Icma.az
close
up
RU
Menu

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

Bankların keşbek faizləri Yanvar 2026

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

Qızılın bahalaşması davam edir

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

Yerüstü və yeraltı təhlükə

Yerüstü və yeraltı təhlükə

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Ermənistanın yaratdığı mina probleminin aradan qaldırılması bu gün Azərbaycanın qarşısında dayanan əsas çağırışlardan biridir. İkinci Qarabağ müharibəsindən 5 il ötsə də, mina təhlükəsi davam edir. Ermənistan Azərbaycan ərazilərini kütləvi şəkildə minalarla çirkləndirib. Rəsmi məlumatlara görə, Ermənistan tərəfindən işğal dövründə Azərbaycanın azad olunmuş ərazilərində 1,5 milyondan çox mina və partlamamış hərbi sursat yerləşdirilib. Ümumiyyətlə, mina probleminin tamamilə aradan qaldırılması həm çox çətindir, həm də bunun üçün illər tələb olunur.

Azərbaycan Prezidenti bu günlərdə BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı ölkəmizin üzləşdiyi bu problemi bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Dövlət başçısı deyib ki, postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ağır humanitar problemlərdən biri də Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükədir: "2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir".

Azərbaycan bu gün həm mina təhlükəsi ilə mübarizə aparır, eyni zamanda, uzun illər öz yurd-yuvasından didərgin düşmüş insanların doğma torpaqlarına qovuşmaları, onlara ən yüksək səviyyədə şəraitin təmin edilməsi üçün bütün lazımi addımları atır.

Dövlət başçısı çıxışında bildirib ki, Azərbaycan 2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi: "Ermənistan işğal dövründə yüzlərlə şəhər və kəndimizi yerlə-yeksan etdi, 65 məscidi məqsədli şəkildə dağıtdı. Hərbi cinayətkarlar tərəfindən 30 ilə yaxın müddətdə idarə olunan Ermənistanın siyasəti bu idi. Biz isə yerlə-yeksan edilmiş kənd və şəhərləri yenidən qururuq. "Böyük Qayıdış" Proqramı çərçivəsində artıq 50 mindən çox insan azad edilmiş torpaqlarda yaşayır, işləyir və təhsil alır".

Mina probleminin növbəti dəfə beynəlxalq gündəmə gətirilməsi, ən ali tribunadan səsləndirilməsi həm də dünyanın bu problemlə mübarizədə həmrəy olmasının vacibliyini vurğulayır. Çünki mina hər an, hər saniyə insan həyatı üçün təhdid yaradır. Bu günlərdə Ağdam rayonunun Mirəşelli kəndində təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Səyyaf Əhmədov həyatını itirdi. Bundan bir müddət əvvəl isə Cəbrayıl və Ağdam rayonlarında mina partlayışları nəticəsində 4 nəfər, o cümlədən uşaqlar ağır yaralanıb. Bu hadisələr bir daha minaların necə dəhşətli faciələrə səbəb olduğunu göstərir. Euni zamanda, dünyanın bu problemlə bağlı birləşməli olduğunu, birgə mübarizə aparmasının zəruriliyini ortaya qoyur.

Azərbaycanın problemin beynəlxalq miqyasda qəbul olunması üçün mühüm təşəbbüs irəli sürüb. Bu, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə yeni bir hədəf - "DİM 18"in əlavə olunması ilə bağlı təklifdir.

Qeyd edək ki, 18-ci Dayanıqlı İnkişaf Məqsədi təşəbbüsü 2023-cü il martın 2-də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşündə irəli sürülüb. Prezidentin təşəbbüsü əsasında "Mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyətlər" adlı 18-ci Dayanıqlı İnkişaf Məqsədi müvafiq dövlət qurumlarının rəy və təklifləri əsasında hazırlanıb və Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasında təsdiq edilib. "DİM 18" işğaldan azad olunmuş ərazilərimizə təhlükəsiz qayıdış, məskunlaşma, bərpa, rifah və sülh üçün mina təhlükəsi ilə mübarizəyə dair fəaliyyəti özündə ehtiva edir. Bu DİM insanların təmiz ətraf mühitdə, sağlam və yüksək rifahda, o cümlədən sülh və təhlükəsizlik şəraitində yaşamasına yönəlib.

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən sentyabr ayında icra olunan əməliyyatlar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA)  açıqladığı məlumata görə, qeyd edilən dövrdə Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, o cümlədən Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 522 piyada əleyhinə mina, 118 tank əleyhinə mina, 5286 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb. Bildirilib ki, 5 622,9 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Ermənistan tərəfindən minalar təkcə torpağın altına basdırılmayıb, həm də tələ minaları yerləşdirilib ki, bu da insanlarımızın həyatları üçün təhlükənin miyasını göstərir, onlardan ayıq-sayıq olmağı tələb edir. Bir neçə gün əvvəl Şuşa rayonu Kiçik Qaladərəsi kəndi ərazisində evlərin təmizlənməsi əməliyyatı zamanı partlayıcı tələ qurğusu aşkarlanıb. ANAMA bildirib ki, evin damında sütuna və damın giriş qapısına tələ məftili vasitəsilə quraşdırılmış döyüş vəziyyətinə gətirilən 2 ədəd F-1 əl qumbaraları aşkarlanıb. Aşkar edilən tələ qurğu ANAMA əməkdaşları tərəfindən zərərsizləşdirilərək, ərazinin təhlükəsizliyi təmin edilib. Qeyd edilib ki, işğaldan azad edilmiş ərazilərdə icra edilən minatəmizləmə əməliyyatları zamanı mütəmadi olaraq tələ minaları, improvizə edilmiş partlayıcı qurğulara rast gəlinir. Bu məqsədlə, ANAMA bir daha vətəndaşları təhlükəsizliyinə əmin olmadıqları ərazilərə, obyektlərə daxil olmamağa, tanımadıqları əşyalara toxunmamağa çağırır.

Azərbaycan QHT-ləri, eyni zamanda bu günlərdə ərzində Avropada ölkəmizin üzləşdiyi problemi, mina terrorunun qurbanlarının hekayələrini əks etdirən fotosərgilər təşkil edib. Həmin sərgilər ziyarətçiləri dərindən təsirləndirib. Məsələn, sərgidə mina qurbanı Elmir Bağırovun fotosu üzərində yazılıb: "İnsan öz torpağında tank əleyhinə minaya düşərmi? Təsəvvür etmək çətindir, amma mən sağ qaldım, 18 yaşım tamam deyildi, o gündən iztirab dolu həyatım başladı, gəncliyimi və iki ayağımı itirdim".

Hər iki ayağını və bir gözünü itirən digər mina qurbanı Samir Əlizadənin fotosunda isə "Bir addım, iki partlayış... Davamını siz deyin..."

Ziyarətçilər fotoların üzərindəki QR kodlar vasitəsilə Azərbaycanın mina probleminə dair əlavə məlumatlarla da tanış olublar.

Azərbaycanın mina problem beynəlxalq mediada da işıqlandırılır. Bu günlərdə "Commonspace" nəşrində dərc olunan məqalədə də vurğulanıb ki, Cənubi Qafqazda mina böhranını görməzdən gəlmək və onu keçmişin problemi hesab etmək beynəlxalq ictimaiyyət üçün yolverilməzdir. Politoloq Maksimillian Van Lanqeyə görə, Bakı-İrəvan münasibətlərində davamlı sülhün əldə edilməsi mümkünlüyünə dəlalət edən irəliləyiş olsa da, minalar və partlamamış döyüş sursatları region üçün təhlükə yaratmağa davam edir və tərəflər arasında mübahisəli məsələ olaraq qalır: "Cənubi Qafqaz bölgəsi ümumilikdə mina təhlükəsinə qarşı həssasdır, lakin bundan ən çox zərər çəkən Azərbaycandır. Minalardan ən çox Azərbaycan zərər çəkir, burada ölkə ərazisinin 13 faizdən çoxu (təxminən 11 667 km?), əsasən də Qarabağ və Şərqi Zəngəzur bölgələri hələ də minalarla çirklənmiş vəziyyətdədir".

Dünya Bankının hesablamalarına görə, minalarla çirklənmə regionun ildə 500 milyon dollardan çox iqtisadi itkilərlə üzləşməsinə səbəb olur.

Azərbaycanla Ermənistan arasında ilkin sülh əldə olunub, sülh sazişi paraflanıb, 8 avqust sammitindən bu yana sülh istiqamətində müsbət addımlar özünü göstərir. Belə olan halda, İrəvan mina təhlükəsinin aradan qaldırılmasında da məsuliyyətini nəhayət dərk etməli, etibarlı mina xəritələrini Azərbaycana təqdim etməlidir. Bu, həm də iki ölkə arasında sülh prosesinin sürətləndirilməsinə yol aça bilər. Politoloq Maksimillian Van Lanqey hesab edir ki, mina probleminin həlli və sülh prosesinin sürətləndirilməsinə kömək üçün "minasız zonalar" yaradıla, qarşılıqlı monitorinq tərəflər arasında etimadın gücləndirilməsində mühüm tədbir ola bilər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Oktyabr 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abşeron və Tərtərə yeni prokurorlar təyin edildi

06 Yanvar 2026 06:05see416

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see190

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see182

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see161

Bankların keşbek faizləri Yanvar 2026

05 Yanvar 2026 14:11see158

Prezident İlham Əliyev Ermənistanın köməyilə Rusiyanın sanksiyalardan yayınmasından danışdı

05 Yanvar 2026 22:54see157

Prezident İlham Əliyev “ASAN xidmət” mərkəzinin açılışında (FOTO)

06 Yanvar 2026 05:23see157

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see154

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see152

Əməkdar artist gözünün ağı qarası olan qızı ilə FOTOLAR

06 Yanvar 2026 06:08see150

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see150

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see149

Qarabağın turizm brendi süni reklamla yox, reallıqlar, təcrübə üzərindən yaradılmalıdır MÜSAHİBƏ

05 Yanvar 2026 18:50see148

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see144

Məni yandıracaqsan, yandır da Yanacaqdoldurma məntəqəsində baş verən faciənin TƏFƏRRÜATI

05 Yanvar 2026 20:26see143

Neftçi və Sumqayıt ın futbolçuları üçün Afrika Millətlər Kuboku başa çatdı

05 Yanvar 2026 23:13see141

Xətaidə yaşayış binalarının ümumi əmlakı mənimsənilib? RƏSMİ CAVAB

05 Yanvar 2026 18:50see139

İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Milad bayramı münasibətilə təbrik edib

05 Yanvar 2026 16:10see137

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see137

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri