Yevlaxda qəzaya uğrayan avtomobilin sürücüsü xəstəxanada öldü
Icma.az, Unikal.az saytına istinadən bildirir.
Yevlaxda dəmiryolu yaxınlığında aşan minik avtomobilinin sürücüsü xəstəxanada ölüb.
"Unikal"ın məlumatına görə, hadisə bir neçə həftə öncə Aran qəsəbəsi həndəvərindəki dəmiryolu keçidi yaxınlığında baş verib.
İdarəetmədən çıxan minik avtomobilinin aşması nəticəsində müxtəlif bədən xəsarətləri alan 4 nəfər yaralı vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi.
Yaralıların dördü də Bərdə rayon sakinləridir. Həmin gündən etibarən ağır durumda xəstəxanada müalicə alan 1991-ci il təvəllüdlü sürücü Tural Zahid oğlu Zeynalovun həkimlərin bütün səylərinə rəğmən həyatını xilas etmək mümkün olmayıb. Bu gün o, xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Ehtiram Muradov
Bu mövzuda digər xəbərlər:Yevlaxda avtomobilin vurduğu piyada xəstəxanada ölüb
13 Fevral 2025 09:23
İki ay əvvəl Yevlaxda qəzaya düşən şəxs xəstəxanada öldü
16 Oktyabr 2025 14:33
Yevlaxda bir ailənin üzvləri qəzaya düşdü Qadın öldü
26 Noyabr 2024 09:44
Yevlaxda yol qəzasında ağır xəsarət alan şəxs xəstəxanada ÖLDÜ
08 Mart 2025 21:38
Avtomobilin vurduğu piyada xəstəxanada ÖLDÜ
19 Dekabr 2024 10:44
Baxış sayı:93
Bu xəbər 08 Mart 2025 21:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















