Icma.az
close
up
RU
Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır Edvin Kuç

Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır Edvin Kuç

Icma.az xəbər verir, Qol.az saytına əsaslanaraq.

"Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" - Edvin Kuç

“Bizim üçün vacib matç idi. Qələbə qazanmalı idik. Buna görə də görüşə çox ciddi hazırlaşmışdıq. Oyuna yaxşı başladıq. Erkən qol vurduq. Lakin ikinci hissədə bir qədər hücumda fəal deyildik, ilk 45 dəqiqədəki kimi oynamadıq. Bununla yanaşı, çox çalışdıq və yekunda da istədiyimizə nail olduq”. 

QOL.az xəbər verir ki, bu sözləri “Neftçi”nin yarımmüdafiəçisi Edvin Kuç Misli Premyer Liqasının 19-cu turunda “Qəbələ”ni 1:0 hesabı ilə məğlub etdikləri oyun barədə danışarkən deyib.
O, son turlar “Neftçi”nin daha inamlı təsir bağışladığını bildirib: 

“Yüksək pillələr uğrunda mübarizə aparırıq. Düzdür, mövsümün startı bizim üçün bir qədər uğursuz alındı. Lakin son turlar komandamız daha yaxşı nəticələr qazanır. Bu cür də davam etməliyik. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Son iki ildə “Neftçi” qitə kuboklarından kənarda qalıb. Bu uğursuzluğa son vermək istəyirik”. 

Bosniyalı yarımmüdafiəçi öz çıxışını da dəyərləndirib: 

“Son zamanlar əsas heyətdə şans qazanmıram. Əlbəttə, mənim də məqsədim meydanda daha çox olmaqdır. Bunun üçün məşqlərdə tam gücümlə çalışıram. Əlimdən gələni edirəm ki, əsas heyətə layiq olduğumu göstərim. Ancaq əsas olan “Neftçi”nin uğurudur”. 

32 yaşlı futbolçu komandasının qarşıdakı matçlarından da söz açıb: 

“Növbəti oyunumuz “Kəpəz”ə qarşıdır. Bizi səfərdə ağır oyun gözləyir. Hazırda “Qarabağ” barədə fikirləşmirik. “Kəpəz”i udaq, “Qarabağ”ı sonra düşünürək. Təbii ki, onların gücünü bilirik. Çətin olacaq. Düşünürəm ki, son iki matçdakı kimi oynasaq, qalib gələrik”. 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:184
embedMənbə:https://qol.az
archiveBu xəbər 11 Fevral 2026 18:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri