Icma.az
close
up
RU
Yıxılıb duran adam “çovdarlıqda uçurumdan qoruyan” ola bilməlidir... Mətanət Vahid

Yıxılıb duran adam “çovdarlıqda uçurumdan qoruyan” ola bilməlidir... Mətanət Vahid

Kulis.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Kulis.az Mətanət Vahidin yeni yazısını təqdim edir.

Yetkin adamların gənclərlə mübarizə aparması çox gülünc görünür. Hamımız gənc olmuşuq, səhvlər edə-edə böyümüşük. Hələ onu da bilmək olmaz, böyümüşükmü?

Gəncləri tərifləməyə xəsislik etməməliyik; çünki uşaq üçün, gənc üçün tərif/təqdir çiçək üçün su misalıdır.

Gəncləri tənqid etmək olar, amma onların bu tənqidə adekvat yanaşmasını tələb etmək absurddur. Gənclərin tənqidə hazır olmadığını deyən adamlar, sadəcə, qorxurlar: "mənim yerimi tutar, məndən önə keçər" təlaşı ilə onları, ilk növbədə, öz gözlərindən salmağa çalışırlar.

Gənclər tənqidə necə hazır ola bilərlər?! Axı onlar hələ yolun başındadırlar. Təcrübə qazanmağa çalışırlar. Yıxılıb-durduqca öz yaralarını tanımağa, onları sağaltmağı öyrənməyə başlayırlar. Öyrənənə kimi də gəlib bizim yaşımıza çatacaqlar və elə bizim kimi, heç nə bilmədiklərini görəcəklər.

“Gəncləri çox şişirdirsən, çox böyüdürsən” deməyin, onları öz istedadlarına, güclərinə inandırın. Bir tənqid edəndə iki dəfə təqdir edin. “Burda mənəm, Bağdadda kor xəlifə” deyir, qoy desin. Özgüvənli insanlar gün gəlir hamının güvənc yeri olur. Kimsəni əzməyə çalışmırlarsa, daraltmayın meydanlarını, qoy at oynatsınlar!

Gənclərin ən çox söykənəcəkləri çiyinə, seçimlərini dəstəkləyən böyüyə (valideyn, qohum, dost...) ehtiyacı var. Gənclərə qarşı cəbhə açmaq, savaşmaq gələcəklə döyüşməkdir. Böyüklər “bizə heç kim dayaq olmamışdı” deyib bu gün dəstəklənən gənclərə qarşı aqressivləşməməlidir. Əksinə, dayaqsızlığın nə olduğunu bilən, dəfələrcə yıxılıb-duran adam “çovdarlıqda uçurumdan qoruyan” ola bilməlidir.

Dizlərin qanayanda ətrafa boylanıb qaldırmağa kimsənin olmadığını görməyin dadını bilirsənsə, başqasının əlindən tutmağı hamıdan yaxşı bilməlisən – hamımıza aiddir. Guya gənclər nə gün görür ki, bir az da biz böyüklər günlərini göy əskiyə bükək?!

Vallah, gün gələcək, Z (zed) və A (alfa) nəsli də mandarinlərin daha əvvəlki ətri, dondurmaların əvvəlki dadı qalmadığından şikayətlənəcək... İmkan verək indi cavanlıqlarını yaşasınlar; gənclik dönəmi unutmağa çalışdıqları travmalarına çevrilməsin, onları daim işığa ucaldan xatirələri olsun.

İngiltərədə sənət əsərinin xaricə satılmasının qarşısını almaq üçün fantastik məbləğ toplandı "Çalışqanlıq mifinə aldanan işçi sinfi..." - Qreqor Samsanın böcəyə çevrilməsi nəyi simvollaşdırır? Ölülərlə Tanrıların görüş yeri: Arxeoloqlar ən qədim qapını tapdı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://kulis.az
archiveBu xəbər 29 Avqust 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see256

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see241

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see169

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see167

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see156

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see148

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see145

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see143

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see142

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see137

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see137

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see135

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see132

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see131

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see130

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see129

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see126

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see126

İp qırıldı: İsrail helikopteri yerə çırpıldı

16 Yanvar 2026 21:47see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri