Icma.az
close
up
RU
Yetim çeçen uşaqları

Yetim çeçen uşaqları

Teleqraf.com portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qroznıya uçan təyyarəmiz vurulandan və onlarla insanın həyatına son qoyan qəza baş verəndən sonra Birinci və İkinci Çeçenstan savaşı günlərində Azərbaycanın çeçenlərə necə dayaq durduğunu xatırladım.

Bir milyona yaxın evsiz-eşiksiz, ac-yalavac qaçqın və köçkünümüz ola-ola öz yurdlarını tərk etmiş çeçenlərə də qucaq açmışdıq. Ən maraqlısı budur ki, bizdə prezidentlər, baş nazirlər dəyişilsə də çeçenlərə münasbət dəyişilmədi. Bakıya üz tutanlar həm rəsmi səviyyədə, həm də xalq arasında rəğbətlə, qayğıkeşliklə qarşılanırdılar.

Bakıda Çeçenistanın daimi nümayəndəliyi vardı. Mərhum rəssam dostum Firudin Abbasov da könüllü şəkildə həmin nümayəndəlikdə işləyir, çeçenlərə kömək edirdi. Firudin son dərəcə isteadlı bir sənət adamı idi. Gördüyüm azsaylı əsərlərində dahiyanə bir rəssam əli hiss olunurdu. Lakin Ermənistanın torpaq iddiaları ortaya çıxandan və Qarabağ müharibəsi başlanandan fırçanı yerə qoymuşdu. Meydanlardan, qızğın mübahisəli yığıncaqlarımızdan sonra çox vaxt onun İçərişəhərdəki balaca otağına çəkilir və sonrakı işlərimizi müzakirə edir, torpaqlarımızı necə azad edəcəyimiz barədə düşünürdük. 1989-cu ildə Qarabağa Xalq Yardımı Komitəsinə və mənim çap etdiyim ilk müstəqil qəzetimiz “Azərbaycan”a da onu içindəki vətən sevgisi və qeyrət gətirmişdi... Əsl savaş adamıydı və döyüş bölgələrinə də çox vaxt bərabər gedirdik.

1994-cü ildən sonra onun balaca otağı həm də çeçen yaralılarının, köməksiz ailələrin üz tutduğu yer oldu. Çətinə düşən kimi məni axtarırdı. Yaralıları xəstəxanada , hamilə qadınları doğum evlərində yerləşdirməli olurduq. Bir gün də yanıma bir çeçen hərbiçisini gətirdi. Qonaq 50 nəfər atasız-anasız çeçen uşağını Türkiyəyə göndərmək məqsədiylə gəlmişdi. Uşaqları qəbul etməyə hazır olan bir-iki Avropa ölkəsinin adını çəkdi. Lakin uşaqlar nə Avropaya, nə İrana, nə ərəb ölkələrindən birinə yox, məhz Türkiyiyə getmək istəyirdilər. Ancaq bu, mümkünsüz bir iş idi, çünki uşaqların əllərində heç bir sənəd, hətta doğum şəhadətnaməsi də yox idi. Onların taleyinə və Türkiyə sevgilərinə biganə qalmaq mümkün deyildi. Düz bir aya yaxın inadkarlıqla çalışdım, əziyyət çəkdim, ümidsizliyin içindən bir yol tapdım.. Bizim Xarici İşlər nazirliyi, Türkiyənin Azərbaycandakı böyük elçiliyi ürəklə işə qarışdılar. Axır ki uşaqları Naxçıvana, ordan da Türkiyəyə yola sala bildik. İş bitəndən sonra Türkiyə səfirliyinin bir əməkdaşı məni qucaqlayıb “Bəy, sənin həmkarların mal-mülk peşindədirlər, sən də özünü yandırırsan bu kimsəsiz çocuklar üçün", dedi. “Bu, bir insanlıq borcudur!” dedim.

Bilmirəm, Çeçenistanda o uşaqların Bakı macərasını və sonrakı taleyini, bu işdə mənim zəhmətimi bilən varmı? Əvvəllər bu haqda düşünməmişdim. Ancaq indi düşünürəm və 50 kimsəsiz uşağa yol açan, həyat verən Azərbaycanla bir o qədər məsum insanın ölümünə səbəb olan Çeçenistanın, onun rəhbərinin və ona əmr verən Rusiyanın fərqini görürəm. Qazax qardaşlarımızın qəzadan sonra qoşduqları mahnını dinləyirəm və deyirəm. Biz insan sevgisiylə və mərhəmət duyğusuyla güclüyük. Allah bizim və bütün türklərin ürəyində bu sevgini və mərhəməti azaltmasın!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 05 Yanvar 2025 22:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Parisdə Cənubi Qafqazda dəyişən geosiyasi şəraitdə Azərbaycanın artan rolu təhlil olunub

15 Oktyabr 2026 01:57see400

Prezident və birinci xanım Vyetnam nümayəndə heyətini qəbul etdi FOTO/VİDEO

15 Oktyabr 2026 00:11see357

ABŞ də inflyasiyaya görə qızıl ucuzlaşır

14 Oktyabr 2026 23:27see322

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see316

Tofiq Musayev: Azərbaycan AEBA ilə əməkdaşlığı yüksək qiymətləndirir

14 Oktyabr 2026 21:46see292

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see271

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see263

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see231

Qvardiola Mançester Siti nin matçında

15 Oktyabr 2026 00:33see230

COP17 ərəfəsində İrəvanda Bakını suçlamaq cəhdi

15 Oktyabr 2026 01:35see208

Laos şirkətləri Azərbaycana sərmayə yatıra bilər AÇIQLAMA

14 Oktyabr 2026 23:05see206

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see205

İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

15 Oktyabr 2026 00:04see204

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see202

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see189

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see188

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see182

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see176

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see166

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri