Icma.az
close
up
RU
Multikulturalizm Mərkəzində Holokost qurbanları anılıb

Multikulturalizm Mərkəzində Holokost qurbanları anılıb

Icma.az bildirir, Yeniazerbaycan saytına əsaslanaraq.

Yanvarın 27-də Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində “Holokost soyqırımı müasirlərin gözü ilə” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə İsrailin Azərbaycandakı səfiri Corc Dik, Azərbaycanda fəaliyyət göstərən milli və dini icmaların rəhbərləri və universitet müəllimləri iştirak ediblər.

Əvvəlcə ölkəmizin suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş Azərbaycanın qəhrəman övladlarının, Xocalı soyqırımı və Holokost qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru, BBMM-nin icraçı direktoru Rəvan Həsənov dəyirmi masanı giriş sözü ilə açaraq Holokostun insanlığa, bəşəriyyətə qarşı törədilən dəhşətli cinayətlərdən biri olduğunu qeyd edib. Tarixin müxtəlif dövrlərində Azərbaycan xalqına qarşı  da soyqırımı törədildiyini xatırladan icraçı direktor vurğulayıb ki, biz nə Holokostu, nə də Xocalını unutmayacağıq. İslamofobiyanın, antisemitizmin bəzi Avropa ölkələrində geniş yayılmasının təəssüf doğurduğunu dilə gətirən Rəvan Həsənov din və azadlıq amillərinin siyasiləşdirilməsinin yolverilməz olduğunu qeyd edib. O, Azərbaycanda güclü yəhudi irsinin mövcud olduğunu, ölkəmizdə yəhudilərin sərbəst və müstəqil şəkildə yaşadıqlarını deyib. Bildirib ki, ölkəmizdə yaşayan yəhudilər Azərbaycanın azadlığı uğrunda mübarizədə canlarından keçiblər. R.Həsənov diqqətə çatdırıb ki, tarixin qaranlıq məqamlarında yaşanmış hadisələr axıra qədər davam etməməlidir. İnsanlıq və gələcək naminə birgəyaşayış, dinc yanaşma mütləqdir.

İsrailin ölkəmizdəki səfiri Corc Dik bildirib ki, bu gün tədbir iştirakçıları Holokost soyqırımı nəticəsində həlak olan yəhudiləri və nasist zülmünün bütün qurbanlarını xatırlamaq üçün toplaşıblar. Belə hadisələri unutmamaqla biz onların təkrarlanmamasına nail ola bilərik. O, həmçinin İkinci Dünya müharibəsində həyatını itirən 300 mindən çox azərbaycanlının xatirəsini də ehtiramla yad etdiklərini bildirib. Səfir diqqətə çatdırıb ki, Azərbaycan regionda bütün dinlərə mənsub insanların harmoniya və azadlıq şəraitində necə birlikdə yaşaya biləcəyini göstərən mayakdır. O, İsrail xalqı adından Azərbaycana təşəkkür edib.

Tədbirdə çıxış edən Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev, Avropa Yəhudilərinin Bakı Dini İcmasının rəhbəri Aleksandr Şarovski, Avropa Yəhudilərinin Bakı Dini İcmasının baş ravvini Şneor Seqal, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Cahandar Əlifzadə, Azərbaycan İlahiyyat İnstitutunun Dinşünaslıq kafedrasının müdiri Anar Qafarov, Azərbaycanda Katolik Kilsəsinin nümayəndəsi Cozef Marik soyqırımların, qətliamların insanlığa zidd hərəkətlər olduğunu, bunun nə din, nə də hüquq çərçivəsinə sığışdığını diqqətə çatdırıblar.

Xatırladaq ki, BMT Baş Assambleyası tərəfindən 2005-ci il noyabrın 1-də qəbul olunmuş müvafiq qətnaməyə əsasən, hər il yanvarın 27-si Holokost Qurbanlarının Beynəlxalq Anım Günü kimi qeyd edilir. Holokost zamanı 6 milyondan çox yəhudi öldürülüb, onlardan 1,5 milyonu uşaqlardır.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 27 Yanvar 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see291

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see287

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see272

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see267

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see266

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see265

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see260

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see254

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see252

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see242

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see233

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see229

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see228

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see226

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see220

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see214

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see213

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see210

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see207

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri