Icma.az
close
up
RU
Gənc oğlan yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə oldu, hamilə qalanda isə... TƏFƏRRÜAT

Gənc oğlan yetkinlik yaşına çatmayan qızla cinsi əlaqədə oldu, hamilə qalanda isə... TƏFƏRRÜAT

Demokrat.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Salyan rayonunda 1995-ci il təvəllüdlü Fərid yetkinlik yaşına çatmayan Xalidə ilə ailə qurmaqda, onunla cinsi əlaqədə olmaqda ittiham olunub.
Demokrat.az
-ın əldə etdiyi məlumata görə, Fərid 2023-cü il iyulun 15-də Salyan rayonunun kəndində yerləşən  şadlıq sarayında toy məclisi təşkil olunduqdan sonra həmin günün gecəsi yaşadığı Salyan şəhərindəki evində Xızı rayon sakini, Xalidə ilə on altı yaşına çatmadığını bilə-bilə onunla cinsi əlaqədə olub. 
Fərid yetkinlik yaşına çatmayan qızın qızlıq pərdəsinin tamlığını pozub. Bundan sonra istintaqa dəqiq məlum olmayan növbəti günlərdə Xalidənin razılığı ilə yaşadığı fərdi yaşayış evində cinsi ehtirasını təmin etmək üçün onunla ilə qeyri-təbii yolla cinsi əlaqədə olub, ona qarşı seksual xarakterli digər hərəkətlər edib. 
Daha sonra həmin ilin iyulun 15-dən həmin ilin dekabrın 26-dək keçən müddət ərzində mütəmadi olaraq Xalidə ilə bir neçə dəfə təbii yolla cinsi əlaqədə olub. Habelə həmin müddət ərzində bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olaraq seksual xarakterli digər hərəkətlər edib. 
Hadisəni törədən Fəridin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, Salyan şəhərində olmaqla yaşayır: 
“2022-ci ilin may ayında anam Fəranə Xızı rayonunun kəndində yaşayan qohumum Xalidənin mobil nömrəsini taparaq evlənmək məqsədilə əlaqə saxlamaq üçün mənə verdi. Mən də həmin vaxtdan Xalidə ilə əlaqə saxlayıb danışdım”.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2023-cü ilin iyul ayının əvvəllərində Xalidə ilə razılaşıblar ki, onu öz istəyi ilə qaçırsın və daha sonra yaxın günlərdə toy etsin: 
“Bundan sonra həmin vaxt Xalidənin yaşadığı Xızı rayonundan öz istəyi ilə qaçıraraq Salyan şəhərində yaşadığım evə gətirdim. Xalidənin və ailə üzvlərinin razılığı ilə 2023-cü ilin iyul ayının 15-də Salyan rayonu kəndində yerləşən şadlıq sarayında onların toy məclisi oldum. İlk dəfə həmin gün Xalidə ilə cinsi əlaqədə oldum. Həmin gündən etibarən Xalidə ilə qeyri-rəsmi şəkildə ər-arvad münasibətində yaşadım”. 
Fərid bildirib ki, ailə həyatı qurduqdan sonra o, və Xalidə rəsmi nikah bağlaya bilməyiblər: 
“Çünki, Xalidı yetkinlik yaşına çatmadığı üçün onun nikah yaşı tamam olmayıb. Bu səbəbdən də Xalidə ilə rəsmi nikah bağlaya bilmədim. Xalidənin 38-39 həftəlik hamilə olması ilə əlaqədar olaraq 22 avqust 2024-cü ildə,  gecə saatlarında onu Salyan rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə apardıq. 
İki gün sonra, yəni avqustun 24-də xəstəxananın doğum şöbəsində mənimlə Xalidənin bir qız övladımız dünyaya gəldi. Daha sonra övladım üçün Salyan “ASAN xidmət” mərkəzinə gedərək öz adıma atalığın müəyyən edilməsi haqqında şəhadətnamə aldım”. 
Fəridənin ifadəsinə görə, iyulun 15-də onun üçün Salyan rayonunun kəndində yerləşən şadlıq sarayında toy məclisi təşkil olunub və həmin tarixdən Xalidə ilə ər-arvad münasibətində yaşayırlar: 
“2023-cü ilin iyul ayının 15-də təşkil olunmuş toy məclisindən sonra həmin gecə ilk dəfə Xalidə ilə yaşadığım evdə cinsi əlaqədə olmuşam. Həmin günə qədər Xalidə qız olub və həmin vaxt onun qızlıq bakirəliyi pozulub. Bundan sonrakı günlərdə də mən Xalidə ilə bir neçə dəfə təbii yolla cinsi əlaqədə olmuşam. İlkin ifadələrimdə utandığım üçün belə bildirmişəm. Əslində isə mənimlə Xalidə toy məclisi təşkil olunduqdan  sonra növbəti günlərdə onun razılığı ilə yaşadığı evdə onunla bir neçə dəfə qeyri-təbii yolla cinsi əlaqədə olmuşam. Həmin evlilikdən avqustun 24-də övladımız doğulub. Əməlimdən peşmanam”. 
İş üzrə zərərçəkmiş qismində ifadə verən Xalidənin sözlərinə görə, Xızı rayonunun kəndində qeydiyyatda olmaqla Salyan şəhərində qeyri-rəsmi əri Fərid və onun ailə üzvləri ilə birlikdə yaşayır: 
“Fəridin anası Fəranənin xalası nəvəsi olmaqla qohumuq. 2022-ci ilin may ayında Fəridin anası Fəranə mənim razılığım ilə mobil nömrəmi evlənmək məqsədilə əlaqə saxlamaq üçün oğluna verib. Həmin vaxtdan Fəridlə telefonla əlaqə saxlayaraq danışdıq”. 
Zərərçəkmiş qeyd edib ki, 2023-cü ilin iyul ayının əvvəllərində Fərid yaxın günlərdə toy etmək üçün razılığı ilə onu qaçırıb və  Salyan şəhərində yaşadığı evə gətirib: 
“Mənim və ailə üzvlərimin razılığı ilə 16 yaşı tamam olmamış 2023-cü ilin iyul ayının 15-də Fəridlə toy məclisimiz oldu və ilk dəfə həmin gün Fərid mənimlə təbi yolla cinsi əlaqədə oldu. Həmin gündən etibarən Fəridlə mən qeyri-rəsmi şəkildə ər-arvad münasibətində yaşayıb və cinsi əlaqədə olurduq. 
Ailə həyatı qurduqdan sonra mən və Fərid rəsmi nikah bağlaya bilməmişik. Çünki mənim nikah yaşım tamam olmayıb. Bu səbəbdən də Fərid mənimlə rəsmi nikah bağlaya bilməyib. Mənim 38-39 həftəlik hamilə olmağım ilə əlaqədar olaraq 22 avqust 2024-cü ildə, gecə saatlarında Salyan rayon mərkəzi xəstəxanasının doğum şöbəsinə aparıldım. Avqustun 24-də Fəridlə bir qız övladımız dünyaya gəldi”. 
Bu cinayət işinə Salyan Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Fəridin barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq olunub. Ona 1 il sınaq müddəti olmaqla 1 il şərti cəza alıb. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 25 Mart 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şakanın cənazəsini niyə YANDIRDILAR...

25 Noyabr 2025 13:31see247

Qazaxıstan Azərbaycandan konteyner daşıyan iki dəniz gəmisi alacaq

25 Noyabr 2025 12:58see245

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see200

14 yaşlı Nərminənin ölümünə səbəb olan həkimlərə Yüngül cəza verildi

25 Noyabr 2025 10:28see168

Uşağın məktəb proqramının çətin olduğunu necə anlamaq olar? 5 əlamət

25 Noyabr 2025 13:52see157

Yüksək Liqa: UNEC Murov AZ Terminal la münasibətlərə aydınlıq gətirəcək

25 Noyabr 2025 09:57see153

Karvan Yevlax ın baş məşqçi postundan istefa verməmişəm Azər Həşimov

25 Noyabr 2025 00:02see149

İki əsrə aid bina hər an çökə bilər Sakinlər TƏHLÜKƏDƏ VİDEO

24 Noyabr 2025 23:22see149

Samir Abasov Neftçi dən qalmaqallı şəkildə ayrıldı o, klubdan tam həcmli kompensasiya tələb edib!

24 Noyabr 2025 22:11see146

“Çelsi”nin keçmiş müdafiəçisi: “Liverpul” dağılıb”

25 Noyabr 2025 01:11see140

Ali Məhkəmə həbs edilmiş xəzinədarla bağlı qərarı ləğv etdi

25 Noyabr 2025 17:01see137

Keçmiş prezidentin 27 illik həbs həyatı başladı

26 Noyabr 2025 01:06see133

Serbiyadan Azərbaycana birbaşa aviareyslər açılacaq

25 Noyabr 2025 01:22see133

“Qarabağ” və “Napoli” rəhbərləri arasında görüş keçirildi

25 Noyabr 2025 19:07see128

Xalq artisti dələduzluqla üzləşdi VİDEO

25 Noyabr 2025 23:28see128

Konte: “Qarabağ”a qarşı oynamaq çətin idi”

26 Noyabr 2025 02:58see127

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see125

ABŞ Maduronu terrorçu elan etdi

25 Noyabr 2025 03:32see123

Orban: “Aİ Ukrayna müharibəsinin davamını istəyir, amma Kiyevə verəcək pulu yoxdur”

25 Noyabr 2025 02:52see121

ÇL: Napoli fərqi 2 topa çatdırdı YENİLƏNİR

26 Noyabr 2025 01:29see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri