Yetkinlik yaşına çatmayanların əməllərinə görə kim cavabdehdir? AÇIQLAMA
Icma.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Son günlər Türkiyədə baş verən və azyaşlının ağır cinayət törətməsi ilə bağlı hadisə Azərbaycanda da geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, bu fonda cəmiyyətdə əsas suallardan biri yetkinlik yaşına çatmayanların əməllərinə görə valideynlərin hansı dərəcədə məsuliyyət daşıması ilə bağlıdır.
Ölkəmizdə də məktəblərdə zaman-zaman şagirdlər arasında zorakılıq, aqressiv davranış və digər xoşagəlməz hallar müşahidə edilir. Bu isə valideyn nəzarətinin əhəmiyyəti mövzusunu yenidən gündəmə gətirir. Bir çox vətəndaş hesab edir ki, azyaşlıların törətdiyi əməllərə görə valideynlər də müəyyən məsuliyyət daşımalıdır.
Mövzu ilə bağlı hüquqşünas Mircavid Miriyev bildirib ki, uşaqların təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq var və bəzi valideynlər övladlarını məktəbə göndərərkən belə tərəddüd edirlər. İnternetdə yayılan zorakı məzmunlar və ailədaxili problemlər uşaqların davranışına mənfi təsir göstərən əsas amillər sırasındadır:
"Qanunvericiliyə görə yetkinlik yaşına çatmayan şəxslər cinayət törətdikdə onlara cəza və ya tərbiyəvi xarakterli tədbirlər tətbiq oluna bilər. Valideynlər isə əsasən övladlarının vurduğu maddi ziyana görə məsuliyyət daşıyırlar. Yalnız valideynin uşağı cinayətə cəlb etməsi sübuta yetirilərsə, bu halda onların cinayət məsuliyyəti yaranır".
Asya
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 28 Aprel 2026 17:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















