Icma.az
close
up
RU
Yerli istehsal güclənir, idxal zəifləyir Buğda bazarında sakitlik gözlənilir TƏHLİL

Yerli istehsal güclənir, idxal zəifləyir Buğda bazarında sakitlik gözlənilir TƏHLİL

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Beynəlxalq Taxıl Şurasının orta müddətli təklif və tələbat proqnozuna əsasən, növbəti 5 il ərzində qlobal taxıl balansı azalacaq. Qlobal taxıl daşıma ehtiyatları 2024/25-ci illərdə 589 milyon ton olduğu halda, 2026-cı illərdə 610 milyon tona yüksələcək. Lakin sonradan 2030/31-ci ilə qədər qlobal taxıl ehtiyatlarının 588 milyon tona düşəcəyi gözlənilir ki, bu da təxminən 20 ilin ən aşağı səviyyəsidir. Şuranın proqnozları 2030/31-ci ilə qədər beş il ərzində qlobal təklif və tələbatın yenidən daralacağına işarə edir.

Proqniozlra əsasən yaxın illərdə taxılın, məntiqi olaraq da ərzaqlıq buğdanın, nəticə etibarilə çörəyin qiymətinin artacağını gözləməliyikmi? 

İqtisadçı Pərviz Heydərov “Sherg.az”a açıqlamasında bildirdi ki, bu cür hesablamalar aparmaqla əldə olunan nəticəyə əsasən proqnoz irəli sürmək olmaz: 

- Xatırlayırsızsa, Rusiya-Ukrayna müharibəsi başlayandan bir az sonra ərzaqlıq buğdayla bağlı problem yaranmışdı, hətta məsələ ajiotaja çevrilmişdi. Ancaq çox keçmədi ki, hər şey “yatdı”. Ümumiyyətlə, heç bir kənd təsərrüfatı məhsuluyla bağlı uzunmüddətli proqnoz irəli sürmək düzgün deyil. Məsələn, 2025-ci ildə Azərbaycan 1,27 milyon ton buğda idxal edib, dəyəri isə 275,6 milyon ABŞ dolları təşkil edib. Bu, 2024-cü illə müqayisədə həcmdə 2%, dəyərdə isə 1,5% azalma deməkdir. Hesabat dövründə buğda idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 1.13%-ni təşkil edib. Buğda idxalına çəkilən xərclərin ümumi idxal xərclərində payının azalmasının ölkə iqtisadiyyatı üçün nə demək olduğu bəllidir. 2026-cı ildə isə buğda idxalında artım, yoxsa azalma olacağını dəqiq söyləmək çətindir.

P. Heydərov qeyd etdi ki, ümumiyyətlə, buğda idxalının azalması son vaxtlar ən çox müşahidə olunan proseslərdən biridir. Bunun əsas səbəbini ölkədə buğdaya olan tələbatın əvvəlki səviyyədə artmaması, əksinə azalması təşkil edir: 

- Yerli istehsal müəyyən mənada bu tələbatın bir qismini ödədiyi üçün əlavə idxalın artmasına da ehtiyac yaranmır. Ona görə də bir daha qeyd etmək olar ki, buğda idxalının azalması son illərdə müşahidə edilən proseslərdən biri olmaqla yanaşı, ölkə iqtisadiyyatı üçün müsbət amildir. Çünki bu məhsulun idxalına əlavə xərclər çəkilmir, əksinə xərc azalır və ümumiyyətlə, gələcəkdə yerli istehsalın daha çox tələbatı ödəməsinə şərait yaranır. Əslində, bu il ərzində də idxalın azalmasının davam edəcəyi gözlənilir ki, ola bilsin bu azalma cüzi xarakter daşısın. Hər halda buğda istehsalında bu il ərzində qeyri-adi dəyişikliklər baş verməyəcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:37
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Yanvar 2026 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see506

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see229

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see222

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see209

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see208

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see207

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see199

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see197

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see193

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see184

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see179

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see179

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see175

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see175

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see156

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see155

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see152

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see150

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see144

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri