Icma.az
close
up
RU
Yerusəlimdəki Holokost memorial kompleksi ilə tanışlıq

Yerusəlimdəki Holokost memorial kompleksi ilə tanışlıq

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycandan olan bir qrup jurnalist İsrailə səfəri çərçivəsində Yerusəlimdəki "Yad Vaşem" Holokost memorial kompleksini ziyarət edib.

525.az-ın İsrailə ezam olunan əməkdaşı xəbər verir ki, muzeydə təxminən 6 milyon yəhudinin həyatına son qoymuş faciə haqqında çoxsayda materiallar toplanıb.

Burada hadisələr yalnız xronoloji şəkildə deyil, insanların şəxsi hekayələri, fotoşəkillər, sənədlər, əşyalar, incəsənət nümunələri və sağ qalanların şahidlikləri vasitəsilə təqdim olunur. Muzeyin sahəsi 4200 kvadratmetrdən çoxdur.

Holokost Tarixi Muzeyi nasistlərin hakimiyyətə gəlməsindən Holokostun sonuna qədər olan dövrü əhatə edir. Yad Vaşemin kolleksiyalarında 100 mindən çox sağ qalanın şahidlik materialı da var.

Jurnalistlərə Sovet İttifaqı dövründə təqiblərdən xilas olaraq Azərbaycan ərazisində sığınacaq tapan yəhudilər barədə də məlumat verilib. Qeyd olunub ki, Azərbaycan nasist işğalından qaçan çoxsaylı yəhudi qaçqınları üçün təhlükəsi sığınacaqlardan birinə çevrildi. Bu çətin vəziyyətdə əsas yükü yerli azərbaycanlı ailələri öz üzərinə götürdü. Bir çox ailə evlərinin onsuz da məhdud olan yaşayış sahəsini yəhudi qaçqınlarla bölüşür, müharibə dövründə çatışmazlıq yaşanan ərzaq paylarını onlarla paylaşırdı. Nasist işğalından qaçaraq Azərbaycana gələn yəhudilər burada yalnız fiziki təhlükəsizlik deyil, həm də yerli əhalinin dəstəyi və sosial həmrəyliklə qarşılaşırdılar. Azərbaycanın bu dövrdə oynadığı rol yalnız strateji və iqtisadi əhəmiyyətlə məhdudlaşmırdı. Müharibənin ən ağır illərində ölkə minlərlə insan üçün sığınacaq, işləmək və həyatını davam etdirmək imkanı verən bir məkana çevrilmişdi. Bildirilib ki, Azərbaycanın yəhudi icmaları ilə bağlı tarixi daha qədim dövrlərə gedib çıxır. Ölkədə, xüsusilə Quba və ətraf ərazilərdə məskunlaşan yerli Dağ yəhudiləri ilə yanaşı, Aşkenazi və Gürcüstan yəhudilərindən ibarət icmalar da mövcud idi. Ölkədə artıq formalaşmış bu sosial və mədəni mühit Avropadan gələn yəhudi qaçqınlarının yerli həyata uyğunlaşmasını nisbətən asanlaşdırdı. Yəhudi icmalarının mövcudluğu, dini və mədəni ənənələrin qorunması, eləcə də yerli əhali ilə uzunmüddətli münasibətlər qaçqınların yeni mühitə inteqrasiyasında mühüm rol oynadı.

Bütün bu faktlar Azərbaycanın İkinci Dünya müharibəsi illərində yalnız strateji əhəmiyyət daşıyan bir ərazi deyil, həm də müharibənin və nasist təqiblərinin yaratdığı humanitar böhrandan qaçan insanlar üçün sığınacaq məkanı olduğunu göstərir.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://525.az
archiveBu xəbər 01 Sentyabr 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see370

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see359

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see300

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see290

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see288

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see284

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see280

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see265

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see240

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see231

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see227

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see226

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see225

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see222

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see218

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see218

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see216

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see201

Təhlükəli öskürəyin əlamətləri AÇIQLANDI

22 Oktyabr 2026 22:33see187

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri