Icma.az
close
up
RU
Yol keçilməz idi, dağ maşınları ilə getdik... Nağılları xatırladan kəndimiz

Yol keçilməz idi, dağ maşınları ilə getdik... Nağılları xatırladan kəndimiz

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dağlıq kənddə qonaq idik. Mikroavtobus bizi müəyyən yerə qədər gətirdi. Ondan sonra isə "Niva" kimi çətin yolları keçə bilən maşınlarla yolumuza davam etdik. Nəhayət, Astaranın Sım kəndinin mərkəzinə çatdıq. Burada səliqəli tikililər, təbiətə uyğun gündəlik tələbatlatları ödəyəcək - mağaza, kafe, təndir yeri, hətta pulsuz parkinqi vardı. Bircə şəhərdə artıq "WS" (visi) adlandırdığımız ayaqyolu şəhər üslubuna uyğun inşa olunmuşdu. Həmçinin zibil qabları kəndsayağı deyildi. Orada dincimizi alıb, qidalanıb macəra dolu səfərimizə davam etdik. 

Gecələmək, kənd həyatının gözəlliyindən zövq almaq, Bakının səs-küyünü, sürətli həyatını unutmaq, mənzərəli bağ-bağçası olan əraziyə çatdıq. Həyətində samovar qalamaq, təbiətin qoynunda süfrə açıb xoş fəzada dinclik yaşamaq üçün şəhərliyə görə göydəndüşmə yer saymaq olardı. Tarixi yerləri, əşyaları da vardı.

Sadəcə dayanıb ətrafı seyr etmək də insanın ruhunu oxşayırdı. Ətrafa göz gəzdirdikdə "Sanki nağıllar aləmindəyik", deyə düşünürdük.

Jurnalistlər həm iş başında idi - məlumatları dinləyib qələmə alan kim, rəsmilərdən müsahibə götürən kim. Gəlmişkən icazə alıb bağın nemətindən də daddıq, xətirə qalması üçün şəkillər də çəkdik. Hara çevrilirdiksə, fonumuz foto çəkmək üçün uyğun idi. Yolun çətinliyinə baxmayaraq hamı pozitiv ovqatda səfərdən məmnun görünürdü. 

Ardınca kəndin məşhur şəlaləsinə yön aldıq. Avtomobillər gedə biləcəyi qədər yol qət etdi, çayın içindən keçdi, lakin bir yerdən sonra "Niva"lar dayanmalı oldu. Bir qədər piyada gedib hündür şəlaləyə çatdıq. Ora qədər isə yol boyu kəndir sürahi bizim təhlükəsizliyimizi müşayiət edirdi.

Bura da əvvəlki ərazi kimi insanın ruhunu oxşayırdı - dərə, şırıltı, təbiətin səsi...

Dövlət Turizm Agentliyi burada da detallara diqqət ayırmışdı - ətrafı çirkləndirməmək üçün zibil qabları yerə bərkidilmişdi. Axı biz təbiəti qorumalıyıq.

Artıq geri dönmək vaxtı çatmışdı... Yeri gəlmişkən kənddə məlumat lövhələrin - həm istiqamət, həm xəritə, həm informasiyanın olması qonaqların işini asanlaşdırırdı.

Sım kəndində mobil internet bütün ərazilərdə aktiv idi, "Wi-Fi" haqqında isə heç nə eşitmədik. Ola bilsin, şəbəkə yalnız işimizə görə lazım olduğu üçün yadımıza düşmürdü. 

Samir Mirzə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:57
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Oktyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri