Icma.az
close
up
RU
Arxeoloqlar qədim göy qurşağı əjdahasının sirrini açdı

Arxeoloqlar qədim göy qurşağı əjdahasının sirrini açdı

Icma.az, News24 saytına istinadən bildirir.

Yaponiyanın qədim Nara şəhərində yerləşən Şosoin xəzinəsində yüzillərdir saxlanılan mumiyalanmış “göy qurşağı əjdahası”nın sirri nəhayət ki, açılıb. 

News24.az "Fox News"a istinadən xəbər verir ki, bu sirli qalıqları 1429-cu ildə XV əsrin məşhur şoqunu Yoşinori Aşikaga aşkar etmişdi.

Əfsanəyə görə, Aşikaga Narada yerləşən Todaici məbədini ziyarət edərkən, nadir və qiymətli ranjatay adlanan ağardılmış ağac növündən bir parça kəsmiş və həmin vaxt “kiçik əjdahaya bənzəyən” günəşdə qurumuş bir varlıq görmüşdü. Məbədin bir rahibi daha sonra bu “əjdaha” haqqında danışmış, Aşikaga isə skeleti özü ilə götürərək xəzinədə saxlamışdı.

Lakin yeni tədqiqat nəticələri göstərir ki, bu skelet əslində əjdahaya deyil, dişi yapon qırqovuluna – daha dəqiqi, Martes cinsindən olan bir yapon qırqovuluna məxsusdur. Bu tüklü, qırqovula bənzər heyvan Yaponiya arxipelaqının mərkəzi və cənub hissələrində yayılıb.

Tədqiqatda deyilir: "İki azı dişi (premolyar) aydın şəkildə görünür və bu xüsusiyyət onun Martes cinsinə aid olduğunu göstərir".

Araşdırma zamanı rentgen texnologiyası və radio-karbon analizindən istifadə olunaraq müəyyən edilib ki, bu qırqovulun yaşı XI-XII əsrlərə aiddir. Maraqlıdır ki, həmin dövrdə Todaici məbədində genişmiqyaslı yenidənqurma işləri aparılırdı. Ekspertlər ehtimal edirlər ki, heyvan binaya təsadüfən girib, orada tələyə düşərək ölüb və daha sonra günəş altında quruyaraq mumiya halına gəlib. Skeletin fotolarında ön ayaqların olmaması isə onu əjdahaya bənzər hala salır.

Əfsanəyə əsasən, hər dəfə bu skeletin saxlandığı xəzinə açıldıqda, bölgəyə güclü yağış yağırdı. Tədqiqatçılar da Tokiodan Naraya səfərləri zamanı güclü leysanlarla qarşılaşıblar. Şosoin xəzinəsinin mühafizəsi üzrə mütəxəssis Mami Tsuru bildirib ki, bu skeletin Todaici rahibinin təsvir etdiyi həmin mumiya olduğuna əmindir. O əlavə edib:

"Yaş təyini bizə bu mumiyanın Muro­maçi dövrünə aid sənəddə qeyd olunan, günəşdə qurudulmuş və əjdahaya bənzəyən varlıq olduğunu ehtimal etməyə əsas verir. Biz hesab edirik ki, bu, Şosoin xəzinəsinin yalnız bədii əşyaları deyil, içərisindəki hər bir əşyanı necə qoruduğunun gözəl nümunəsidir"./hit.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:239
embedMənbə:https://news24.az
archiveBu xəbər 28 May 2025 19:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri