Icma.az
close
up
RU
FHN Heydər Əliyevlə bağlı tədbir keçirdi Fotolar

FHN Heydər Əliyevlə bağlı tədbir keçirdi Fotolar

Icma.az bildirir, Qafqazinfo portalına istinadən.

Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə, Ulu Öndərin anadan olmasının 102-ci ildönümü münasibətilə Sumqayıt şəhər Heydər Əliyev Mərkəzinin qarşısından start götürən veloyürüş Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzinin önündə başa çatıb.

Mərkəzin inzibati binasında Ulu Öndərin büstünün önünə gül dəstələri qoyan tədbir iştirakçıları onun əziz xatirəsini dərin ehtiramla yad edib, həyat və fəaliyyətindən bəhs edən foto və kitab sərgiləri ilə tanış olublar.

Tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev, Nazirliyin müvafiq strukturlarının əməkdaşları, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini - şəhər fövqəladə hallar komissiyasının sədri Teymur Səmədov, Sumqayıt Dövlət Universitetinin rektor əvəzi, professor Əminağa Sadıqov, Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin rəisi Telman Kərimov, Sumqayıt Musiqi Kollecinin, Qızıl Aypara Cəmiyyətinin Sumqayıt şəhər bölməsinin, həmçinin şəhid övladları, qazilər, Sumqayıt məktəbliləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Dövlət Bayrağının meydana gətirilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin rəis müavini Gündüz Həmzəyev və digər çıxış edənlər Ulu Öndər Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, eyni zamanda Dahi Rəhbərin siyasi irsinin gələcək nəsillər üçün əhəmiyyətindən söz açıblar. Bilıdirilib ki, Ümummilli Liderin Azərbaycanın tərəqqisinə xidmət edən səmərəli dövlətçilik siyasəti bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək əzmkarlıq və yaradıcılıqla davam etdirilir, ölkəmiz beynəlxalq münasibətlər məkanında liderlik mövqeyində dayanıb.

Sonra tədbir musiqi nömrələri, ədəbi-bədii kompozisiyalar, səhnəcik və rəqslərlə davam edib. Şəhid övladlarından təşkil olunmuş “Əmanət” xor qrupunun üzvlərinə Nazirlik tərəfindən müvafiq hədiyyələr təqdim olunub, o cümlədən veloyürüşün qalibləri mükafatlandırılıb.

Daha sonra FHN-in yerli qurumlarının texnika və avadanlıqlarına baxış keçirən tədbir iştirakçılarına onların təyinatı və istifadəsi qaydaları haqqında ətraflı məlumat verilib, uşaqlar xilasedicilər tərəfindən təşkil olunan kombinə edilmiş yanğın estafet oyununda iştirak ediblər.










Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 06 May 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri