Icma.az
close
up
RU
Sənayenin yeni sütunları

Sənayenin yeni sütunları

Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin fəaliyyətə başlaması qeyri-neft sektorunun inkişafını sürətləndirəcək, sənaye ixracının coğrafiyasını genişləndirəcək

Məlum olduğu kimi Prezident İlham Əliyev aprelin 30-da Sumqayıt Kimya Sənaye Parkında olub, “Kartaş Kimya” MMC-nin tikinti kimyəvilərinin və “Az-Tex-İmport” MMC-nin “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodlarının açılışında iştirak edib. Hər iki müəssisə ölkədə sürətlə inkişaf edən sənaye sektoru zəncirinə qoşulmaqla ölkə iqtisadiyyatının inkişafına, həm də dayanıqlı məşğulluğa töhfə verəcək iri sənaye blokları hesab edilə bilər. Xüsusilə də, tikinti kimyəvilərinin istehsalı zavodu kimi ixtisaslaşan “Kartaş Kimya” MMC və xüsusi təyinatlı avtomobil istehsal edən “IVECO” müəssisəsi ölkə sənayesinin yeni simaları kimi xarakterizə olunmalıdır.

Cənubi Qafqazın ən böyük sənaye parkı nəhəng haba çevrilir

Hər iki müəssisənin yerləşdiyi nəhəng sənaye şəhərciyi olan Sumqayıt Kimya Sənaye Parkı yeni investor və rezidentləri öz ailəsinə qatmaqla sənaye modernizasiyasını daha da möhkəmləndirmiş olur. Cənubi Qafqazda ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkı 613 hektar ərazidə yerləşməklə neft-kimya və digər prioritet sənaye sahələri üzrə rəqabətqabiliyyətli məhsulların istehsalı və emalı müəssisələri fəaliyyət göstərir. 2011-ci ildə ilk sənaye parkı olan Sumqayıt Kimya Parkının təsis edilməsilə ölkə sənayesində texnoloji inqilab baş verib, ardınca sənaye məhəllələrinin istehsal və emal bölmələrinin yaradılması, yeni rezidentlərin cəlb edilməsi geniş vüsət alıb.

Burada ümumi investisiyalarının həcmi təqribən 6 milyard manatdan artıq olan 39 sahibkarlıq subyektinə rezidentlik statusu verilib ki, onlardan da 24-ü artıq fəaliyyət göstərir. Yeni zavodlarla birlikdə say 26-ya çatıb və bu, parkın istehsal və ixrac gücünü daha da artıracaq. Qeyd edək ki, Sumqayıt Sənaye Parkında təxminən 14 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, onun da təqribən 5 milyard manatlıq hissəsi ixracın payına düşür. 6 mindən çox insan daimi işlə təmin olunduğu sənaye zonasında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilir.

Türkiyənin qabaqcıl avadanlıqları ilə təchiz olunan “Kartaş Kimya” MMC 7 istehsal xətti ilə illik 295 min ton məhsul istehsal edəcək ki, bu da yeni məhsulların istehsalının təşkili fonunda həm həmin adda mal idxalını əvəzləyəcək, həm də yeni ixrac səhifəsi açacaq. Belə ki, Türkiyə, Özbəkistan, Qazaxıstan, Türkmənistan, Rusiya və Gürcüstana ixracı nəzərdə tutulan tikinti kimyəviləri əhəmiyyətli həmcdə valyuta gəlirlərini formalaşdıracaq.

“Az-Tex-İmport” MMC-yə məxsus “IVECO” markalı yük və xüsusi təyinatlı avtomobil istehsalı zavodunun fəaliyyətə başlaması isə yerli avtomobil bazarında idxalın azalmasına öz müsbət təsirini göstərəcək. Mərəhələli plan üzrə bu zavodda avtomobillərin kuzalarının istehsalı da nəzərdə tutulur və ildə 100 ədəd yük avtomobili və xüsusi texnika, 300 ədəd kuza istehsal olunacaq. Hər iki mərhələ üzrə müəssisədə 150 yeni iş yerinin yaradılması planlaşdırılır. Nəticədə ölkəmizdə avtomobil sənayesinin yeni modelinin formalaşması sayəsində digər bu tipli sənaye bölmələri üçün də meydan açılacaq.

Hər iki müəssisənin fəaliyyətə başlaması ölkəmizdə qeyri-neft sektorunun inkişafını sürətləndirəcək, ölkənin ixrac coğrafiyasını genişləndirəcək, iqtisadiyyatın şaxələndirilməsini sürətləndirəcək, məşğulluğun artırılmasına mühüm töhfə verəcək.

Sənaye parklarına dövlətin xüsusi qayğısı

Azərbaycan hökuməti sənaye parklarının yaradıldığı ilk gündən bu müəssisələrdə çalışan sahibkarlara müxtəlif iqtisadi stimullar, güzəştlər, dövlət dəstəyi tədbirləri verib, ən münbit şərait formalaşdırıb, parklara investisiya qoyuluşlarını motivasiya etmək üçün dünya praktikasında tətbiq olunan ən səmərəli iqtisadi alətləri tətbiq edib. Vergi qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla təmin edilir. Eyni zamanda, qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisi, torpaq vergisi və mənfəət vergisindən, istehsal məqsədilə idxal etdikləri texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və 10 il müddətinə gömrük rüsumlarından azad olunub. Nəticədə sənaye ailəsi daha da böyüyüb və Sumqayıt Parkı ilə yanaşı, , Pirallahı, Mingəçevir, Qaradağ, Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları fəaliyyət göstərir ki, həmin parkların hər biri yerləşdiyi ərazinin coğrafi və iqtisadi özəlliyinə, sənaye xüsusiyyətlərinə uyğun olaraq müxtəlif adda sənaye məhsulları istehsal etməklə ölkəmizin sənaye iqlimini zənginləşdirib.

Ümumiyyətlə, yeni qurulan hər bir sənaye müəssisəsi Azərbaycanın sənaye arxitekturasını möhkəmləndirir, yeni qeyri-neft sütunlarını formalaşdırır. Sənaye parklarında istehsal alyansına qoşulan yeni müəssisələrin fəaliyyətə başlaması Azərbaycanda uğurla irəliləyən sənayeləşmənin keyfiyyət və məzmun baxımından inkişafını daha da möhkəmləndirir, ölkəmizin regional sənaye mərkəzinə çevrilməsinə və qlobal ixracda rolunun artmasına dərin zəmin yaradır. Hazırda ölkəmizdə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir ki, onların potensial imkanları sayəsində  sənayenin maliyyə və investisiyatutumlu sektor kimi qüdrətini  də yüksəldir. İndiyədək sənaye parklarında ümumi investisiya qoyuluşunun həcmi 8,1 milyard manatı ötüb ki, bu da qeyri-neft sahəsində yatırılan ən böyük sərmayə deməkdir. Həmçinin, sahibkarlar tərəfindən sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb ki, bu rəqəm iqtisadiyyatda sərmayə portfelində sənayenin xüsusi üstünlüyünü göstərir.

ÜDM-də sənayenin payı artır

Sənaye park cərgəsinə qoşulan sahibkarların sayı da durmadan artır, hazırda 170 sahibkarlıq subyektinə rezident və ya qeyri-rezident statusu verilib ki, bu da olduqca böyük sənaye ailəsinin formalaşdığını təsdiqləyir. Bundan başqa, sənaye parkları iş yerlərinin sayının artması və məşğulluğun payının yüksəlməsində də mühüm yer tutur. İndiyə qədər bu sahədə 10 min 600-dən artıq daimi iş yeri yaradılıb ki, bu da dayanıqlı iş yerləri kimi insanların sosial rifah halının artmasında da mühüm rol oynayır.

Azərbaycan sənayesinin inkişafında sənaye parklarının rolu isə əvəzsizdir. Ölkədə istehsal olunan sənaye məhsulunun əhəmiyyətli bir hissəsi bu sahədə fəaliyyət göstərən müəssəsilərin payına düşür. Ötən müddətdə sənaye zonaları tərəfindən 16,2 milyard manatlıq məhsul satışı həyata keçirilib ki, bu da sənaye  məhsulu istehsalında və ümumi daxili məhsulda (ÜDM) parkların artımverici rolunu şərtləndirir.

Sənaye texnologiyaları parkları ölkəmizin ixrac qabiliyyətinin güclənməsində də müstəsna rola malikdir. Hər il ixrac oluanan qeyri-neft məhsullarının təxminən 50 faizi sənaye mallarının payına düçür ki, burada da əsas sütun kimi texnoparkarları qeyd etmək olar. Ötən dövr ərzində sənaye texnologiyaları parkları tərəfindən 5,2 milyard manatlıq hissəsi ixrac edilib. Bu, həm ölkəmizin ixrac mövqeyinin irəliləməsi, həm də qeyri-neft sənayesindən əldə edilən valyuta daxilolmalarının həcminin artmasında mühüm göstərici deməkdir.

Sənayeləşmənin yeni modelləri yaradılır

Azərbaycanda sənaye əhəmiyyətli partlayıcı maddələr istehsal edəcək zavodun - “AzerBlast” MMC-nin inşası da sürətlə davam etdirilir. Gəncə şəhərində yerləşən bu sənaye zavodu 15 hektar ərazidə inşa olunur və istehsal gücü 31 min ton həcmində qiymətləndirilən müəssisə müasir istehsalat texnologiyaları əsasında qurulmaqdadır. Müəssisədə, xüsusilə dağ-mədən və inşaat sənayesində istifadə olunan partlayıcı növləri “H-ANFO”, “ANFO”-nun istehsalı həyata keçiriləcək.

Layihənin əsas məqsədi mədənlərdə həyata keçirilən hasilat prosesi və digər sənaye sahələrində istifadə olunan mülki partlayıcı maddələrə tələbatın ödənilməsi, dağ-mədən, həmçinin tikinti müəssələrinin fasiləsiz tədarük zəncirinin təmin edilməsi ilə idxaldan asılılığın aradan qaldırılması, eyni zamanda, regionda yeni iş yerlərinin yaradılmasıdır. Müəssisədə ilkin mərhələdə ölkə üzrə tələbata uyğun olaraq aylıq 500 ton, illik 6 min ton partlayıcı maddənin istehsalı planlaşdırılır. Həmin məhsullar ölkəmizdə mədənçıxaram sənayesinin inkişafında mühüm rol oynamqla yerli sənayenin təmsilçiliyinin artmasına xüsusi töhfə verəcək.

Beləliklə, yeni sənaye müəssisəsinin yaradılması ölkəmizdə sənaye kompleksləri şəbəkəsinin genişlənməsi, sənaye zəncirinin möhkəmlənməsi və   güclü ixrac yönümlü sənaye potensialının yaradılmasına da öz töhfəsini verəcək. Növbəti illər üzrə artan tələbata uyğun istehsal həcminin də artırılması, sonrakı mərhələdə isə məhsulların xarici bazarlara çıxarılması ilə ölkəmizin qeyri-neft ixracatına töhfə verilməsi hədəf olaraq müəyyənləşdirilib. Nəticədə Azərbaycanın sənaye məhsulları ixrac edən ölkə kimi mövqeyinin daha möhkəmlənməsinə səbəb olacaq.

ELBRUS CƏFƏRLİ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:182
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 03 May 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Aerobika və akrobatika gimnastikası üzrə Bakı birinciliyinə yekun vurulur FOTO

30 May 2026 13:39see233

Tramp: İranla bağlanan müqavilə Hörmüz boğazının minalardan təmizlənməsini də əhatə edir

30 May 2026 02:35see199

Rahim Sterlinq həbs edilib The Sun

30 May 2026 06:14see195

Şok görüntülər: Azərbaycanda timsah var imiş Video

30 May 2026 01:18see194

Türkiyəli ulduz üçün 55 milyon ödəyəcəklər?

30 May 2026 01:31see194

İspaniya nəhəngi Arsenal ın ulduzuna elçi düşdü

29 May 2026 20:53see188

Yaşlı insanlarda yaranan spesifik qoxunun səbəbi açıqlandı: Qarşısını almaq mümkündür

30 May 2026 04:03see187

Pentaqon Ağ Evdə UFC tədbiri üçün hərbçiləri cəlb edir

30 May 2026 05:10see184

Maskın “SpaceX” ilə bağlı gözləntiləri dəyişib

30 May 2026 04:46see184

Bakıda avtoşluq edən şəxs saxlanılıb

30 May 2026 03:05see176

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

30 May 2026 11:43see176

Kiyevdə ardıcıl partlayışlar oldu KONKRET

29 May 2026 23:00see175

Kürdəmirdə də Bazarstore açılacaq

30 May 2026 08:27see172

İran ABŞ ilə yekun razılaşmanın şərtini açıqlayıb

30 May 2026 01:54see171

Qəzza sakinlərinin köçürülməsinə Türkiyədən CAVAB

30 May 2026 22:33see166

Kuba və ABŞ hərbçiləri arasında mühüm görüş baş tutub

30 May 2026 07:09see166

ABŞ nin İrana qarşı üç ssenarisi var

30 May 2026 01:15see166

Çempionlar Liqasının qalibi penaltilər seriyasında müəyyən olacaq CANLI

30 May 2026 22:52see164

Tramp İranla bağlı toplantısını heç bir qərar qəbul etmədən başa vurub

29 May 2026 23:56see163

Azərbaycanın bədii gimnastları Bolqarıstanda Avropa çempionatında iştirak ediblər

31 May 2026 05:31see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri