Icma.az
close
up
RU
Yeznəsini öldürən kişi azadlığa buraxıldı

Yeznəsini öldürən kişi azadlığa buraxıldı

Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.

Bacısının ərini xüsusi amansızlıqla öldürməkdə ittiham edilən 27 yaşlı Əkbər Vəliyev cəzadan azad edilib.

Modern.az "Qafqazinfo"ya istinadən məlumat verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsi işlə hərtərəfli tanış olduqdan sonra belə qərar qəbul edib.

Bu hadisə 2023-cü ilin yayında Sumqayıt şəhərində baş verib. Əkbər onunla eyni yaşlı yeznəsi Arif Muxtarovu bir neçə bıçaq zərbəsi ilə öldürüb. İstintaq materiallarında yazır ki, Arif yalvararaq onu uşaqlarına bağışlamasını istəsə də, yeznəsi ona rəhm etməyib.

Əkbər həbs edilsə də, ekspertlər onun cinayət törədərkən anlaqsız vəziyyətdə olduğu barədə rəylər veriblər. Məhkəmə müttəhimi fəaliyyət qabiliyyətsiz elan edib.

Qeyd edilən səbəbdən Əkbər məhkəmədə ifadə verməyib. Hakim Nurəddin Hüseynli onun həbs edilən zaman müstəntiqə verdiyi ifadəsini elan edib. O, həmin ifadəsində özünü tam təqsirli bilib. Yeznəsini öldürməyinin səbəbinin bacısını mütəmadi olaraq incitməsi olduğunu deyib: "Əkbər iki il əvvəl bacımla evlənmişdi. Amma bilirdim ki, onu incidir. Buna baxmayaraq, qorxusundan bizə nə isə demirdi. Hadisədən bir qədər əvvəl bacım etiraf edib, amma ailəsinin dağılmaması üçün xahiş edib ki, heç kimə, heç nə deməyək".

Əkbər hadisə günü Arifi çay içmək üçün restoranlardan birinə çağırıb. Cinayəti də restoranın yanında törədib. Təqsirləndirilən şəxs yeznəsinə bir-iki bıçaq vursa da, ölmədiyini görüb. Arif qan içində qaçmağa çalışıb. Fikri qəti olan Əkbər onu yenidən yerə yıxıb, bir neçə dəfə də bıçaqla vurub.

Hakim bütün tərəfləri dinlədikdən sonra ekspert rəylərini və prokurorun təklifini əsaslı hesab edib.

Qərara əsasən, Əkbər anlaqsız vəziyyətdə adam öldürdüyündən cinayət məsuliyyətindən və cəzadan azad edilib. O, hökm qanuni qüvvəyə minənə kimi Respublika Psixiatriya Xəstəxanasına yerləşdiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Yanvar 2025 14:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri