Icma.az
close
up
RU
Yevlax, Prezident İlham Əliyevin ali rəhbərliyi ilə böyük inkişaf yolu keçməkdədir

Yevlax, Prezident İlham Əliyevin ali rəhbərliyi ilə böyük inkişaf yolu keçməkdədir

Icma.az xəbər verir, Newscenter.az saytına əsaslanaraq.


Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin həyata keçirdiyi güclü və ardıcıl siyasət kursunun əsasını ölkəmizin hərtərəfli inkişafı və xalqımızın milli maraqlarının təmin olunması təşkil edir.
Xüsusilə vurğulamaq lazımdır ki, əzəli yurdumuz olan Qarabağın azad edilməsindən sonra ölkəmizdə aparılan abadlıq, quruculuq, bərpa və yenidənqurma işləri daha geniş miqyas və yüksək dinamika ilə həyata keçirilir. Bütöv və müstəqil Azərbaycanda uğurla icra olunan iqtisadi layihələr Prezidentimizin uzaqgörən və milli maraqlara əsaslanan siyasətinin prioritet istiqamətidir.
Regionların inkişafı xüsusi əhəmiyyət daşıyır. Çünki bu bölgələrin resurs, sənaye və kadr potensialı ümumilikdə ölkənin sosial-iqtisadi yüksəlişinə geniş imkanlar yaradır. Məhz bu reallığı daim diqqətdə saxlayan ölkə başçısı cənab İlham Əliyev öz bənzərsiz fəaliyyətində regionların dinamik inkişafına balanslı və davamlı yanaşma nümayiş etdirir. Ərazi bütövlüyümüzün bərpasından sonra dövlət başçısının mütəmadi bölgə səfərləri aparılan genişmiqyaslı işlərin əhəmiyyətini bir daha təsdiqləyir.
Prezident İlham Əliyev təkcə Qarabağ və ətraf rayonların deyil, digər bölgələrin də inkişafını daim diqqət mərkəzində saxlayır. Son dövrlərdə möhtərəm Prezidentimizin tapşırıq və tövsiyələri əsasında Yevlaxda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, sosial infrastruktur layihələrinin uğurla icra olunması, yeni parkların salınması, küçələrin asfaltlanması və işıqlandırılması bir yevlaxlı olaraq məni də son dərəcə sevindirir.
Xüsusilə qeyd olunmalıdır ki, möhtərəm Prezidentimizin ötən gün Yevlaxa səfəri bütün şəhər sakinləri üçün əsl bayram əhval-ruhiyyəsi yaradıb. Dövlət başçısı cənab İlham Əliyev "AzərEnerji" ASC-nin 110/35/10 kV-luq "Yevlax" qovşaq yarımstansiyasının, Regional Təlim-Tədris və Laboratoriya Mərkəzinin, "Azərişıq" ASC-nin Mərkəzi Aran Regional SCADA İdarəetmə Mərkəzinin, Yevlax Pilot Aqroparkının və qumsüzgəc texnologiyalı sutəmizləyici qurğunun açılışlarında iştirak edib. Eyni zamanda Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun Yevlaxdan keçən hissəsində görülən işlərlə və Yevlax Olimpiya İdman Kompleksində həyata keçirilmiş yenidənqurma tədbirləri ilə tanış olub.
Bütün bu tədbirlər Yevlax şəhərində və ümumilikdə regionda müşahidə olunan inkişafın əyani təzahürüdür. İdman Olimpiya Kompleksi rayonda yaşayan gənclərin və sakinlərin asudə vaxtlarını səmərəli keçirməsi, sağlam həyat tərzi sürməsi üçün ideal şərait yaradır. Yeni su xətlərinin və avtomobil yollarının çəkilməsi isə insanların gündəlik həyatını daha da rahatlaşdıran mühüm amillərdəndir.
Bütün bu qeyd olunanlar fonunda əminliklə demək olar ki, rayonumuz - Yevlax, eləcə də qüdrətli Azərbaycan Respublikası möhtərəm Prezident cənab İlham Əliyevin ali rəhbərliyi ilə böyük inkişaf yolu keçməkdədir və firavan gələcəyə doğru inamla irəliləyir.
İlham Məmmədov,
Milli Məclisin deputatı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:265
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 25 İyun 2025 23:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri