri hesabına yarandı. 

Avropa müştərilərini bazarda demək olar ki, çox az görmək mümkün oldu. Müharibədən sonra artıq ikinci rübdə bir inkişafın olacağını fikirləşirik. Bundan başqa, mayın 3-dən etibarən Serbiya ilə Azərbaycan arasında birbaşa reyslər açılacaq. Bu da ciddi bir şəkildə inkişafa gətirib çıxaracaq ki, həmin  reyslərin qiyməti 150 avro, 300 manat təşkil edir".   

Qeyd edək ki, cari ilin I rübündə turist sayında azalma müharibə ilə əlaqələndirilir. Ancaq bu da bir faktdır ki, ötən il müharibə yox idi və turist sayında yenə də irəliləyiş müşahidə edilmədi. Nə qədər ki, bu sektorda nailiyyət əldə etmək qarşıya məqsəd kimi qoyulmayıb, heç bir artıma nail olunmayacaq.

Nigar Abdullayeva
"Cebheinfo.az"

Açar sözlər: turizm Cabir Dövlətzadə

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 22 Aprel 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see355

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see338

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see298

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see269

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see235

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see212

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see200

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see197

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see193

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see189

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see187

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see178

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see175

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see168

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see168

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see166

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see164

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see163

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see161

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri