Icma.az
close
up
RU
Yerlər boş qalıb: “Müəllimi işdən qovmaqla hədələmək böyük qüsurdur” PROFESSOR

Yerlər boş qalıb: “Müəllimi işdən qovmaqla hədələmək böyük qüsurdur” PROFESSOR

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

2026/2027-ci tədris ili üçün ali təhsil müəssisələrinə qəbulun birinci mərhələsindən sonra müəllimlik ixtisaslarında ümumilikdə 266 plan yeri boş qalıb. 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ali məktəblərin boş qalan yerlərinə ixtisas seçimi 28 avqust – 2 sentyabr 2026-cı il tarixləri arasında keçirilib və artıq başa çatıb. 

Pedaqoji (müəllimlik) ixtisaslarının da daxil olduğu qruplar üzrə birinci mərhələdən sonra yaranan ümumi vakant yerlərə görə, I qrupda (riyaziyyat, fizika, informatika müəllimliyində) 667 boş yer, III qrupda (Azərbaycan dili, tarix, coğrafiya, xarici dil müəllimliyində) 25 boş yer, IV qrup (kimya, biologiya müəllimliyi) üzrə 407 boş yer qalıb. 

Qeyd edək ki, son illər müəlimlər həm işə qəbul olunarkən MİQ, həm də çalışdığı dövrdə sertifikasiya imtahanına cəlb olunurlar. Nəticədə  müəllim olmaq istəyən bəzi şəxslər imtahandan keçə bilmədiyi üçün pedaqoji fəaliyyətlə məşğul ola bilmir, bəzi müəllimlər isə sertifikasiya ilə bağlı peşəsindən kənarlaşdırılır. 

Bəzi mütəxəssislər isə builki qəbul imtahanında bir sıra müəllimlik ixtisaslarının boş qalmasının səbəbi kimi bu peşəyə yiyələnlərin davamlı olaraq imtahanlara cəlb edilməsini göstərirlər. 

Bugünlərdə Qazaxıstan Prezidenti Kasım Comərd Tokayev ölkəsində bu istiqamətdə mövcud vəziyyətlə bağlı bildirib ki, pedaqoqları kağız-kuğuz işlərindən, saysız-hesabsız hesabatlardan, attestasiyalardan keçmək barədə bezdirici tələblərdən və digər faydasız yoxlama prosedurlarından azad etmək lazımdır.

Əgər bu gün Azərbaycanda gənclər ali məktəblərdə müəllimlik ixtisasını seçmirsə, bu, peşəyə qarşı münasibətinin təzahürüdürmü? 

Məsələ ilə bağlı təhsil üzrə ekspert, professor Şahlar Əsgərov “Cebheinfo.az” da diqqəti müəllimlik ixtisasları üzrə boş qalan plan yerlərinə çəkib: 

“Belə bir el misalı var ki, müqəddəs yer heç zaman boş qalmır. Əgər bu gün müəllim yeri boş qalırsa, deməli, cəmiyyətdə nə isə yerində deyil, harmoniya pozulub. Dünyada iki şəxsin əməyini ödəmək mümkün deyil. Onlardan biri ana, digəri müəllimdir. 

Yəni onlar bu qədər müqəddəs işlə məşğuldurlar. Əgər bu il ali məktəbə müəllimlik ixtisasında yerlər boş qalıbsa, bu, çox ciddi və sosial məsələdir. Ölkədə sosial məsələlərə cavabdeh məmirlar bu işlə ciddi məşğul olmalıdırlar. Müəllimi, məktəbi hörmətdən salmaq olmaz.

Mən Sovet dövründə təhsil almışam. Həmin dövrdə orta məktəbi başa vuran şagirdlərdən soruşduqda, 50-60 faizi deyirdi ki, müəllim olmaq istəyirəm. Çünki müəllimin hörməti vardı. Ancaq indiki dövrdə müəllim bir şagirdə səsini ucaltsa, az qalırlar onu məhkəməyə versinlər. 

Bu, çox səhv addımdır. Belə etmək olmaz. Bir vaxtlar valideyn uşağını məktəbə aparanda müəllimə deyirdi ki, əti sənin, sümüyü mənim”. Professorun sözlərinə görə, bu gün müəllim olmaq istəyənlərin MİQ, sertifikasiya imtahanlarına cəlb edilməsi kimi məqamlar da var: 

“müəllimi imtahan etmək olmaz, çünki müəllim dövlət imtahanından çıxıb diplom alıb. Müəllimi ancaq bu şərtlə imtahan etmək olar ki, onun biliyini artırmaq üçün 3-5 ay müddətinə təkmilləşməyə göndərsinlər. 

Müəllimi qorxutmaq, “səni işdən qovacam” niyyəti ilə imtahan etmək çox böyük qüsurdur. Müəllimlərin diplomunda Azərbaycanın gerbi var. Bu gerbə hörmətsizlik edirlər. Universitetdə də vəziyyət elədir. Universitetdə elə qüsurlarla rastlaşırsan ki, heç insanın ağlına gəlmir”.

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: müəllim Şahlar Əsgərov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Sentyabr 2026 15:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellektlə bağlı fətva veriləcək?

14 Sentyabr 2026 15:47see371

Türkiyədə 26 şagird toyuq dönərindən zəhərlənib

14 Sentyabr 2026 04:45see346

Amorim Modriçlə bağlı çətin seçimi açıqladı

14 Sentyabr 2026 03:38see344

Şimali Koreya qanadlı və ballistik raketlərlə təlim keçirib

14 Sentyabr 2026 03:45see344

Simeone 3:0 dan sonra etiraf etdi

14 Sentyabr 2026 04:23see320

“Xetafe”nin müdafiəçisi Yamala meydan oxudu

14 Sentyabr 2026 05:46see315

Yuxusuz gecənin təsirini azaltmağın sadə yolu

14 Sentyabr 2026 10:29see247

Uzun müddət telefon və kompüter ekranına baxmaq gözlərə necə təsir edir?

14 Sentyabr 2026 13:46see238

Babasillə bağırsaq xərçəngini necə ayırd etməli?

14 Sentyabr 2026 19:34see238

675 nəfər narkotik asılılığından müalicə alır

14 Sentyabr 2026 15:37see223

İrem Derici hamilədir? Özü cavabladı (Foto)

14 Sentyabr 2026 14:43see209

Z dönəm gəncləri tarixin ən bekar nəsli olacaq

14 Sentyabr 2026 19:08see205

Kababla soyuq Cola içənlərin öd yolları məhv olur

14 Sentyabr 2026 15:45see204

Bakı üçün imtahan: Bu layihələr fəsadsız olmayacaq

14 Sentyabr 2026 17:41see192

AMB nin BOKT larla bağlı yeni tələbləri maliyyə bazarının sağlamlaşdırılmasına xidmət edir

14 Sentyabr 2026 14:04see191

Səudiyyə Ərəbistanının cənubunda partlayışlar baş verib, xəbərdarlıq sistemləri işə düşüb

14 Sentyabr 2026 05:24see187

Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb

14 Sentyabr 2026 18:55see183

Hemofiliya xəstələrinin müalicəsində tibb bacılarının rolu artırılır REGIONLARDA SEMİNARLAR

14 Sentyabr 2026 12:43see183

Ədəbiyyat Muzeyinə Məhsəti Gəncəvinin tut ağacından yonulmuş heykəli hədiyyə edilib

14 Sentyabr 2026 17:45see183

Ulduz falı: 14 sentyabr, 2026 cı il

14 Sentyabr 2026 04:47see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri