Yol bərbad, su problemi, ətraf zibillik: Sabunçuda sakinlərdən ŞİKAYƏT
Icma.az bildirir, Baku.ws saytına əsaslanaraq.
Sabunçu rayonunun Mehdi Hüseynzadə küçəsinin sakinləri ərazidəki problemlərdən narazıdırlar.
Baku TV-nin qaynar xəttinə müraciət edən vətəndaşların sözlərinə görə, yol uzun müddətdir yararsız vəziyyətdədir. Ərazidə yol kənarlarına məişət tullantıları və köhnə əşyalar atılıb, nəticədə, antisanitar vəziyyət yaranıb. Zibil qoxusunun isə kəskin şəkildə hiss olunduğu bildirilir.
Sakinlər su probleminin də uzun müddətdir həll olunmadığını deyirlər. Onların sözlərinə görə, su boruları köhnədir və tez-tez sıradan çıxır.
Ərazidə diqqətçəkən digər problem isə artıq beş ildir tikilməsi gözlənilən məktəbin qarşısındakı vəziyyətdir. Məktəbin ətrafında tullantıların olması sakinlərin narahatlığını daha da artırır. Şikayətçilərdən biri axşam saatlarında yoldakı çuxurlardan birinə övladının düşərək xəsarət aldığını bildirib.
Sakinlər aidiyyəti qurumların məsuliyyəti bir-birinin üzərinə atmasından da narazıdırlar.
"Bura avtobus gəlsin, bu yol düzəlsin. Xahiş edirəm, aidiyyəti qurumlar bir-birinin üstünə atmasın. Avtobus sürücüsü deyir ki, orada ağac var, kəsilməlidir. Bələdiyyədən bildirirlər ki, icra hakimiyyəti tərəfindən kəsiləcək. İcra hakimmiyyəti isə bələdiyyənin üstünə atır. Heç biri də kəsmir. Avtobus da gəlmir", - sakinlərdən biri deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 21 Avqust 2026 22:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















