Icma.az
close
up
RU
Yerli istehsal zəifləyir: iqtisadi model yenidən qurulmalıdır

Yerli istehsal zəifləyir: iqtisadi model yenidən qurulmalıdır

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Son illərdə müşahidə olunan iqtisadi tendensiyalar göstərir ki, yerli istehsalın zəifliyi və idxal məhsullarının bazarda üstün mövqeyə çıxması artıq sistemli bir problemə çevrilib. Bu vəziyyət xüsusilə ərzaq təhlükəsizliyi baxımından ciddi risklər yaradır və mövcud iqtisadi modelin effektivliyi ilə bağlı əsaslı suallar doğurur.

Hazırda ölkədə tətbiq olunan iqtisadi yanaşma gözlənilən nəticələri vermir. Ayrı-ayrı sahələrdə həyata keçirilən kosmetik dəyişikliklər və qısamüddətli tədbirlər problemin mahiyyətini həll etmir. Mövcud model nə daxili istehsalı gücləndirə bilir, nə də bazarda rəqabətqabiliyyətli məhsul formalaşdırır. Nəticədə bazar idxaldan asılı vəziyyətə düşür, yerli istehsal isə tədricən sıxışdırılır.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Asif İbrahimov danışıb. O qeyd edib ki, əsas məsələ ondan ibarətdir ki, ölkə artıq seçim qarşısındadır: “Ya biz mövcud vəziyyətlə barışaraq daxili istehsalın zəifliyini qəbul edib bazarı tam liberallaşdırmalıyıq — o cümlədən Ümumdünya Ticarət Təşkilatına üzvlüyü sürətləndirməklə daha ucuz idxal məhsullarına imkan yaratmalıyıq. Bu halda istehlakçı qısa müddətdə ucuz məhsul əldə etsə də, uzunmüddətli perspektivdə yerli istehsalın sıradan çıxması və iqtisadi asılılığın dərinləşməsi qaçılmaz olacaq.

Ya da daha çətin, lakin strateji baxımdan zəruri yol iqtisadi modelin köklü şəkildə dəyişdirilməsidir: ucuz və səmərəli istehsal zəncirlərinin qurulması, rəqabətədavamlı və keyfiyyətli məhsul istehsalı, texnologiya və innovasiyaya əsaslanan inkişaf və real rəqabət mühitinin formalaşdırılması.”

İqtisadçı vurğulayıb ki, ərzaq təhlükəsizliyi kontekstində vəziyyət daha da kritikdir. Strateji ərzaq məhsulları üzrə idxaldan yüksək asılılıq ölkəni qlobal şoklara qarşı həssas edir. Dünyada baş verən istənilən böhran — istər pandemiya, istər müharibə, istərsə də ticarət məhdudiyyətləri — birbaşa daxili bazarda qiymət artımına və potensial qıtlığa səbəb ola bilər.

Onun fikrincə, artıq yarımçıq və fragmentar islahatlarla nəticə əldə etmək mümkün deyil: “İqtisadiyyatın böyür-başını düzəltməklə problem həll olunmur. Sistemli, ardıcıl və nəticəyönümlü transformasiya tələb olunur. Bu gün əsas sual budur: biz daxili istehsalın zəifliyini qəbul edib idxaldan asılı modeli seçəcəyik, yoxsa çətin, lakin dayanıqlı inkişaf yolu ilə rəqabətədavamlı iqtisadiyyat quracağıq? Vaxt isə məhduddur — gecikən qərarlar sabah daha ağır iqtisadi və sosial nəticələr doğura bilər.”

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 01 May 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Adanın paylaşdığı sonuncu videoda o da vardı Xalq artisti danışdı

23 Noyabr 2026 22:46see340

İnsandan kif qoxusu gəlirsə, hansı xəstəliyi var?

23 Noyabr 2026 16:43see307

Səhiyyə Menecmenti Forumu 2026 a son 3 gün qaldı

23 Noyabr 2026 17:48see306

Ev təsərrüfatlarının uçotunun arxasında nə dayanır? Yeni sistemin əsl məqsədi

23 Noyabr 2026 16:16see302

Marketlər istədikləri qiyməti müəyyən edə bilməyəcək?

23 Noyabr 2026 17:32see276

Düz bağırsaq xərçənginin aşkar simptomları

23 Noyabr 2026 17:12see272

Fürsətçi… Yunus Oğuz yazır

23 Noyabr 2026 17:46see263

Rusiyada meyiti taplan prodüser Elmir Məhərrəmovla bağlı yeni detallar məlum oldu

23 Noyabr 2026 23:56see255

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see253

Dünya məktəbinin şagirdləri orbitə peyk buraxacaqlar FOTOLAR

23 Noyabr 2026 16:43see251

Türkiyəli aktyor Şapkacı kadınlar a çəkilir

24 Noyabr 2026 03:23see244

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see233

Adanın qəzaya düşərək həlak olduğu avtomobilin son halı Video

23 Noyabr 2026 22:01see230

Qalmaqallı istefadan 11 gün sonra belə geri döndü Video

24 Noyabr 2026 02:56see229

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see224

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see222

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see218

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see213

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see211

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri