Icma.az
close
up
RU
Dollar yerində qalıbsa: Hər şey niyə bahalaşır?

Dollar yerində qalıbsa: Hər şey niyə bahalaşır?

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Dolların məzənnəsi uzun müddətdir sabit qalsa da, Azərbaycanda bir sıra məhsulların qiymətində artımlar müşahidə olunur. 

Xüsusilə gündəlik tələbat malları ilə yanaşı, idxal olunan məhsulların da qiymətinin yüksəlməsi istehlakçıların xərclərinə təsir edir. Əvvəlki dövrlərdə məhsul qiymətlərindəki artımın əsas səbəblərindən biri kimi dolların məzənnəsinin dəyişməsi göstərilsə də, hazırda valyuta məzənnəsi sabit olduğu halda bahalaşmanın davam etməsi diqqət çəkir. 

Dolların məzənnəsi dəyişmədiyi halda Azərbaycanda bəzi məhsulların qiymətinin artmasına əsasən hansı amillər təsir edir?

Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı-ekspert Akif Nasirli “Cebheinfo.az”-a bildirib ki, dolların məzənnəsinin sabit qalması Azərbaycanda qiymətlərin sabit qalacağı anlamına gəlmir:

“Çünki məhsulun son qiyməti yalnız dollarla bağlı deyil. Əsas amillərdən biri istehsal xərcləridir. Azərbaycanda istehsal olunan məhsul üçün belə toxum, gübrə, yem, yanacaq, texnika, ehtiyat hissələri, qablaşdırma və digər xammalın bir hissəsi idxaldan asılıdır. 

Bu resursların dünya qiyməti və ya daxili maya dəyəri artdıqda, dollar dəyişməsə də, məhsul bahalaşa bilər. Əməkhaqqı, elektrik enerjisi, yanacaq, icarə, vergi və digər inzibati xərclərin artması da məhsulun maya dəyərinə daxil olur. 

Xüsusilə ərzaq sektorunda enerji və logistika xərclərinin təsiri böyükdür. Məhsul tarladan və ya zavoddan mağazaya çatana qədər bir neçə mərhələdən keçir və hər mərhələdə daşınma, anbar, soyutma, çeşidləmə və digər xərclər yaranır. Bu xərclər artdıqca son pərakəndə qiymətə də təsir edir”. 

İdxal məhsullarında vəziyyət bir qədər fərqlidir: 

“Dolların manata nisbətən sabit qalmasına baxmayaraq, həmin məhsulun dünya bazarındakı dollar qiyməti arta bilər. Məsələn, məhsul əvvəl 100 dollara idxal edilirdisə, dünya bazarında 110 dollara qalxması Azərbaycanda məzənnə dəyişmədən 10 faizlik əlavə xərc yaradır. 

Buraya daşınma, sığorta, gömrük, anbar və daxili logistika xərcləri də əlavə olunur. Ərzaq məhsullarında qiymətin formalaşmasına mövsüm və təklif-tələb balansı da ciddi təsir edir. Məhsul az olduqda, hava şəraiti istehsala zərər vurduqda və ya bazarda təklif azaldıqda qiymət yüksəlir. 

Əksinə, bol məhsul dövründə qiymətlərin aşağı düşməsi mümkündür. Ət və süd məhsullarında isə yem, su, baytarlıq və digər istehsal xərcləri mühüm rol oynayır. Satıcıların marjası da qiymətə təsir edən amillərdəndir, amma bütün bahalaşmanı yalnız ticarətçilərin üzərinə qoymaq düzgün deyil. 

Bəzən fermerin məhsulu ilə istehlakçının ödədiyi qiymət arasında böyük fərq yaranır və bunun səbəbi uzun təchizat zənciri, vasitəçilərin çoxluğu və logistika xərcləri olur. Rəqabətin zəif olduğu bazarlarda isə bəzi şirkətlərin xərc artımından daha böyük qiymət artımına getməsi riski də mövcuddur. 

Bu bahalaşmanın tamamilə qarşısını almaq mümkün deyil, çünki bazarda dünya qiymətləri, hava şəraiti və digər xarici amillər daim dəyişir. Lakin qiymət artımının miqyasını azaltmaq mümkündür. 

Bunun üçün yerli istehsalın məhsuldarlığı artırılmalı, suvarma və yem problemi həll edilməli, logistika və soyuducu anbar infrastrukturu inkişaf etdirilməli, fermerlərin bazara birbaşa çıxışı genişləndirilməli və rəqabət gücləndirilməlidir”. 

Ən vacib məqam ondan ibarətdir ki, qiymətləri inzibati qaydada uzun müddət saxlamaq problemin həlli deyil: 

“Xərc artırsa, qiyməti süni şəkildə aşağı saxlamaq istehsalçının fəaliyyətini zəiflədə və gələcəkdə məhsul qıtlığı yaradaraq daha böyük bahalaşmaya səbəb ola bilər”. 

Ekspert qeyd edib ki, davamlı həll yolu maya dəyərini aşağı salmaq və məhsulun istehsalçıdan istehlakçıya qədər keçdiyi zəncirdə səmərəliliyi artırmaqdır. 

Aişə 
“Cebheinfo.az”

Açar sözlər: Dollar Akif Nasirli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 14 Sentyabr 2026 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see367

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see308

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see290

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see264

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see254

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see248

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see237

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see231

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see223

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see222

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see214

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see203

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see191

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see187

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see186

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see182

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see179

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see178

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see165

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri