“Yerkrapa” terrorçuları şərti sərhəddəki mövqelərə GÖNDƏRİLDİ TƏHDİD ARTIR (VİDEO) KONKRET
Konkret.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır. Məlumata görə, “Yerkrapa” terror təşkilatı şərti sərhəddəki döyüş mövqelərinə yeni terrorçular göndərib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, silahlı qruplaşmanın sıralarında Azərbaycana qarşı müharibələrdə iştirak etmiş terrorçuların olduğu bildirilir. Həmçinin ərazidə separatçı simvol olan erməni əski parçası dalğalanır. Terrorçuları daşıyan nəqliyyat vasitələrinin Ermənistan Müdafiə Nazirliyinin arsenalına aid olduğu qeyd edilir.
Bu addımlar regionda sülh və sabitliyə ciddi təhdid hesab olunur. Ermənistanın “sülh” bəyanatları ilə belə təxribatçı hərəkətlər arasında ziddiyyət olduğu vurğulanır. Paşinyan hökuməti sadəcə sözlə deyil, əməli addımlarla bölgədə sabitliyin təminatı üçün çalışmalıdır.
Ekspertlər bildirir ki, terrorçuların sərhəd mövqelərinə yerləşdirilməsi təxribat xarakterlidir və bunun bütün məsuliyyəti Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 19 May 2025 23:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















