Icma.az
close
up
RU
Yerli sənayenin ixrac gücü Lider istehsalçıya mediatur

Yerli sənayenin ixrac gücü Lider istehsalçıya mediatur

Oxu.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycanın infrastruktur sənayesində lider olan "Azertexnolayn" media nümayəndələrini məhsulları və istehsalat prosesi ilə tanış edib.

Sentyabrın 2-də Sumqayıt Kimya Sənaye Parkının rezidenti və "Azmade Group" MMC-nin tərkibində fəaliyyət göstərən "Azertexnolayn" MMC-yə mediatur təşkil olunub.

Tədbir çərçivəsində media nümayəndələri Azərbaycanın aparıcı sənaye məhsulları istehsalçılarından biri olan "Azertexnolayn" MMC-nin fəaliyyətini əyani izləmək imkanına malik olublar.

Onlar texnoloji sənaye məhsullarının aparıcı yerli istehsalçısı olan "Azertexnolayn" MMC-nin istehsal etdiyi polietilen və çoxqatlı borular, su təchizatı və kanalizasiya sistemləri üçün məhsullar, eləcə də ağır sənaye infrastrukturu üçün komponentlərlə əyani şəkildə yaxından tanış olublar.

Media nümayəndələri şirkətin nəzdindəki Dəmir Boru Zavodu, Texniki Avadanlıqlar Zavodu və Polietilen Məmulatlarını Zavodunda olublar və orada iş prosesini izləyiblər.

İstehsal prosesini yaxından izləyən media subyektlərinin təmsilçilərinə MMC-nin fəaliyyəti haqqında məlumat verilib.

Burada jurnalistlər məhsulların keyfiyyəti, onların Avropa standartlarına uyğun istehsalı, eləcə də müasir standartlara cavab verən və ətraf mühitin mühafizəsinə uyğun texnologiya, avadanlıqlar və eksport potensialı haqqında ətraflı məlumatlandırılıb.

Qeyd edilib ki, "Azertexnolayn" MMC "Azmade Group"un İdarə Heyətinin sədri Emruz İsgəndərovun rəhbərliyi ilə Azərbaycanın sənaye sektorunda mühüm yeniliklərə imza atan şirkətlərdən biridir. Şirkət yarandığı gündən etibarən ölkəmizin sənaye infrastrukturunun inkişafında və mövcud potensialın daha da möhkəmləndirilməsində və müasirləşdirilməsində çox böyük rola malikdir.

Mediatur zamanı bildirilib ki, "Azertexnolayn"ın hər üç zavodunun sınaq laboratoriyaları mövcuddur. İstehsaldan öncə burada bütün xammal laboratoriyalarda sınaqdan keçirilir və onların istehsala uyğunluğu yoxlanılır. Həmçinin qeyd olunub ki, "Azertexnolayn"ın sınaq laboratoriyaları 120-dən artıq dövlət və özəl şirkət və təşkilatlarla da əməkdaşlıq edir.

Sonda sual-cavab sessiyası baş tutub və jurnalistləri maraqlandıran suallar cavablandırılıb.

"Azertexnolayn" MMC-nin Kommersiya Departamentinin müdiri Ceyhun Quliyev deyib ki, şirkətin fəaliyyəti təkcə daxili bazar üçün yönəldilməyib. Onun sözlərinə görə, şirkət yarandığı gündən həm də ixracyönümlü siyasət yürütməyə başlayıb:

"Azertexnolayn" ilk gündən ixraca yönəlmiş məhsullar istehsal edən zavod qurmağa çalışıb. Bu da bizim başlıca məqsədimiz olub. Hesab edirik ki, fəaliyyətə başladığımız andan etibarən biz bu hədəfə nail olmuşuq. Çünki hazırda şirkətimizin məhsulları dünyanın 25-dən çox ölkəsinə ixrac olunur. Bunların arasında qonşu və Avropa ölkələrini nümunə göstərmək olar. Eləcə də ötən ildən etibarən bizim məhsullarımız ABŞ-a da ixrac olunmağa başlayıb. Bütün bunlar isə "Azertexnolayn" MMC-nin dünyada keyfiyyətli istehsalı və etibarlı şirkət adını qazanması ilə əlaqədardır".

Müəssisənin illik istehsal gücünə gəlincə C.Quliyev qeyd edib ki, bu, Dəmir Boru və Polietilen Məmulatları Zavodlarında 100 min tondan artıq, Texniki Avadanlıqlar Zavodunda isə 12 min tondan artıqdır. Şirkət rəsmisinin sözlərinə görə, istehsal gücünün hər il artırılması qarşıya qoyulan əsas məqsədlərdəndir:

"Biz tələbata uyğun olaraq istehsal sahəsini bir qədər də genişləndirməyi hədəfləmişik. Artıq bu istiqamətdə müvafiq işlərə başlanılıb və hazırda yeni tikinti işləri aparılır. Bu isə istehsal gücünün artırılması deməkdir".

C.Quliyev həmçinin söyləyib ki, "Azertexnolayn" MMC 13 ildir ölkəmizdə davamlı iş yerləri yaradaraq, məşğulluğun artırılmasına töhfə verməkdədir. O vurğulayıb ki, hazırda şirkətdə 1000-dən çox işçi çalışır. Onun sözlərinə görə, "Azertexnolayn" MMC həmçinin universiteti yenicə bitirmiş məzunların təcrübə keçməsi üçün yeni imkanlar yaradıb:

"İndiyədək bu imkanlardan yararlanan xeyli sayda insanlar olub və 6 aylıq təcrübə müddətində onlara aylıq əməkhaqqı da təyin olunub. Eyni zamanda onlar da bu müddət ərzində şirkətin digər əməkdaşları üçün tətbiq olunan güzəştlərdən yararlanıblar. Bu güzəştlər arasında işçilərə nahar verilməsi, Bakıda yaşayan işçilərin xüsusi servislər vasitəsilə daşınmasını göstərmək olar".

Tədbirin yekununda xatirə fotosu çəkilib.

Qeyd edək ki, "Azertexnolayn" 2012-ci ildən fəaliyyət göstərir və bu gün artıq Yaxın Şərq, MDB və Avropa bazarına məhsul ixrac edən bir sənaye lideridir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://oxu.az
archiveBu xəbər 03 Sentyabr 2025 15:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see215

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see168

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see165

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see159

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see150

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri