Icma.az
close
up
RU
Yerli və xarici turistlərin ən çox getmək istədiyi yer ORTAQ SEÇİM

Yerli və xarici turistlərin ən çox getmək istədiyi yer ORTAQ SEÇİM

Yenisabah portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Yay mövsümünün başlaması ilə yerli və xarici turistlərin regionlara marağı artmaqdadır. Son illərin müşahidələri göstərir ki, Azərbaycanın müxtəlif bölgələrində yerləşən hotellər yay aylarında 85-90 faizlik doluluq göstəricisi ilə fəaliyyət göstərir. Yerli turistlərin ölkə daxilində istirahətə üstünlük verməsi, xüsusilə quru sərhədlərin bağlı qalması fonunda daha da artıb. Xarici qonaqlar da artıq yalnız paytaxtla kifayətlənmir, regionlarda da istirahət etməyə üstünlük verirlər.

Bununla bağlı turizm eksperti Kənan Hənifəyev “Yeni Sabah” oxucularına bir sıra tövsiyələr verib:

“Artıq son illərdir ki, regionda yerləşən hotellərimiz yay mövsümündə qonaq qəbul etmə baxımından 85-90% doluluq göstəricisinə malikdir. Yerli turistlərimizin regionlara daha çox üstünlük verməsini quru sərhədlərin bağlı olması ilə əlaqələndirsək də, xarici qonaqların da ölkəmizə səfəri zamanı regionlara maraq göstərməsi müşahidə olunur. Turist tələbinin yüksək olması, təbii ki, qiymətlərə də təsir edir. Buna baxmayaraq, regionlarımızda müxtəlif qiymət və xidmət səviyyəsinə uyğun təkliflər mövcuddur”.

Ekspert qeyd edib ki, klassik turizm istirahətindən və ənənəvi səfər edilən məkanlardan kənar olaraq, yerli turistlər üçün yeni destinasiyalar da mövcuddur:

“Bu il daha çox tövsiyə edilən yerlər kənd əraziləri və kənd yaşıl turizmi konseptinə uyğun məkanlardır. Məsələn, Lahıc, İvanovka, Qalıçıq kimi kəndlər həm sakitliyi, həm də kənd turizminə uyğun xidmətləri ilə seçilirlər.

Yeni istiqamət olaraq Zəngilan şəhəri və Ağalı kəndi də turistlər üçün maraqlı bir seçim ola bilər. Yaxın aylarda Qarabağ istiqamətində ekskursiyaların təşkil olunduğu bir neçə şəhərə ziyarət turlarının baş tutması nəzərdə tutulub.

Cənub zonası da yerli turistlərin daha çox və uyğun qiymətə səfər etdikləri istiqamətlərdən biridir”.

Aytac Şahin


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 21 May 2025 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri