Icma.az
close
up
RU
Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi TƏFƏRRÜAT

Yetkinlik yaşına çatmayan qız 27 yaşlı oğlanla ailə qurdu, atası polisə xəbər verdi TƏFƏRRÜAT

Qaynarinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakının Qaradağ rayonunda 27 yaşlı oğlan yetkinlik yaşına çatmayan qızla ailə qurduğu üçün məsuliyyətə cəlb olunub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, 1998-ci il təvəllüdlü Bakı sakini Asim ötən il oktyabrın 14-də yetkinlik yaşına çatmayan Könül (adlar şərti verilib – red.) ilə qeyri-rəsmi nikaha daxil olub. Rayon ərazisindəki şadlıq evlərindən birində toy mərasimi keçirilib.

İstintaq orqanı tərəfindən Asimin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə ifadə verən Asim ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. İfadəsində göstərib ki, ailəsinin və özünün istəyi, qonşuluqda yaşayan Könülün və anasının razılığı ilə ailə həyatı qurublar: "Könül ağıllı və tərbiyəli qız olduğu üçün onunla ciddi münasibətlər qurmuşam. Ailə üzvlərimin xəstə olması səbəbi ilə qərara gəldik ki, toyu tez edək”.

Təqsirləndirilən şəxs qeyd edib ki, oktyabrın 14-də qohumların iştirakı ilə şadlıq sarayında toy məclisi təşkil ediblər: "Könül yaşadığımız evə gəlin köçdü. Könüllə cinsi əlaqədə oldum və birlikdə yaşamağa başladıq. Bir neçə gün sonra polis əməkdaşları yetkinlik yaşına çatmayan şəxslə evləndiyim üçün məni bölməyə dəvət etdilər”.

İş üzrə ifadə verən Könülün sözlərinə görə, anası Sona ilə birlikdə yaşayıb: "Mən 9-cu sinfi bitirmişəm, işləmirəm və heç bir fərdi əmək fəaliyyəti ilə məşğul olmuram. Oktyabrın 14-də anamın və öz istəyimlə qonşuluqda yaşayan Asimlə ailə həyatı qurduq”.

Onun sözlərinə görə, bir müddət nişanlı olublar: "Biz bir-birimizi tanımışıq və sevmişik. Bir müddət nişanlı qaldıqdan sonra ailə qurmağa qərar verdik. Asimin valideynləri xəstə olduğundan düşündük ki, qeyri-rəsmi nikaha daxil olaq və ailə kimi yaşayaq. Asimin anası bizə elçi gəldi. Anam onları tanıdığından etiraz etmədi”.

Könülün bildirdiyinə görə, toydan bir neçə gün sonra ona yetkinlik yaşına çatmadığı üçün ailə qurmasının cinayət məsuliyyəti yaratdığı məlum olub: "Mən də Asimin tutulmasından qorxdum. Buna görə qərara gəldik ki, 18 yaşım tamam olanadək anamlabirlikdə yaşayım. Hazırda anamla qalıram”.

İş üzrə şahid qismində ifadə verən şəxslərdən biri də yetkinlik yaşına çatmayan Könülün atası Sabirdir. Sabirin ifadəsindən məlum olur ki, qızının ərə verilməsindən xəbəri olmayıb.

Sabir ifadəsində göstərib ki, Könül onun Sona ilə rəsmi nikahlarından 3-cü övladıdır: "Sona ilə 5 ilə yaxındır rəsmi qaydada boşanmışıq, mən hazırda Astara rayonunun kəndində tək yaşayıram, 2-ci qrup əliləm. Övladlarım, keçmiş həyat yoldaşım Sona ilə birlikdə Qaradağ rayonunun Qobustan qəsəbəsində qalırlar.

Yetkinik yaşına çatmayan uşağımın ailə qurmasına qarşıyam, qızımın evlilik xəbərini eşidən kimi dərhal Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzi ilə əlaqə saxladım, bu barədə məlumat verdim”.

Bu cinayət işinə Qaradağ Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Asimin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il 6 ay sınaq müddəti olmaqla 1 il 6 ay şərti cəza verilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 İyun 2025 19:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see236

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see208

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see206

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see192

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see175

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see175

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see163

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see159

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see152

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see152

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see149

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see149

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see148

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see147

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see142

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see141

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see140

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see139

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see139

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri