Icma.az
close
up
RU
Yevlax stomatoloqlarından Prezidentə müraciət: "Ağ xalatı əynimizdən çıxarmasınlar"

Yevlax stomatoloqlarından Prezidentə müraciət: "Ağ xalatı əynimizdən çıxarmasınlar"

Medicina saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Yevlax rayonunda stomatoloq kimi çalışan həkim Xavər Babayeva həkimlərin kütləvi ixtisarı ilə bağlı Prezident İlham Əliyev və Vitse-Prezident Mehriban Əliyevaya müraciət edib.

Medicina.az xəbər verir ki, həkimin sözlərinə görə, rayonda 5 stomatoloq həkim var idi. İndi onlardan 3-nü ixtisar edib, 2-ni saxlayıblar:

"Yevlax rayonunun 128 min əhalisi var. Bu əhaliyə 38-39 stomatoloq düşdüyü halda, 5 həkim var idi. İndi onlardan 3-nü ixtisar edib, 2-ni saxlayıblar. 33 ildir, Yevlax Ailə Sağlamlıq Mərkəzində stomatoloq kimi çalışıram. Pensiya yaşıma 5 il var. İndi düşünürəm ki, pensiya yaşına kimi hansı işlə məşğul olum ki, pensiyaya çıxa bilim. Buradan Prezident İlham Əliyev və Vitse-Prezident Mehriban Əliyevaya müraciət edirəm. Xahiş edirəm, bizim ixtisar məsələsi ilə məşğul olsunlar. Ağ xalatı əynimizdən çıxarmağa mane olun. Bizim rayonla bərabər, digər rayonlarda da stomatoloqları ixtisar etməsinlər".

Qeyd edək ki, TƏBİB bəzi bölgələrdəki dövlət tibb müəssisələrində çalışan stomatoloqların ixtisar olunması ilə bağlı iddialara münasibət bildirib.

TƏBİB-dən bildirilib ki, stomatoloji xidmətlərin yenidən təşkili ilə bağlı addımlar atılır.

Qeyd edilib ki, TƏBİB tərəfindən ötən dövr ərzində stomatoloji xidmətlərin təşkili, keyfiyyəti, xidmət həcmi, əlçatanlığı, həkim qəbulu, infrastruktur və bu sahədə şəffaflığın artırılması məqsədilə ətraflı təhlil və qiymətləndirmə işləri aparılıb: “Bu qiymətləndirmələr zamanı müxtəlif regionlarda cari ilin ötən müddəti ərzində bir sıra stomatoloqların pasiyent qəbul etmədiyi, xidmət keyfiyyətinin aşağı olması, vətəndaş narazılıqları və ödənişlərin rəsmi nağdsız ödəniş sistemi (POS-terminal, bank köçürməsi və s.) üzərindən keçirilməməsi, yəni müəssisənin maliyyə uçotundan yayınması halları müşahidə edilib”.

O da bildirilib ki, TƏBİB-in Müşahidə Şurasının 21 iyul 2025-ci il qərarı ilə vəzifə öhdəliklərinin xarakterini və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərini nəzərə alaraq 1 avqust tarixindən etibarən uşaq stomatoloqu ixtisası üzrə çalışan həkimlərə sabit aylıq həvəsləndirici əlavələr təyin olunub. Yeni qərarla həvəsləndirici əlavələr 250 manat məbləğində müəyyən olunub.

“Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri də nəzərə alınmaqla, müəssisə rəhbərləri tərəfindən ştatların ixtisarı ilə bağlı öncədən xəbərdarlıq olunub.

Əlavə olaraq bildiririk ki, stomatoloji xidmətlər icbari tibbi sığorta təminatına daxil olmayan və ödənişli əsaslarla göstərilən tibbi xidmətlərdir. 149 sayda stomatoloji xidmətlərin tarifləri TƏBİB-in Müşahidə Şurasının qərarı ilə təsdiq olunub”, - məlumatda qeyd olunub.

Aygün

Medicina.az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 28 Noyabr 2025 13:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see186

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see162

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see159

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see153

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see152

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see148

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see148

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see140

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see137

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri