Icma.az
close
up
RU
Yığmanın baş məşqçisi Levandovski ilə münaqişəyə qurban getdi

Yığmanın baş məşqçisi Levandovski ilə münaqişəyə qurban getdi

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Polşa yığmasında hadisələr ildırım sürəti ilə cərəyan edir.

"Football-plus.az" xəbər verir ki, cəmi bir neçə gün əvvəl “Barselona”nın hücumçusu Robert Levandovski Mixal Probej baş məşqçi postunda olduğu müddətdə milli komandanın şərəfini qorumaqdan imtina etdi. Onun açıqlaması futbol ictimaiyyətində böyük narahatlıq doğurdu. Və artıq iyunun 12-də baş məşqçi istefa verdi.[/b]
Levandovskinin milli forma geyməkdən imtinası ilə bağlı bəyanatından dərhal sonra jurnalistlər Probejdən bu haqda nə düşündüyünü soruşdu. 52 yaşlı mütəxəssis sualın cavabından qaçmadı:

“Robert çox hörmət etdiyim möhtəşəm futbolçudu. Heç kim onun üzünə yığmanın qapısını baəlamayıb, yığmadan getməklə bağlı aramızda heç bir söhbət olmayıb. Bunu xüsusi vurğulamaq istəyirəm. Levandovskiyə hər şeyin ən yaxşısını arzulayıram. Ancaq mənim üçün komanda hər şeydən vacibdi, daha kimin yığmanı çalışdırması yox. Əsas olan komandanın mənafeyidi. Hər kəsdən daha artığına nail olan möhtəşəm oyunçuya münasibətdə çərin qərar verdiyimi anlayıram. Ancaq futbol həyatı bəzən məsələyə başqa tərəfdən yanaşmağı, kollektiv üçün nəyin daha yaxşı olduğunu seçməyi tələb edir”.


Bu açıqlama da Polşa futbol ictimaiyyətini sakitləşdirmədi. Polşa yığması ən yaxşı futbolçusu – meydandakı və paltardəyişmə otağındakı lideri olmadan necə oynayacaqdı? İyunun 10-da keçirilən DÇ-2026-nın növbəti seçmə oyununda Robertin yoxluğu açıq-aşkar göründü. Probejin komandası G qrupundan final mərhələsinə vəsiqə qazanmaq uğrunda əsas rəqibinə - Finlandiya yığmasına 1:2 hesabıyla uduzdu. Üç turdan sonra hesabında 6 xal olan polşalılar turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.
Məğlubiyyətə baxmayaraq, Probej oyundan sonra istefa vermək niyyətində deyildi. Ancaq yerli futbol qurumu fərqli qərar verdi və artıq iyunun 12-də baş məşqçi ilə əməkdaşlığa son qoyulduğu elan olundu. 52 yaşlı Probej bu qərarı belə dəyərləndirdi:

“Yığmanın maraqları baxımından mənim istefam daha yaxşı qərardı. Bu funksiyanı yerinə yetirmək peşəkar arzularımın yerinə yetməsi və həyatımın böyük şərəfi idi”.


Təbii ki, bu yazını oxuyan hər kəsi yığmanın baş məşqçisi ilə əsas ulduzu arasındakı münaqişənin səbəbi maraqlandıracaq. Aprelin əvvəlində - “Selta” ilə oyunda Levandovski kiçik zədə aldı. O, çıxışını davam etdirsə də, zədə narahatlıq yaradırdı. Ulduz hücumçu fiziki durumunu daha da korlamamaq üçün yığmanın iyun toplanışına qatılmadı:

“Hörmətli fanatlar. Mövsümün intensivliyi üzündən baş məşqçi ilə birgə belə qərar verdik, milli komandanın iyun toplanışına qatılmayım. Qırmızı-ağ formanı geymək arzudu. Ancaq bəzən orqanizm bir qədər dincəlməklə bağlı siqnal verir. Komanda yoldaşlarım üçün dua etdim. Tezliklə görüşənə qədər”.


Belədə Probej kapitan sarğısını “İnter”dən Petr Zelinskiyə verdi. Ancaq müvəqqəti yox, həmişəlik. Yerli futbol məmurları da baş məşqçini dəstəklədi – onlar Robertin yığmaya münasibətindən narazıdı. Probejin qərarından xəbər tutan Leva çox kəskin reaksiya verdi:

“Şəraiti və baş məşqçiyə etimadı itirdiyimi nəzərə alaraq, onun bu vəzifədə olduğu müddətdə milli komandanın şərəfini qorumaqdan imtina edirəm. Ümid edirəm ki, gələcəkdə dünyanın ən yaxşı fanatları üçün oynamaq imkanım olacaq”.


Xatırladaq ki, Levandovski 2008-ci ildən milli komandanın şərəfini qoruyur. 36 yaşlı hücumçu bu müddətdə yığmada keçirdiyi 158 oyunda 85 qol vurub.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 İyun 2025 04:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see348

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see346

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see337

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see336

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see320

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see315

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see303

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see301

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see300

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see297

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see287

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see286

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see279

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see269

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see267

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see259

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see254

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see239

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see234

Nəhəng gəmidə NAMƏLUM XƏSTƏLİK yayıldı 150 yə yaxın insanda QORXULU ƏLAMƏTLƏR

20 Noyabr 2026 15:17see210
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri