Yevlaxda bir ailənin beş üzvü qəzaya düşdü Yaralılar var Yenilənib
Icma.az, Qafqazinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Yevlaxda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Xaldan qəsəbəsi ərazisində baş verib.
Rayon sakini Anagül Həşimova idarə etdiyi “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarına aşıb.
Qəza zamanı avtomobildə 5 nəfər olub. Hadisə zamanı biri azyaşlı olmaqla, 5 nəfər xəsarət alıb.
Azyaşlı Nurlan Məmmədlinin vəziyyəti ağır olduğundan, o, Mingəçevir şəhər Xəstəxanasına çatdırılıb.
Qəza zamanı avtomobildə olanların bir ailənin üzvü olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
***
Hadisə ilə bağlı TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, ötən gün saat 16:00 radələrində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 8 nəfər (6 qadın, 2 kişi ) Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
“Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan 7 nəfər ambulator müalicə üçün evə buraxılıb.
Kəllə sümüklərinin, sağ gicgah təpə nahiyəsinin sınığı diaqnozu təyin edilən pasiyentin müalicəsi isə müvafiq şöbədə davam etdirilir, vəziyyəti orta ağırdır”.
Ziya Əmirxanlı

