Icma.az
close
up
RU
Bakının səbr kasası daşır: Azərbaycan “Yerkrapa” terrorçularının şərti sərhədə yerləşdirməsinə göz yummayacaq

Bakının səbr kasası daşır: Azərbaycan “Yerkrapa” terrorçularının şərti sərhədə yerləşdirməsinə göz yummayacaq

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Yerkrapa” terror təşkilatı Ermənistan-Azərbaycan şərti sərhədindəki döyüş mövqelərinə yeni terrorçular göndərib.

 Bu barədə “44th Ranger Regiment” Teleqram kanalı məlumat yayıb. 

Bildirilib ki, silahlı qruplaşmanın sıralarında Azərbaycana qarşı müharibələrdə iştirak etmiş terrorçular var: 

“Həmçinin separatçı əski parçasını qoluna yapışdıranları da görmək olar. Bu addımlar regionda sülh və sabitliyə ciddi təhdid yaradır. Ermənistanın “sülh” açıqlamaları ilə bu amillər birbaşa ziddiyyət təşkil edir. Belə terrorçuların mövqelərə yerləşdirilməsi açıq təxribatdır. Təxribatın və qanunsuz hərbi fəaliyyətin bütün məsuliyyəti Ermənistan hərbi-siyasi rəhbərliyinin və onu dəstəkləyən qüvvələrin üzərindədir”.



Hərbi ekspert Azər Bayramov "Sherg.az"a deyib ki, Ermənistanın müxtəlif yollarla təxribata əl atması onların sülh sazişinin əldə olunması və regionda sabitliyin təmin olunmasında maraqlı olmadıqlarının göstəricisidir:


“Bunu Ermənistanın davranışlarına baxdıqda açıq şəkildə görmək mümkündür. Ermənistan hərbi-siyasi rəhbərliyi sülhlə bağlı yalnız dildə müxtəlif fikirlər səsləndirir, ancaq əməli olaraq tamamilə zid fəaliyyətlərlə məşğuldurlar. Ermənistanın sürətli formada silahlanması, ordusunu dırnaqarası havadarlarının dəstəyi ilə yenidən formalaşdırması, ehtiyatda olan hərbiçiləri orduya qaytarması və “Yerkrapa” terror təşkilatını Azərbaycan şərti sərhədə yerləşdirməsi kimi fəaliyyətləri var. Ermənistan bununla vəziyyətin daha da gərginləşdirilməsinə xidmət edərək suni xaosdan yararlanaraq havadarlarından hərbi və siyasi dəstək almaq niyyəti güdür. O, sözügüdən proseslərdə tək deyil. Ermənistana edilən hərbi istiqamətdə göstərilən bütün dəstək onların hərbi-siyasi rəhbərliyi daxil olmaqla revanşitləri də gələcəkdə münaqişənin alovlanmasına həvəsləndirir. Ermənistan ordusunda oluna islahatları və tədarük edilən silahları ciddi şəkildə qiymətləndirməliyik. Amma vurğulamaq lazımdır ki, sözügedən proseslərin İrəvana heç bir xeyri olmayacaq. İkinci Qarabağ savaşına qədər Ermənistanın arsenalında yetərincə silah-sursat var idi. O, bunlara güvənərək özünü məğlubedilməz sayırdı. Azərbaycan Ordusu isə 30 il ərzində formalaşan mifi darmadağın etdi”.


Ekspert qeyd edib ki, Vətən müharibəsindən antiterror əməliyyatlarına qədər də Emrənistan təxribatçı fəaliyyətlərlə məşğul olur və separatçıları silahlandırırdı:

“Nəticə etibarı Azərbaycan antiterror əməliyyatları həyata keçirdi və qəhraman ordumuz Qarabağda yerləşən seperatçı rejimi zərərləşdirdi. Bu Ermənistan və onun havadarları üçün ciddi dərs olmalıdır. Onlar başa düşməlidirlər ki, Ermənistanı yenirən silahlandırmaq yersizdir və əbəsdir. Azərbaycan mövcud vəziyyətin hər zaman olduğu kimi danışıqlar yoluyla həll edilməsinin tərəfdarıdır. Ancaq qarşı tərəfdən hələ də belə hümanist yanaşmaya təxribatlarla reaksiya verildiyinin şahidi oluruq. Ermənistan tərəfindən atılan addımlara Azərbaycan hələ səbrlə yanaşır. Rəsmi İrəvan həmin ritorikanı davam etdirəcəyi təqdirdə Azərbaycan tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcək”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:102
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Aprel 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri