Icma.az
close
up
RU
Yerlə Göy arasındakı risk qurşağı

Yerlə Göy arasındakı risk qurşağı

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

25 dekabr 2024-cü il. Təəssüf ki, bu tarixdə baş vermiş faciə qarşıdan gələn bayram günlərinin üzərinə kölgə saldı. Bakı–Qroznı reysi ilə uçan AZAL Hava Yollarına məxsus “Embraer 190” təyyarəsi ekstern eniş edərkən Qazaxıstanın Aktau hava limanının 3 kilometrliyində qəzaya uğradı. 110 sərnişin tutumuna malik laynerin göyərtəsindəkı ekipaj da daxil olmaqla, 67 nəfərdən 42-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşları idi. Onlardan 38-i həlak olub, 3-ü uşaq olmaqla 29-u salamat qalıb.

Prezident İlham Əliyevin sərəncamı ilə dünən Azərbaycanda matəm elan olundu. Saat 12:00-da qəza qurbanlarının xatirəsi ölkənin bütün ərazisində bir dəqiqəlik sükutla yad edildi, məscidlərdə onların ruhuna dualar oxundu.

Təyyarə qəzaları yol qəzaları qədər adi sayılmasa da, son illlər səmada baş verən faciələrin sayı artmaqdadır. Səbəblər müxtəlif olsa da, hər an həyat və ölüm zolağına çevrilə biləcək göydəki fors-major aqibətdən heç kim, hətta dünyanın ən məşhur aviaşirkətləri belə sığortalanmayıb.

Başa çatmaqda olan 2024-cü il həm də dünya ictimaiyyətini şoka salan aviaqəzalarla yadda qalacaq.

Rəsmi məlumatlara görə, son bir ildə dünyada 360-dan çox aviasiya insidenti qeydə alınıb ki, bunun da üçdəbiri müxtəlif təyinatlı təyyarələrin havada və yerdə qəzaya uğraması ilə bağlıdır. Ölümlə nəticələnən qara statistikaya nəzər salaq.

1. Yanvar ayı. Yaponiya Hava Yollarına məxsus “Airbus A350” təyyarəsi Tokio hava limanına enərkən sahil mühafizəsinin “DHC-8-315 Dash 8” təyyarəsi ilə toqquşub. Airbusun göyərtəsindəki 379 sərnişinin hamısı sağ qalsa da, “Dash 8”-in 6 ekipaj üzvündən 5-i həlak olub.

2. May ayı. İndoneziyada daxili reyslə uçan “Airbus A320” sərnişin təyyarəsi okean üzərində qəzaya uğrayıb. Təyyarədəki 148 nəfərin hamısı həlak olub. Dövlət komissiyasının araşdırmasının nəticəsinə görə, qəzaya səbəb təyyarənin havada naməlum obyektlə toqquşması olub.

3. İyun ayı. Malavinin vitse-prezidenti Saulos Çilima və daha 9 nəfər təyyarə qəzasının qurbanı olub. Axtarış-xilasetmə əməliyyatı nəticəsində radarlardan itən təyyarə ölkənin şimalındakı Çikangava meşə zolağında tapılıb.

4. İyul ayı. Moskva vilayətində “Sukhoi Superjet 100” təyyarəsi havaya qalxdıqdan az sonra qəza vəziyyəti yaranıb. Hava gəmisinin 1,5 kilometr hündürlükdən düşməsi nəticəsində üç ekipaj üzvü həyatını itirib. Partlayışdan sonra təyyarənin qalıqları bir kilometr radiusda səpələnib.

5. İyulun 24-də Saurya Hava Yollarına məxsus sərnişin təyyarəsi Nepalda uçuş-enmə zolağından kənara çıxaraq qəfil alovlanıb. Yanğın nəticəsində 18 nəfər həlak olub.

6. Avqust ayı. Nyu-Yorkdan Çikaqoya uçan “Boeing 737”-nin mühərriklərindən birinin partlaması nəticəsində göyərtədəki 102 nəfərin hamısı ölüb. İstintaq qəzanın baş verməsinin səbəbi kimi texniki qüsur versiyası üzərində dayanıb.

7. Avqustun 9-da Braziliyanın San-Paulu ştatında baş verən təyyarə qəzasından heç kəs sağ çıxmayıb. Göyərtəsində 58 sərnişin və 4 ekipaj üzvü olan təyyarə Kaskaveldən havaya qalxıb Quarulyos istiqamətində hərəkət edirmiş. Təyyarə Vinhedo şəhərinin yaşayış massivlərindən birinin üzərinə düşüb. Qəzanın baş vermə səbəbi indiyədək məlum deyil.

8. Noyabr ayı. Cənubi Afrika Respublikasının səmasında iki yük təyyarəsi toqquşub. Qəzaya səbəb hava məkanında uçuş qaydalarının pozulması olub. 10-dan çox ekipaj üzvünün həlak olduğu qəzanın fəsadları bölgədə hava hərəkətinin sabitliyinin müvəqqəti olaraq pozulmasına səbəb olub.

9. Dekabr ayı. Braziliyada biznesmen Luis Klaudio Qaleazi və ailəsini aparan təyyarə ölkənin cənubundakı Qramado kurort şəhərində qəzaya uğrayıb. Təyyarə yaşayış massivinin üzərinə düşüb. Qəzada Qaleazi, həyat yoldaşı, üç qızı və digərləri daxil olmaqla 10 nəfərin hamısı həlak olub, 17 nəfər isə yaralanıb.

Qara siyahıya cari il mayın 19-da İran Prezidenti İbrahim Rəisi, Xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və daha yeddi nəfərin həlak olduğu helikopter qəzasını, eləcə də dünyanın müxtəlif ölkələrində hərbi vertolyotlarda baş vermiş bədbəxt hadisələri əlavə etməyə ehtiyac duymadıq.

* * *

Bu kədərli siyahı Azərbaycan təyyarəsinin faciəsi ilə tamamlandı. Qəzadan dərhal sonra müxtəlif versiyalar irəli sürülməyə başlandı. Bu zaman AZAL-ın təyyarənin quş sürüsü ilə toqquşması ilə bağlı ilkin versiyasından tutmuş sosial şəbəkələrdə Rusiyanın hava məkanının müdafiəsini aktivləşdirməsi və ya Ukrayna pilotsuz uçuş aparatının zərbəsi kimi təsdiqini tapmamış ehtimallar səsləndirildi. İnternetdə hətta “Embraer 190”-un quyruq hissısində və böyründə xarakterik güllə dəlikləri olan videomateriallar yer aldı. Amma biz Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə yaradılmış Dövlət Komissiyasının araşdırmasının nəticələrini gözləyəcəyik. Cənab Prezidentin müşavirədə qeyd etdiyi kimi, “komissiyanın işi qəzanın baş vermə səbəblərini və bütün təfərrüatlarını tam şəkildə araşdırıb, həm məni, həm də Azərbaycan ictimaiyyətini məlumatlandırmaqdan ibarətdir”.

Onu da nəzərə çatdıraq ki, AZAL aviaşirkətinin pilotları təkcə postsovet məkanında deyil, bütün dünyada ən peşəkarlardan sayılırlar. Azərbaycanın mülki aviasiya bazası isə ən müasir və texniki xidmətə tam yararlı təyyarələrlə təchiz olunub.

Sonda belə ağır məqamda Azərbaycan xalqının və dövlətinin yanında olmuş, çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı vermiş xarici ölkə rəhbərlərinin mənəvi dəstəyini qeyd etməliyik. Bir məqamı da ayrıca vurğulamağı zəruri sayırıq. “Embraer 190” hava gəmisinin komandiri İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov, eləcə də ekipaj üzvləri Hökumə Əliyeva, Zülfüqar Əsədov və Aydan Rəhimlinin yüksək peşəkarlığı və qəhrəmanlığı sayəsində 29 insanın həyatı xilas edildi.

“Xalq qəzeti” olaraq qəza nəticəsində dünyasını dəyişənlərə Tanrıdan rəhmət, yaralılara şəfa diləyir: Vətən, başın sağ olsun! – deyirik.

XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 27 Dekabr 2024 09:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəkidə avtomobil piyadanı vuraraq öldürdü

06 Sentyabr 2026 21:50see239

Təbii qəhvə yetkin insanlar üçün çox faydalıdır

07 Sentyabr 2026 02:16see238

Süni intellekt xərçəng müalicələrinin seçilməsinə kömək edə bilər

07 Sentyabr 2026 06:01see236

Quba Xaçmaz avtomobil yolunda xəsarət alan 2 nəfərin SON DURUMU

06 Sentyabr 2026 21:20see233

Veteran futbolçu Mehman Hacıyev 52 yaşında vəfat edib

07 Sentyabr 2026 01:38see222

Bakıda bu evlər söküldü

07 Sentyabr 2026 15:21see219

Səudiyyə Ərəbistanında Qlobal Səhiyyə Sərgisi keçiriləcək

07 Sentyabr 2026 15:42see215

Agentlik rəhbəri: Enerji sistemində tələbatın artımı ciddi məsələdir

07 Sentyabr 2026 17:10see210

Şəkili tibb işçisi: Əməkhaqqı artımı dövlətin səhiyyə işçilərinə göstərdiyi diqqətin bariz nümunəsidir VİDEO

07 Sentyabr 2026 15:16see210

Əhali azalır, robotlar artır: Natiq Cəfərli gələcəklə bağlı PROQNOZ VERDİ

07 Sentyabr 2026 19:14see203

Neftçala sakininin evi yanıb kül oldu VİDEO

07 Sentyabr 2026 00:22see200

Payızda nələrə baxmaq lazımdır: Yağışlı bir axşam üçün ən yaxşı 3 film

07 Sentyabr 2026 15:46see200

Tramp saç rəngini dəyişərək hər kəsi təəccübləndirdi

06 Sentyabr 2026 21:34see193

AMB: Azərbaycanda daxili karbon bazarının yaradılması üçün infrastruktura indidən başlanılmalıdır

07 Sentyabr 2026 16:09see192

Arteta, Alonso və İraolanı birləşdirən klub FOTO

07 Sentyabr 2026 04:11see191

İşlə təmin olunan əlilliyi olan şəxslərin sayı AÇIQLANDI RƏSMİ/ÖZƏL

07 Sentyabr 2026 17:11see183

ABŞ də daha heç bir Bombardier satışı olmasın Trampdan çağırış

08 Sentyabr 2026 00:46see181

AFFA prezidenti “Qarabağ”ı təbrik etdi

08 Sentyabr 2026 01:02see181

Sabiq Qarabağ lı Türkiyədə qalmaqala səbəb oldu

08 Sentyabr 2026 00:48see180

Merih Demiralın ailəsində böhran? Həyat yoldaşının bir hərəkəti diqqət çəkdi

08 Sentyabr 2026 02:36see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri