Yevlaxda bir ailənin 3 üzvü qəzaya düşdü, ölən var
Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Yevlax rayonunun Tanrıqulular kəndində avtomobil maneəyə çırpılıb, 3 nəfər xəsarət alıb.
Axar.az Report-a istinadən xəbər verir ki, qəza nəticəsində, sürücü 1992-ci il təvəllüdlü E.Nəsibov, onun həyat yoldaşı, 2000-ci il təvəllüdlü S.Nəsibova və 4 yaşlı oğlu xəsarət alıb.
Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Həkimlərin müdaxiləsinə baxmayaraq, S.Nəsibova xəstəxanada dünyasını dəyişib.

