Icma.az
close
up
RU
Yerli ət 17, Ukrayna əti 12 manata satılır: Qiymət fərqinin səbəbi

Yerli ət 17, Ukrayna əti 12 manata satılır: Qiymət fərqinin səbəbi

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Azərbaycana Ukrayndan idxal edilən mal ətinin qiyməti yerli ətə nisbətdə xeyli ucuzdur.

Belə ki, bazarlarda, marketlərdə satışa çıxarılan və donmuş halda satılan Ukrayna ətlərinin qiyməti 12-14 manat arasında dəyişir. Hazırda satışa çıxarılan yerli ətin qiyməti isə 17-18 manatdır.

Maraqlıdır, idxal edilən ətin yerli ətə nisbətdə qiymətinin ucuz olmasının səbəbi nədir?

Mövzu ilə bağlı Oxu.Az-ın suallarına cavab olaraq iqtisadçı Xalid Kərimli bildirib ki, insanlar arasında yerli ətin daha yaxşı ət kimi qəbul edilməsi onun qiymətinin nisbətən yüksək olmasına səbəb olur:

"Yerli ət yeni kəsilmiş ət hesab olunur. Yeni kəsilmiş ət də insanlar arasında daha yaxşı ət kimi qiymətləndirilir. Belə bir yanaşma var. Ukrayna, Pakistan, Rusiya və s. ölkələrdən gələn ətlər dondurulmuş formada idxal edilir. Dondurulmuş ət də yeni kəsilmiş ətə nisbətdə ucuz olur. Dondurulan əti uzun müddət saxlamaq olur, lakin yeni əti isə uzun müddət dondurmadan saxlamaq olmur. Sahibkar insanların yeni kəsim əti yaxşı qiymətləndirməsindən istifadə edərək nisbətən baha qiymətə satır".

"Refresh Group" MMC adlı Qida təhlükəsizliyi üzrə konsaltinq şirkətininin qida mütəxəssisi Seymur Qafarov qeyd edib ki, ət məhsulu riskli qida kateqoriyasına daxildir:

"Əhalinin gündəlik ən çox istifadə etdiyi məhsullardan biri də ətdir. Ət məhsulu riskli qida məhsulu kateqoriyasındadır. Onun əsasən ölkədə emal olunub, ərsəyə gətirilməsinə baxmayaraq eyni zamanda tələbatın qarşılanması məqsədilə ölkə xaricindən - Ukraynadan, Monqolustandan, Dağıstandan da gətirilir. Ukraynadan gətirilən ətlər digər ətlərə nisbətən daha ucuzdur. Bunun bəzən heyvandarlıq üçün nəzərdə tutulan yem və yem əlavələrinin orada daha ucuz başa gəlməsindən dolayı olduğunu söyləyirlər.

Bu məhsullar daşınan zaman sərhəd məntəqələrini keçdikdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və Gömrük nəzarəti tərəfindən laboratoriyaya cəlb olunur, beləliklə idxal sağlamlıq aktı alır. İqtal saxlamlıq aktı alan məhsullar donmuş halda daşındığından -18 dərəcə selsi temperaturda ölkəyə gətirilir və daşınması həyata keçirilir"

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, AQTA tərəfindən istər ölkəyə idxal olunan, istərsə də yerli istehsal edilən bütün qida məhsulları üzərində risk əsaslı nəzarət tədbirləri görülür:

"Xarici ölkələrdən Azərbaycana gətirilən diri heyvanlar, həmçinin ət və ət məhsulları qida təhlükəsizliyi nəzarətindən keçilir. Agentlik tərəfindən həmin ixracatçı ölkədəki epizootik vəziyyətə uyğun olaraq öncədən yüklərin ölkəyə gətirilməsinə icazə verilir. Yük partiyası bilavasitə ölkəyə idxal olunduqdan sonra AQTA-nın regional bölmələrinin əməkdaşlarının nəzarəti ilə yükə baxış keçirilir, məhsullardan nümunələr götürülür, müayinə məqsədilə laboratoriyalara təqdim olunur. Laborator analiz nəticələri qida təhlükəsizliyi tələblərinə cavab verdikdə, yükə müvafiq sənəd verilir və dövriyyəyə buraxılır.

Belə məhsulların emalı,daşınması, satışı, dövriyyəsi zamanı bir sıra tələblərə, o cümlədən etiketlənməyə, saxlama şəraitinə, temperatur rejiminə və s. tələblərə riayət edilməlidir. İstehlakçılar satıcıdan məhsulun müşayiətedici sənədlərini tələb edə bilərlər".

Aygün Mirakif

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 Oktyabr 2025 16:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri