“Ynet“: ABŞ 9 aprelədək İranla razılığa gəlmək niyyətindədir
Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.
ABŞ İranla münaqişənin nizamlanmasına dair razılığın ən geci aprelin 9-dək əldə olunacağına ümid edir.
Moderator.az-ın məlumatına görə, bu barədə "Ynet" portalı məlumatlı mənbəyə istinadən yazıb.
"İsrail mənbəsi bildirib ki, amerikalılar 9 aprel tarixini müharibənin bitmə günü kimi müəyyən ediblər. Müharibə və danışıqlar üçün hələ 21 gün vaxt var", - məlumatda qeyd olunub.
Nəşrin həmsöhbətinin sözlərinə görə, münaqişənin aprelin 9-na qədər nizamlanması ABŞ Prezidenti Donald Trampa İsrailin Müstəqillik Günü münasibətilə keçiriləcək tədbirlərə qatılmaq imkanı verəcək. Həmin tədbirdə ona bu ölkənin ən yüksək dövlət mükafatı olan "İsrail mükafatı" təqdim edilməlidir.
Məlumata görə, Vaşinqton və Tehran arasında danışıqlar cari həftəyə planlaşdırılıb və Pakistan ərazisində keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 23 Mart 2026 21:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















