Icma.az
close
up
RU
Yığmanın baş məşqçisi: “Avropa çempionatından yaxşı nəticə ilə qayıdacağıq”

Yığmanın baş məşqçisi: “Avropa çempionatından yaxşı nəticə ilə qayıdacağıq”

Apasport saytına istinadən Icma.az xəbər verir.

"Neçə medal qazanacağımızı deyə bilmərəm. Cüdoda hər saniyənin öz hökmü var".

Apasport.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində kişi cüdoçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Riçard Trautman deyib.

Almaniyalı mütəxəssis Monteneqronun paytaxtı Podqoritsada keçiriləcək Avropa çempionatı ilə bağlı fikirlərini bölüşüb:

"Olimpiya çempionu 10 saniyəyə uduza bilər. Ən azı iki qızıl medal hədəfləyirik. Bu, üç və ya dörd də ola bilər. Digər növlərdən fərqli olaraq cüdoda proqnoz vermək çətindir. İdmançıların bəziləri olimpiadadan sonra istirahət etdilər. Zədələrini sağaldanlar var. Ümid edirəm ki, Avropa çempionatından yaxşı nəticə ilə qayıdacağıq".

O, yığmamızın üzvlərinin rəqiblərini təhlil etdiklərini bildirib:

"Avropa çempionatına qitənin ən yaxşıları gələcəklər. Rusiyanın, Gürcüstanın və Fransanın belə idmançıları var. Hər bir idmançını fərdi olaraq hazırlayırıq".

O, 90 kq-da çıxış edəcək cüdoçunun daha sonra bəlli olacağını xatırladıb:

"Elcan Hacıyev gənc idmançıdır. Zədəsini yeni sağaldıb. O vaxt Avropa çempionu olması sürpriz deyildi. Bu dəfə Turan Bayramovdan və Ruslandan da qızıl medal gözləyirəm. Sürpriz edə bilərlər. Amma çətin olacağını bilirəm".

Baş məşqçi həmçinin Hidayət Heydərov və Zelim Kotsoyevin yaxşı formada olduğunu dilə gətirib:

"Yaponiyada çox yaxşı təlim-məşq toplanışı keçmişik. Son hazırlıqları Bakıda görürük. Olimpiya çempionlarımız da bu turnirə qatılacaqlar. Hidayət Heydərov və Zelim Kotsoyev yaxşı formadadır. Onların uzun müddətdən sonra ilk sınaqları olacaq. Yarışa bir neçə həftə var. Öncədən nəsə demək mümkün deyil. Ciddi zədəsi olan idmançı yoxdur. Avropa və dünya çempionatında ən yaxşı nəticəni qazanmağı planlaşdırırıq".

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-dən 27-dək təşkil olunacaq.

Azərbaycanın 13 cüdoçusu Avropa kubokunda mübarizə aparacaq Cüdoçumuz dünya sıralamasında yerini qoruyub Gənc cüdoçularımız beynəlxalq təlim-məşq toplanışına qatılıblar Çempionlarımız ilk pillələrdə Cüdoçularımız Almaniyada beynəlxalq təlim-məşq toplanışında
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://apasport.az
archiveBu xəbər 03 Aprel 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see322

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see316

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see313

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see299

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see299

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see290

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see280

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see280

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see278

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see264

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see246

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see237

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see236

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see232

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see232

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see229

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see223

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see220

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see198

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri